İqlim. Aralıq dənizi sahil zolağı istisna olmaqla, ölkənin iqlimi kontinental tropikdir. Bütün ərazi üçün havanın quru və az buludlu olması səciyyəvidir. Yağıntıları çox azdır. Orta eni 30-40 km olan Aralıq dənizi bölgəsində isə xüsusi iqlim tipi formalaşıb. Bu zolaqda yaz və yay ayları quraq və isti, payız və qış isə mülayim və rütubətli keçir.
Ölkənin şimalından cənubuna getdikcə havanın temperaturu artır, yağıntıların miqdarı azalır. Aralıq dənizi bölgəsində orta illik temperatur 20°C, Nilin orta axarında 22°C-yə, cənubunda 26°C. Paytaxtda yay aylarında hava 30-35°C, gecələr 0 enir. sutkalıq temperatur amplitudu yüksəkdir. Səhrada gündüz temperatur 50°C-dək yüksəlir, gecə isə 0° dərəcəyə enir. Misirdə ilin ən isti ayları avqust, sentyabrdır- yağış yağmır.
yağıntılar dekabr və yanvar aylarında düşür. Ən çox yağıntı alan bölgə Nil deltasının qərbiÖlkəyə orta hesabla bir ildə 180 mm yağıntı düşür. Məsələn, Qahirə şəhərinə il ərzində 30-35 mm, cənubda yerləşmiş Asuan şəhərinə 3-5 mm yağış yağır. Ölkənin daxili rayonlarında isə yağmursuz keçən illər tez-tez müşahidə edilir.
Yağışlar leysan şəklində düşdüyündən Nil deltasında bərk örtüyü olmayan yolların müvvəqqəti sıradan çıxmasına səbəb olur. Dağlıq ərazilərdə-Sina yarımada-sındakı dağlara qar yağsa da qar örtüyü çox davamsız olur.
Dostları ilə paylaş: |