604) Qida borusu xərçəngi olan xəstələrin klassik rejimdə aparılan distansiyalı qamma terapiyasından sonra 1 illik yaşama dövrü neçə faiz xəstələrdə rast gəlir?
A) 20-25 %
B) 0-11%
C) 62-77%
D) 55-60%
E) 87-100%
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
605) Qida borusu xərçəngi olan xəstələrdə hansı şüa reaksiyası daha az rast gəlir?
A) Epidermit
B) Leykopeniya
C) Pnevmonit
D) Ezofagit
E) Pansitopeniya
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
606) Qida borusu xərçəngi olan xəstələrdə şüa müalicəsindən sonra əmələ gələn fəsadlardan hansının xüsusi instrumental əməliyyata ehtiyacı ola bilər?
A) Bütün cavablar düzdür
B) Miyelit
C) Ağ ciyərin fibrozu
D) Qida borusunun strikturası
E) Dərinin atrofiyası
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
607) Qida borusunun hansı hissəsində yerləşən xərçəngi zamanı şüa müalicəsi cərrahi əməliyyatdan daha faydalıdır?
A) Boyun hissəsi
B) Abdominal hissəsi
C) Aşağı döş hissəsi
D) Yuxarı döş hissəsi
E) Orta döş hissəsi
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
608) Mədənin hansı hissəsində yerləşən xərçəngi zamanı şüa terapiyası daha çox hallarda aparılır?
A) Mədənin dibi
B) Kardial
C) Fərqi yoxdur
D) Pilorus
E) Mədənin cismi
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
609) Peritonarxası nahiyədə rast gəlinən şişlərdən hansında ən yüksək radiohəssaslıq müşahidə olunur?
A) Limfosarkoma
B) Paraqanqlioma
C) Rabdomiosarkoma
D) Neyrofibroma
E) Leyimioma
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
610) Aşağıda sadalanan həzm üzvlərindən hansında ən yüksək radiohəssaslıq müşahidə olunur?
A) Nazik bağırsaq
B) Mədə
C) Qida borusu
D) Mədəaltı vəzi
E) Yoğun bağırsaq
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
611) Düz bağırsağın xərçəngi olan xəstələrdə şüa terapiyasının dozimetrik planlaşdırılmasında aşağıdakı faktorlardan hansı nəzərə alınmır?
A) Ətraf yumşaq toxumaların qalınlığı
B) Regionar metastazların olması
C) Bağırsaq divarına invaziya dərəcəsi
D) Şişin morfoloji strukturu
E) Şişin anatomo-topoqrafik xüsusiyyətləri
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
Dostları ilə paylaş: |