Balıqçılıq daxili tələbatı ödəmək məqsədi ilə inkişaf etdirilir. Balıq və digər dəniz məhsulları misirlilərin qidasında mühüm yer tutur. İqlim şəraiti və əhalinin peşəkarlığı balıqçılığın inkişafı üçün əlverişlidir. Nil çayında, göllərdə, Aralıq və Qırmızı dənizin sularında müxtəlif balıq növləri ovlanılır.
SUAL 83. Misirin iqtisadiyyatının aparıcı sahələri
Ötən əsrin ortalarına qədər Misir, sənaye sahələri zəif inkişaf etmiş monokultur (təkbitkiçilik) k/t ölkəsi idi. Misir hökuməti 1952-ci ildən başlayaraq ölkədə əsaslı sosial-iqtisadi dəyişikliklər həyata keçirir. Bu müddətdə xarici müəssisələr milliləşdirilmiş, k/tda aqrar islahatlar keçirilmişdir.
XX əsrin 70-ci illərindən başlayaraq ölkəyə xarici kapitalın cəlb edilməsinə və Qərblə iqtisadi əlaqələrə üstünlük verilmişdir. Misirdə 90-cı illərin əvvəllərindən sosial-iqtisadi inkişafın bazar iqtisadiyyatı modelinə keçidi başlanmışdır. Bu halda dövlət təsərrüfat subyekti qismində öz mövqeyini zəiflətmişdir. Turizm, yüngül və yeyinti sənaye müəssisələri özəlləşdirilmiş, valyuta qanunvericiliyi liberallaşdırılmışdır. Hazırda ÜDM 70%-i, kapital qoyuluşunun 60%-i özəl sektora aiddir.
2018-ci ildə Misirdə ÜDM-un həcmi 339,7 mlrd. dollara yaxın, adam başına düşən gəlirin həcmi isə 4,8 min dollardan artıq olmuşdur. 2000-2015-ci illərdə iqtisadi artım tempi hər il 5-2 % təşkil etmişdir.
iqtisadiyyatının sahələr üzrə strukturuna görə: ÜDM 16% kənd təsərrüfatı və balıqçılığın (işçi qüvvəsinin 53%); 30% sənaye və tikintinin (işçi qüvvəsinin 17%-); 56% xidmət sahələrinin payına düşür.
Dostları ilə paylaş: |