Şübhəsiz ki, xəmrin (arağın) haram edilməsi Qurani Kərimin əl-Maidə surəsinin 93-cü ayəsində nazil olmuşdur



Yüklə 13.88 Kb.
tarix07.06.2017
ölçüsü13.88 Kb.
Haram içki
Ən mötəbər hədis alimi, məşhur Buxari (Allah ondan razı olsun) “İçkilər” kitabında “Xəmr ağılı yox edən içkidir” babında rəvayət edir ki: Bizə Yəhya bin Səid Əbu Həyyan ət-Teymidən, o da Amir əş-Şabidən nəql etdi ki, İbn Ömər (r.a) belə demişdir: Ömər (Allah ondan razı olsun) Peyğəmbərin minbərində xütbə verib belə dedi:

“Şübhəsiz ki, xəmrin (arağın) haram edilməsi Qurani Kərimin əl-Maidə surəsinin 93-cü ayəsində nazil olmuşdur (- İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!). Bu gün xəmr (araq) bu beş şeydən düzəldilir. Üzümdən, xurmadan, buğdadan, arpadan və baldan. Xəmr isə ağılı örtən hər cür içkiyə deyilir. Üç şey var ki, Peyğəmbərin (s.ə.s) bizə tam açıq məlumat verənə qədər bizdən ayrılmamasını təmənne etdim. Baba, dedi-qodu və birdə faizin bəzi hissələri”.

Bu hədis kifayətdir ki, biz özümüzü spirtli içkilər barədə sorğu-suala çəkək. Həqiqətən də bu gün hamılıqla bu böyük günahın daşıyıcılarıyıq. Bu məsələ çox böyük və əhəmiyyətli məsələdir. Amma bizim həm dövlət, həmdə cəmiyyət şəxsi mənfəət üçün, həmçinin ümumi beynəlxalq prinsiplərə əsaslanaraq bu məsələdə susurlar. Çünki arağın istehsalı və satışı həm dövlətə müəyyən mənada gəlir gətirir, həmçinin cəmiyyət içərisində bu haramın alış verişi açıq şəkildə həyata keçirilir. Biz isə dəfələrlə bu barədə məqalələr və tezislər yazırıq. Lakin bu məsələnin qabardılması və kütləyə çatdırılması xalqı kifayət qədər maarifləndirmir. Əksinə belə yazılar yazanda ən böyük dövlət nümayəndələrindən tutmuş, arağın iyi ilə yaşayan adi vətəndaşlara qədər hamı bu yazıları əhəmiyyətsiz hesab edir. Təbii ki, bu heç də nəticəni, yəni aqibəti yaxşı göstərmir. Çünki bu işdə əgər elmi olan insanlar yazırlarsa və bu məsələni qabardırlarsa, onda onlar öz üzərinə düşən vəzifəni yerinə yetirmiş sayılırlar. Qiyamət günü bu günkü cəmiyyətmiz bu barədə həqiqətən də sorğu-sual olunacaqlar. Allah təala bu məsələdə bizi bağışlasın. Çünki bizlərdən bir çoxu məcbur qalıb araq olan məclislərdə otururlar.

Əbu Həyyan ət-Teymi dedi ki, Mən Amir əş-Şabiyə:



  • Ya Əbu Əmr! Bir içki var ki, Sind vlayətində düyüdən düzəldilir. Bunun hökmü nədir? – dedim. əş-Şabi:

  • Düyüdən düzəldilən bu içki Peyğəmbər zamanında yox idi – yaxud: Ömər zamanında yox idi – dedi.

Hişam ibn Əmmar belə dedi: Bizə Sədəqə bin Xalid rəvayət etdi. Bizə Əbdürrəhman bin Yezid bin Cabir rəvayət etdi... Əbu Malik əl-Əşari dedi: Peyğəmbər (s.ə.s) belə dedi: And olsun, ümmətimdən şübhəsiz bəzi qövmlər meydana gələcəkdir. Bunlar zina etməyi, ipək paltarlar geyinməyi, şərab içməyi, çalğı alətləri çalıb əylənməyi halal və mübah sayacaqlar. Bəzi mərhəmətsiz zümrələr də bir dağın yanında oturacaqlar. Onlara aid olan qoyun sürüsü ilə çoban səhər-səhər onların yanına gələcək. Axşam isə gedəcək. Bunlara yoxsul bir insan ehtiyacı üçün gələcək və bu duyğusuz insanlar yoxsula: Bu gün get, bizim yanımıza səhər gələrsən! - deyəcəklər. Buna görə də Allah təala əyləndikləri dağı gecə vaxtı üzərlərinə endirib bir qismini həlak edəcək. Sağ qalan o birilərini də qiyamət gününə qədər meymunlara və donuzlara döndürəcəkdir”.

Bu hədisə əsaslansaq baxarıq ki, bu günki cəmiyyətimiz sanki Peyğəmbərimizin dediyi bütün pis xislətləri özündə cəmləşdirib. Əlbəttə bu hədisi hamıya aid etmək olmaz, amma cəmiyyətimizin bir çox kütləsi bu qorxunc və sonu fəlakət olan yolu izləyiblər. Allah təala bizi doğru yola yönəltsin. Amin!

Bizim sevgili Peyğəmbərimizin (s.ə.s) əhli beytindən olan, zövcələrindən ən sevimlisi olan Aişə (r.a) deyir ki: Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Sərxoşluq verən hər cür içki haramdır” (Buxari, Vudu 1-71, Əşribə 4, Müslim, Əşribə 67-69, Əbu Davud, Əşribə 2 (1863, 1866), Nəsai, Əşribə 23, İbn Macə, Əşribə 9 (3386), Əhməd bin Hənbəl , 6/36, 97, 190, 225, 226). Yenə ayrı bir gün Rəsulallahdan (s.ə.s) bal şərbətindən düzəldilən içkinin hökmü soruşuldu. Bunu eşidəndə Peyğəmbər (s.ə.s): “Sərxoşluq verən hər içki haramdır” buyurdu. Peyğəmbərimiz (s.ə.s) burada sərxoşluq verən içkiyə “xəmr” deyib. Xəmr – örtmək mənasına gələn bir kökdən gəlir. Ağılı örtən, yəni sərxoşluq verən şey deməkdir. Yalnız içkinin termin mənası üzərində görüş ayrılığı vardır. Digər məzhəb imamları içki deyilincə bütün sərxoşverici içkiləri nəzərdə tutmuşlar. Bir sözlə mən bu barədə bir çox səhih hədilərin mövcud olmasını nəzərə alıb hamısını burada qeyd etmədim. Allahdan istəyim budur ki, bizim yaxın qohum əqrabalar, xalqımız bu murdar və şeytan əməli olan arağı tərk eləsinlər, Cənnətdən axan ən ləzzətli içkilər içsinlər. Bu barədə ədalətli olmalarını onlara tövsiyə edirəm. Allah hər şeyi görür və bilir. Məgər haram şərabın yer üzərindəki fəsadları görmürlərmi? Görürlər, amma ibrət almırlar. Allah bizim xalqımızı hidayətə nail etsin. Amin!

Bu mövzu ilə bağlı sizdə öz şərhlərinizi və fikrinizi yazmağı unutmayın.


Əkrəm Həsənov

Ilahiyyatci



www.islam.azeriblog.com

garibekrem@hotmail.com


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə