114) Distasion və boşluq, toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi ilə aparılan şüa müalicəsi necə adlanır?
A) Radikal şüa müalicəsi
B) Müştərək şüa müalicəsi
C) Palliativ şüa müalicəsi
D) Kontakt şüa müalicəsi
E) Radionuklid kapsullarla müalicə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
115) Operasiya vaxtı normal toxumaların zədələnməsini minimuma endirməklə patoloji prosesi böyük dozada şüalandırılması ilə aparılan şüa müalicəsini necə adlandırmaq olar?
A) Müştərək şüa müalicəsi
B) Palliativ şüa müalicəsi
C) Dərin rentgenterapiya
D) Kombinəolunmuş şüa müalicəsi
E) İntraoperasion şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
Dostları ilə paylaş: |