458) Udlağın hansı hissəsində Şminke şişlərinə rast gəlmək olar?
A) Udlaq-yemək borusu birləşməsi
B) Dilin kökü
C) Burun-udlaq
D) Qırtlaq-udlaq
E) Ağız-udlaq
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 -135 s.
459) Qırtlaq xərçəngi ilə xəstələrdə hansı simptomlar radioterapiyaya əks-göstərişdir?
A) Udqunmanın çətinləşməsi
B) Arıqlama
C) Xondroperixondrit
D) Öskurək
E) Afoniya
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 145 s.
460) Qırtlaq xərçəngi ilə xəstələrdə şüalanma sahələri nəyə əsasən seçilir?
A) Xəstəliyin mərhələsini nəzərə alaraq
B) Orqanda lokalizasiyasından və şişin ölcülərindən asılı olaraq
C) Şişin makroskopik formasına görə
D) Yaranan simptomlara əsasən
E) Şişin dərinliyinə görə
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 146 s.
461) Qırtlaq şişinin şüalanması zamanı onurğa beyninin ionlaşdırıcı şüalanma təsirinə məruz qalması maksimal dozanın neçə faizini təşkil etməlidir?
A) 40-45%
B) 15-20%
C) 25-30%
D) 30-35%
E) 35-40%
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 148 s.
462) Radioterapiyadan sonra qırtlaq xərçəngı ilə xəstələrdə yaranan hansı şüa reaksiyası spesifik sayılır?
A) Şüa fibrozu
B) Şüa ezofagiti
C) Şüa epiteliiti
D) Şüa dermatiti
E) Şüa larinqofarinqiti
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
463) Son zamanlar terapevtik intervalın genişləndirilməsi və nəticələrin yüksəldilməsi üçün qırtlaq xərçəngi xəstələrində istifadə olunan hansı fraksiyalı şüa müalicəsi daha effektivlidir?
A) İrifraksiyalı rejim
B) Dinamik rejim
C) Klassik rejim
D) Tezləşdirilmiş hiperfraksiya rejimi
E) Hiperfraksiya rejimi
Ədəbiyyat: Əliyeva S.B. “Qırtlaq xərçənginin T3N0M0 mərhələsində kimyaterapiya və şüa müalicəsi” Moskva, 1999, diss., 16 s.
464) Qırtlaq xərçənginin T1-3 mərhələsində hansı dozada şüa müalicəsi radikal sayılır?
A) 40-50qr
B) 55-60qr
C) 30-35qr
D) 35-40qr
E) 65-70q
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 149 s.
Dostları ilə paylaş: |