357) Süd vəzisi xərçəngində süd vəzisinin şüalanma sahəsinə hansı sahələr daxil edilir?
A) Süd vəzi+ döş əzələləri
B) Süd vəzi, döş əzələləri və döş qəfəsi divarı
C) Döş qəfəsi divarı
D) Döş əzələləri və döş qəfəsi divarı
E) Süd vəzi
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
358) Süd vəzisi xərçəngində süd vəzisinin şüalanma sahəsinə hansı həcmi əhatə edilir?
A) Daxildən-sternal xətdən 4-5 sm yuxarı, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm daxilə və ya daxili qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 1,5-2 sm aşağı
B) Daxildən-sternal xətdən 4-5 sm xaricə, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm xaricə və ya lateral qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə medial qoltuğaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 6-7 sm aşağı
C) Daxildən-sternal xətdən 4-5 sm xaricə, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm xaricə və ya orta qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 1,5-2 sm daxil
D) Daxildən-sternal xətdən 4-5 sm aşağı, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm medial və ya kənar qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 1,5-2 sm aşağı
E) Daxildən-sternal xətdən 4-5 sm daxilə, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm daxilə, və ya orta qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 4 sm aşağı
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
Dostları ilə paylaş: |