SUAL 1. Dünyanın siyasi xəritəsinin formalaşması
Siyasi xəritə dünya ölkələrinin müasir durumunu, onların idarə olunma formalarını, müasir dövlət quruluşlarını, inzibati ərazi bölgülərini özündə əks etdirir. Siyasi xəritənin bütün aspektlərinin dinamik cəhətcə öyrənilməsi tarixçilərin, coğrafiyaşünasların, siyasətşünasların, regionşünasların maraq dairəsindədir.
Dünyanın siyasi xəritəsi üçün yüksək dinamiklik səciyyəvi haldır. Siyasi xəritə siyasi-coğrafi dəyişiklikləri, müstəqil dövlətlərin yaradılmasını, onların siyasi statusunda baş verən dəyişiklikləri, iri dövlətlərin bir neçə müstəqil dövlətə bölünməsi və ya iri dövlətin bir vahid dövlət tərkibində birləşməsi, dövlətin tutduğu ərazinin yaxud paytaxtın dəyişməsi və s.məsələlərlə məşğul olur. Siyasi xəritədə baş verən dəyişikliklər iki yolla həyata keçirilir:
Kəmiyyət dəyişiklikləri
Keyfiyyət dəyişiklikləri
Dostları ilə paylaş: |