Bölmə 5. Şüa terapiyası
261) Onkologiyada radioterapiya hansı şüaların köməyi ilə aparılır?
A) İonlaşdırıcı şüaların
B) Görülən işıq
C) Ultrabənövşəyi
D) Radiodalğaları
E) İnfraqırmızı istilik
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.10
262) Foton və ya kvant şüalanması təbiətcə necə şüalardır?
A) Yüklü elektromaqnit dalğasıdır
B) Atomu təşkil edən müsbət və ya mənfi yüklü və ya yüksüz olmaqla sakit vəziyyətdə müəyyən kütləyə malik axındır
C) Ultrabənövşəyi
D) Heç bir elektrik yükü olmayan elektromaqnit dalğasıdır
E) Atomu təşkil edən hissəciklərin axınıdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.11
Dostları ilə paylaş: |