401) Yerli yayılmış prostat vəzi xərçənginin (T3-4N0M0 və ya T1-4N1M0) mümkün müalicə metodlarını göstərin?
A) Prostat vəzinin rezksiyası, hormonterapiya
B) Radikal şüa terapiyası, prostat vəzinin rezeksiyası
C) Prostat vəzinin rezeksiyası, braxiterapiya
D) Şüa terapiyası, hormonterapiya
E) Radikal prostatektomiya, braxiterapiya
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
402) Sadalanan prostat vəzi xərçənginin müalicəsində istifadə olunan metodlardan hansı ən effektiv olaraq, həm də ən yaxşı “həyat keyfiyyətini” təmin edir?
A) İmmunoterapiya
B) Hormonterapiya
C) Şüa terapiyası
D) Cərrahi müalicə
E) Kimyaterapiya
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
Dostları ilə paylaş: |