Quru və okean arasında su mübadiləsi
Okeanlardan quruya rütubətin daşınmasında Atlantik okeanın
rolu daha böyükdür. Bu okeanın hesabına bütün Avropa, Asiya,
Şimali Amerika, Mərkəzi və Cənubi Amerika, Afrikanın geniş
əraziləri rütubətlənir. Okeanlardan quruya hər il
orta hesabla
100600 km³ rütubət daxil olur. Bunun 34%-i quru üzərindən
keçərək orada yağıntı vermir və yenidən okean üzərinə qayıdır.
Qitələrdə cəm advektiv yağıntıların illik miqdarı 66000 km³
təşkil edir. Okeanlar həm quruya rütubət verir, həm də ondan
rütubət alır. Bu, çay axımı və yeraltı axım vasitəsilə baş verir.