1
Sual 1. Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi.
Azərbaycan iqtisadiyyatmm «keçid dövründə» iqtisadi islahatlar, onların
zəruriliyi və reallaşmasının xüsusiyyətləri mövzunun öyrənilməsində təsnif
edilərək aşağıdakı kimi qruplaşdırdmaqdadır:
• XX əsrdə Azərbaycan xalqmm taleyinə iki dəfə keçid dövrünü yaşamaq qismət
olmuşdur. Bunlardan biri kapitalizmdən sosializmə (1920-1937-ci illər), digəri
isə sosialist 'sistemi dağıldıqdan sonra (1991-ci il) sosializmdən kapitalizmə olan
keçid dövrüdür. Hər iki inkişaf mərhələsi çoxlu çətinliklərlə və mürəkkəb
proseslərlə zəngindir. Bunlar keçid dövrünün xarakterindən və qarşıya qoyduğu
məqsəddən irəli gəlir. Azərbaycan xalqı çox çətin olan keçid dövründə digər
keçid iqtisadiyyatlı dövlətlərə nisbətən çoxlu və ağlagəlməz problemlərlə
qarşılaşmışdır. Bu bir tərəfdən marksist-leninçi iqtisadi təliminin qeyri-elmiliyi,
digər tərəfdən rus şovinizminin erməni xəyanəti və nankor- luğu birləşərək
Azərbaycam Qafqazda bir dövlət kimi yox etmək niyyətinin olması ilə
əlaqədardır.
•Hər iki keçid dövrünün ümumi və fərqli cəhətləri vardır. Bıma hər şeydən əvvəl
mülkiyyət münasibətlərinin formalaşması nöqteyi-nəzərindən baxmaq lazımdu.
Çünki mülkiyyət münasibətləri iqtisadi münasibətlərin əsasmda dayanır və
iqtisadi sistemin və iqtisadi münasibətlərin dəyişməsi deməkdir. Hər iki keçid
dövrünün ümumi cəhətləri ilə yanaşı fəırqli tərəfləri də vardır. Fərqli cəhətlərdən
biri odur ki, birinci keçid dövründə mülkiyyət dəyişikliyi asan və qısa müddətdə
başa çatdığı halda ikinci keçid dövründə bu dəyişiklü; çətin olmaqla bərabər
uzun müddətli prosesdir və onun vaxtım müəyyən etmək olmaz. Daxili və xarici
şəraitdən, millətin mənəvi saflığmdan, dövlətin rəhbərinin istedadmdan asılı
olaraq bu dövr uzım və ya nisbətən qısa ola bilər. Məsələn, Azərbaycanm zorla
Ermənistan Uə müharibəyə cəlb edilməsi və kommunistlərin yaratdığı Qarabağ
problemi Azərbaycanda keçid dövrünün vəzifələrini uğurla yerinə yetirməkdə ən
böyük maneələrdən biridir.
• Azərbaycanm ikinci keçid dövrü birinci keçid dövründən perspektivliyi
baxımmdan da fərqlidir. Birincisi, ona görə ki, əgər birinci keçid dövrü
mütərəqqi iqtisadi sistemdən mürtəce iqtisadi sistemə keçməyi qarşısma məqsəd
qoymuşdursa, ikinci keçid dövründə inzibati-amirlik sistemindən daha
mütərəqqi olan bazar iqtisadi sisteminə keçməyi Azərbaycan dövləti strateji
məqsəd kimi qəbul etmişdir. İkincisi, əgər Azərbaycan birinci keçid dövründə
sabiq SSRİ-nin müstəmləkəsi idisə, ikinci keçid dövründə müstəqil dövlət kimi
2
istehsalm strukturunun qurulması və məhsuldar qüvvələrin səmərəli
yerləşdirilməsmi Azərbaycanm milli mənafeyinə uyğun həyata keçirməyə imkan
tapnuşdır. Üçüncüsü, əgər birinci keçid dövründə marksist- leninçi iqtisadi
təlimi ilə silahlanmış bolşeviklər və kommunistlər sahibkarları, ziyalıları məhv
etmək, iqtisadi fəaliyyət azadlığım onların əllərindən almaq yolunu seçərək qısa
müddətdə kapitalizmdən sosializmə keçməyi» qarşılarına məqsəd
qoymuşdularsa ikinci keçid dövründə Azərbaycan dövləti iqtisadi fəaliyyət
azadlığına şərait yaradıb, bazar iqtisadi sisteminm inkişafmı təmin edən
qanunlar qəbul edib və onun həyata keçirilməsinə məhdudiyyət qoyulmayıb və
təkamül mkişaf yolu ilə bazar iqtisadi sisteminin formalaşdırılmasma əlverişli
şərait yaradılıb.
•Azərbaycanda birinci keçid dövrü ilə ikinci keçid dövrünün bir fərqli xüsusiyy
əti də ondan ibarətdir ki, birincinin perspektivinin olmadığı gözlənildiyi halda
ikinci keçid dövrünün gələcəyinin yaxşı olması gözləniləndir və daha
ümidvericidir. Bu cümləni ona görə ehtiyatla yazırıq ki, hər bir dövlətin sağlam
milli iqtisadiyyatmm formalaşması və inkişafı onun öz əlindədir. Bunun üçün
Azərbaycanm hər cür şəraiti vardır. Çünki o həm müstəqil dövlətdir, həm də
iqtisadiyyatın inkişafına əngəllər törədən sovet iqtisadi sistemindən xilas
olmuşdur. Təəssüf ki, bunu Azərbaycan vətəndaşlarınm hamısı düzgün
qiymətləndirmir.
•Sosializmin sovet modeli sistemində yaşayan bütün xalqlar və millətlər, o
cümlədən Azərbaycan xalqı öz təcrübəsində gördü ki, bazar iqtisadi sistemi
inzibati-amirlik sistemindən daha mütərəqqi quruluşdu. Ona görə də sabiq SSRİ
süqut etdikdən sonra Azərbaycan dövləti sosializm adlanan inzibati-amirlik
sistemindən bazar iqtisadi sistemə keçməyi öz qarşısına əsas məqsəd
qoymuşdur.
•Bazar iqtisadiyyatma keçid dövründə Azərbaycan dövləti bazar iqtisadi
sistemini formalaşdırmaq və inkişaf etdirmək üçün azaci salıibkarlığm inkişafına
lazım olan şəraiti yaratmışdır. Ona görə ki, azad sahibkarlıq bazar iqtisadi
sisteminin əsasmı təşkil edir. Azad sahibkarlıq isə iqtisadi azadlığa əsaslanır.
İqtisadi cəhətdən azad olmaq üçün aşağıdakı şərtlər lazımdır.
•İqtisadi fəaliyyətlə məşğul olmaq istəyənlər və cəmiyyətin qalan üzvləri şəxsən
azad olmalıdır ki, onlar istədikləri kimi fəaliyyət göstərə bilsinlər.
•İqtisadi azadlığı təmin edən hüquqi aktlar, qanunlar olmalıdır.
3
•İqtisadi fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər istehsalm
maddi amilinin (istehsal vasitələrinin) sahibi, mülkiyyətçisi və tələb olunan
miqdarda pul sərvətinə malik olmahdır. Bu isə öz başlanğıcım ilkin kapital
yığımı prosesindən götürüb.
•Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yuxarıda göstərilən üç şərtin
birinci və ikincisinin təmin edilməsi Azərbaycan dövləti üçün elə bir çətinlik
törətməmiş və qısa müddətdə onlara nail olunmuşdur. Belə ki, dövlət sistem
dağılan kimi Azərbaycan özünün müstəqilliyini və Azərbaycanm sovet iqtisadi
sistemindən bazar iqtisadi sisteminə keçməyi strateji məqsədi olduğunu bəyan
etdi. Bımunla da Azərbaycanda söz, mətbuat və başqa sahələrdə azadlıqla
bərabər iqtisadi fəaliyyət azadhğı üçün də əlverişli şərait yaradıldı.
•Keçid dövrünün başlanğıcında azad sahibkarlığm hüquqi əsaslarınm
yaradılması da nisbətən qısa müddətdə və heç bir müqavimətə rast gəlmədən öz
həllini tapmışdır. Məsələn, 1992-ci ildə «Sahibkarlıq fəaliyyəti haqqmda»
Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra irəliyə gedərək
sahibkarlığın inkişafına yol açan Azərbaycan Konstitusiyası qəbul olundu.
Azərbaycan Respublikasmda 1995-ci ildə dövlət mülkiyyətinin
özəlləşdirilməsinin Dövlət Proqramı qəbul edildi və sonra bu proqrama qanun
statusu verildi, «Aqrar islahatın əsasları haqqında» və «Sovxoz və kolxozlarm
islahata haqqında», «Torpaq islahata haqqında» Azərbaycan Respublikasının
qanunları qəbul edildi. Bunlarla yanaşı, sahibkarlığın inkişafına kömək
məqsədilə Azərbaycan prezidentinin bir neçə fərmanı olmuş və onun təşəbbüsü
ilə 1994-cü ilin sentyabr aymda Bakıda «Sahibkarlıq strategiyası və iqtisadi
yenidənqurma» mövzusunda beynəlxalq konfrans keçirilmiş, 1995-ci ildə
Londonda Adam Smit İnstitutimda konfrans və Bakıda Azərbaycan-Türkiyə
iqtisadi əlaqələrinə həsr olunmuş beynəlxalq konfrans, sahibkarlarla görüş və s.
bu kimi çoxsaylı tədbirlər Azərbaycanda sahibkarhq fəaliyyətinin formalaşması
və inkişafında böyük rol oynamış və oynayacaqdır. Sonrakı illərdə də bu sahədə
çoxlu qanunlar, fərmanlar və başqa hüquqi sənədlər qəbul edilmiş və sahibkarlıq
fəaliyyətinin genişlənməsi üçün zəruri olan hüquqi baza yaradılmışdır.
Dostları ilə paylaş: |