Səth quruluşu. dağlıq ölkədir. 3/4 hissəsini dağlar və yüksəkliklər tutur. İtaliyanın şimalında Alp dağ sistemi uzanır. Alpların İtaliya ərazisinə düşən cənub hissəsi İtaliya Alpları adlanır. Ölkənin Fransa, İsveçrə, Avstriya və Sloveniya ilə quru sərhəddi bu dağlar boyuncadır. Avropada ən hündür nöqtə Monblan və ya Monte-Bianko (4807 m) ölkənin Fransa ilə sərhəddindədir.
Oroqrafik cəhətdən mürəkkəb quruluşa malik Alp dağ sistemi qövs şəklində qərbdən-şərqə 1200 km məsafədə uzanır. İtaliya Alplarında bir çox dağ massivləri, çay dərələri, çökəkliklər və dağ keçidləri vardır. Keçidlərdən avtomobil və dəmiryolları çəkilmiş, körpülər salınmış, tunellər tikilmişdir. Böyük sahələri tutan çəmənliklər isə otlaq heyvandarlığı inkişaf etdirməyə imkan verir.
Alp dağları həm də Avropada turizm-rekreasiya cəhətdən inkişaf etmiş təbii regiondur. Alp dağlarındakı füsunkar təbiət, infrastruktur tikililər kurort-istirahət, qış-xizək turizm növlərinin inkişafına səbəb olmuşdur. Alp dağlarından cənubda Padan (Lombardiya) ovalığı yerləşir. Padan ovalığı Alp dağları, Apennin dağları və Adriatik dənizi arasında üçbucaq forması əmələ gətirir. bu ovalıq Po çayı hövzəsini əhatə edir. Ovalığın qərb hissəsində, 500 – 600 m olan ərazilərdə meyvə bağları və üzümlüklər, Po çayının aşağı axarlarında isə heyvandarlıqla məşğul olan, taxıl və şəkər çugunduru becərilən bölgələr yerləşir. Padan ovalığı İtaliyanın iqtisadi cəhətdən inkişaf etmiş bölgəsidir.
Alp dağlarının cənub – qərb davamını Apennin dağları təşkil edir. Bu dağlar yarımada boyunca 1500-1800 km məsafədə uzanır. Ən yüksək nöqtəsi Korno dağıdır. Ölkədə əhəng daşlarının geniş yayılması ilə əlaqədar dağlıq bölgələrdə (Şərqi Alplarda, Şimali və Şərqi Apennində, Siciliya və Sardiniyada) səth və yeraltı karstların bütün formalarına rast gəlmək olar. Dünyada ən uzun mağaralardan biri Antroddeil Alplardadır.
Dostları ilə paylaş: |