10) Aşağıdakılardan hansılar ultrasəs müayinəsinin metodlarına aiddir?
A) exoqrafiya, kompyuter tomoqrafiya, sonoqrafiya
B) doppleroqrafiya, limfoqrafiya, sonoqrafiya
C) pnevmoqrafiya, mammoqrafiya
D) pnevmoqrafiya, exoqrafiya, tomoqrafiya
E) exoqrafiya, sonoqrafiya, doppleroqrafiya
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 62
11) Aşağıdakılardan hansı radiobiologiyanın “4R” - nə daxildir?
1. Reparasiya
2. Reoksigenasiya
3. Repopulyasiya
4. Redistribusiya
5. Rekanalizasiya
A) 2, 5
B) 1, 3, 4, 5
C) 1, 3, 4, 5
D) 2, 3, 4, 5
E) 1, 2, 3, 4
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 42
12) Ağciyər xərçənginin kütləvi surətdə əhali arasında aparılan profilaktik rentgenoloji müayinə üsulu hansıdır?
A) rentgenoqrafiya
B) pnevmoqrafiya
C) flyuoroqrafiya
D) KT
E) MRT
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 162
13) CT - də alınan təsvirin intensivliyini təyin etmək üçün nədən istifadə olunur?
A) Mikronlardan
B) Anqstremlərdən
C) Xaunsfild şkalasından
D) Kulon diapazonundan
E) Qrey şkalasından
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 162
Dostları ilə paylaş: |