Ətraf mühitin aktual problemləri: su mənbələrinin çatışmazlığı su ehtiyatlarının toplanmasını və onların paylanmasına nəzarət olunmasını tələb edir; çayların kənd təsərrüfatı və məişət tullantıları ilə çirkləndirilməsi; havanın çirklənməsi nəticəsində yağan turşsulu yağışlar; torpaqların eroziyası; səhralaşma və s.
SUAL 85. CAR-ın inkişaf tarixi idarə olunma sistemi, əhalisi
Tarixi. Afrikanın cənubu qədim zamanlarda puşmenlər, qotentodlar və bantular tərəfindən məskunlaşmışdır. Qotentodlar materikin cənub və cənub-qərbində, buşmenlər onlardan şimalda və şimal-şərqdə, bantular daxili rayonlarda yaşayırdılar. 1652-ci ildə hollandlar Kap müstəmləkəsini yaradırlar. Hollandiya mühacirləri – burlar əsas məşğuliyyəti ekstensiv əkinçilik və heyvandarlıq idi.
XVII-XVIII əsrlərdə Afrikanın cənubuna Fransa və Almaniyadan mühacirlər gəlməyə başlayır. XVIII-XIX əsrlərdə Kap müstəmləkəsi zəifləyir. XIX əsrin əvvəllərində İngiltərə hökuməti Kap müstəmləkəsini zəbt edir, sonra isə Natal müstəmləkəsini nəzarəti altına alır. XIX əsrin 30-cu illərinin sonunda burlar Cənubi Afrikanın daxili rayonlarına kütləvi köçürülür. həmin rayonlarda yaşayan kosa, zulu və digər bantu xalqlarının sıxışdırılması ilə nəticələndi. Afrika mənşəli əhali zorla az məhsuldar torpaqlara sıxışdırılır və bu ərazilər sonralar bandustanların (xounlend) əsasını təşkil edir. Böyük Britaniyanın Cənubi Afrikada mövqeyinin möhkəmləndirilməsi, Keyptaun-Qahirə istiqamətində materikin daxilinə soxulmaq səyi bantuların sonuncu müstəqil ərazilərini, 1899-1902-ci il ingilis – bur müharibəsində Oranj Azad dövləti və Transvaalı zəbt etməsi ilə nəticələndi. 1910-cu il 31 mayda İngiltərə Kap müstəmləkəsi, Natal və keçmiş bur Respublikaları Cənubi Afrika İttifaqında (CAİ) birləşdirildi.
XX əsrin 40-cı illərinin sonlarında irqi ayrıseçkilik və ya aparteid rəsmi siyasət kimi təsdiqləndi. 1961-ci ildə CAİ Britaniya Millətlər Birliyinin tərkibindən çıxır və Cənubi Afrika Respublikası elan olunur. Ölkənin afrika mənşəli əhalisinin öz hüquqları uğrunda uzun müddət apardıqları mübarizə, dünya ictimaiyyətinin təzyiqi 1990-cı illərin əvvəllərində hakimiyyəti irqi ayrıseçkilik qanunlarının ləğv edilməsi ilə nəticələnən demokratik dəyişikliklər etməyə məcbur etdi.
Dostları ilə paylaş: |