"Sudan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında


İstehlakçıya suyun verilməsinindayandırılmasının əsasları və



Yüklə 166,82 Kb.
səhifə2/3
tarix03.12.2016
ölçüsü166,82 Kb.
#744
1   2   3

8. İstehlakçıya suyun verilməsinindayandırılmasının əsasları və

müqavilənin ləğv edilməsi

 

8.1. STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilədayandıra bilər:



8.1.1. istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

8.1.2. tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda;

8.1.3. su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;

8.1.4. istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;

8.1.5. STKM ilə müvafiq müqavilə bağlanılmadıqda;

8.1.6. məişət (təsərrüfat)–içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda;

8.1.7. məhkəmənin müvafiq qərarı olduqda;

8.1.8. istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə. 

8.2. İstehlakçıya suyun verilməsinindayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinindayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

8.3. İstehlakçı suyun verilməsinindayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinindayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir.

8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.

8.5. Su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinindayandırılması üçün əsas deyildir.

8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.

8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.

8.8. Suyun verilməsinindayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan, su təchizatı bu Qaydaların 8.1.5-ci və 8.1.8-ci yarımbəndlərinə əsasən dayandırıldıqda su təchizatının dayandırılması və bərpası ilə əlaqədar xərclər istehlakçı tərəfindən ödənildikdən və müvafiq qaydada rəsmiləşdirildikdən sonra1 (bir) iş günü müddətində STKM tərəfindən suyun verilməsi bərpa edilməlidir.

8.9. Suyun verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 8.1.2-ci yarımbəndi istisna olmaqla) STKM tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

 

9. Kanalizasiya şəbəkə və qurğularından istifadəyə dair xüsusi tələblər

 

9.1. Tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM tərəfindən təmin olunmalıdır.



9.2. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər.

9.3. Kanalizasiya şəbəkəsinin tutulmasının, sıradan çıxmasının və təmizləyici qurğularının işinin pozulmasının qarşısını almaq məqsədi ilə şəbəkəyə aşağıda göstərilənlərin axıdılması qadağandır:

9.3.1. insanların sağlamlığı üçün təhlükə yaradan maddələrin, radioaktiv maddələrin, yoluxucu xəstəxana sularının, həmçinin tərkibində mətbəx və iri bərk təsərrüfat tullantıları, neft məhsulları olan və ya partlayışa səbəb ola biləcək maddələrin;

9.3.2. temperaturu +400C-dən artıq olan tullantı sularının, soyuducu kondensat sularının, hidroyuyuntudan, hidrotorfdan və quruducu-yığıcı çənlərdən axan suların;

9.3.3. atmosfer yağıntılarını qəbul edən yağış kanalizasiya şəbəkələrinə təsərrüfat-məişət tullantı sularının və tullantı su şəbəkələrinə səth axıntı sularının (kanalizasiya sisteminin yağış kanalizasiya şəbəkələrindən ayrılmış yaşayış məntəqələrində);

9.3.4. kanalizasiya qurğularına xidmət edən işçilərin səhhətinə zərər vuran və təmizləyici qurğularda tullantı sularının bioloji təmizlənməsinin texnoloji prosesini pozan istehlakçıların tullantı sularının.

9.4. Tullantı sularının müntəzəm olaraq STKM-inixtisaslaşdırılmış laboratoriyasında analizi aparılmalıdır. Analizin xərcləri onun nəticəsinə görə tullantı sularının tərkibindəki çirkləndirici maddələrin miqdarı yol verilən qatılıq həddindən artıq olduqda və ya analiz istehlakçının arzusu ilə aparıldıqda istehlakçının, qalan hallarda isə STKM-in vəsaiti hesabına ödənilir. İstehlakçı tərəfindən kanalizasiya sisteminə axıdılan tullantı sularının tərkibindəki çirkləndirici maddələrin miqdarı yol verilən qatılıq həddindən artıq olduqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada istehlakçıya ödəmələr hesablanır.

9.5. Mövcud təsərrüfat-məişət kanalizasiya sisteminə qoşulmuş sənaye müəssisəsinin tullantı sularının tərkibində nəzarəti aparılan maddələrin qatılıq həddinin tələblərə uyğun gəlmədiyi müəyyən edilərsə, müəssisənin tullantı sularının yerli (lokal) qurğularda təmizlənməsi vacibdir. Bu halda sənaye müəssisəsi öz vəsaiti hesabına yerli (lokal) təmizləmə qurğularının STKM ilə razılaşdırılmış layihə üzrə inşasını təmin etməli, dövri, ardıcıl və təkrar su təchizatı sistemlərinin yaradılmasını həyata keçirməlidir.

9.6. İstehlakçılar kanalizasiya şəbəkə və qurğularının normal istismarı üçün aşağıdakılara əməl etməlidirlər:

9.6.1. özlərinə məxsus olan kanalizasiya şəbəkələrinin düzgün istismarına və mühafizəsinə;

9.6.2. STKM-in kanalizasiya şəbəkəsindən istifadəyə qoyduğu qadağalara;

9.6.3. istifadə edilmiş tullantı sularının axıdılması üzrə xidmətin dəyərinin vaxtında və tam ödənilməsinə;

9.6.4. suqəbuledici avadanlıqlara bərk əşyaların atılmamasına və zərərli (tezalışan) mayelərin axıdılmamasına;

9.6.5. suqəbuledici avadanlıqların, aidiyyəti üzrə kanalizasiya baxış quyularının normal (normalara uyğun) saxlanılmasına və istismarına;

9.6.6. zirzəmilərdə kanalizasiya dayaqlarının və axıtma borularının sazlığına;

9.6.7. binanın damındakı kanalizasiya dayağına aid ventilyasiya nəfəsliyinin bağlanmamasına.

9.7. İstehlakçılar balanslarında olan kanalizasiya baxış quyularının müvafiq qapaqlarla bağlanmasına və qapaqların mühafizəsinə cavabdehlik daşıyırlar.

9.8. Kanalizasiya şəbəkəsinin quyuları onların baxılması və istismarı üçün daim yararlı vəziyyətdə saxlanılmalı, onların istismarına mane olan əşya və maddələrin toplanmasına yol verilməməlidir.

9.9. STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir.

9.10. STKM istehlakçının balansında olan kanalizasiya sisteminə nəzarət etmək hüququna malikdir. İstehlakçılar onların ərazilərində yerləşən, yaxud balanslarında olan kanalizasiya şəbəkə, qurğu və avadanlıqlarına STKM-in səlahiyyətli nümayəndələrinin maneəsiz baxış keçirmələrinə şərait yaratmalıdırlar.

9.11. STKM aşağıdakı hallarda yazılı xəbərdarlıq etdikdən sonra və akt tərtib edərək onun bir nüsxəsini istehlakçıya vermək şərtilə istehlakçını təsərrüfat-məişət kanalizasiya şəbəkəsindən ayırmaq hüququna malikdir:

9.11.1. təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin borularını tezliklə sıradan çıxara biləcək və ya tərkibində tezalışan və işçilərin (xidmət heyətinin) səhhəti üçün təhlükəli maddələr olan, həmçinin təmizlənmə prosesinə zərərli təsir göstərən tullantıların axıdılması aşkar edildikdə;

9.11.2. müəssisənin ərazisində kanalizasiya sisteminin istismarı ilə əlaqədar verilmiş tələblər yerinə yetirilmədikdə;

9.11.3. təsərrüfat-məişət kanalizasiya sisteminə qanunsuz qoşulmalar aşkar edildikdə.

9.12. STKM-inmütəxəssislərindən başqa digər şəxslərə təsərrüfat-məişət və yağış kanalizasiya baxış quyularının qapaqlarını açmaq və quyulara düşmək qəti qadağandır.

9.13. İstehlakçının kanalizasiya sistemindən düzgün istifadə etməməsi nəticəsində kanalizasiya qurğuları sıradan çıxdıqda, onların təmiri və ya tam bərpası istehlakçı tərəfindən təmin edilməlidir. Həmin işlər istehlakçının qüvvəsi ilə STKM-in texniki nəzarəti altında aparıla və ya istehlakçının vəsaiti ilə STKM tərəfindən yerinə yetirilə bilər.

9.14. Sənaye müəssisələrinin kanalizasiya şəbəkəsinin tutulması yaşayış məntəqəsinin kanalizasiya sisteminin vəziyyətini təhlükə altına alırsa, STKM istehlakçının vəsaiti hesabına həmin şəbəkənin təmizlənməsini və normal istismar vəziyyətinə gətirilməsini təmin edir.

9.15. Birləşdirici kanalizasiya qolları yalnız STKM tərəfindən təmizlənməlidir. Bununla əlaqədar birləşdirici kanalizasiya qolları tutulduqda, istehlakçı bu barədə dərhal STKM-ə məlumat verməlidir.

9.16. STKM tərəfindən balansında olmayan kanalizasiya şəbəkələrinin təmizlənməsi və təmiri üzrə sifariş əsasında yerinə yetirilən işlərə görə istehlakçılar STKM-in təqdim etdiyi hesab üzrə vəsait ödəməlidirlər.

9.17. Fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların kanalizasiya sisteminə tullantı sularının tərkibindəki yol verilən qatılıq həddindən artıq zərərli və çirkləndirici maddələrin təmizlənməsi üçün STKM-ə müəyyən edilmiş tariflərə uyğun xidmət haqqı ödənilir.

 

____________________



 

Sudan istifadə Qaydaları”na



1 nömrəli əlavə

 

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan

 

M Ü Q A V İ L Ə

                       



http://www.azerbaijan-news.az/uploads/images/iyul_2014/24/001.jpg

 

 



 

 

 



 

 

 



Bir tərəfdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin________(bundan sonra  - Müəssisə)  rəisi_________________________ şəxsində, digər tərəfdən (bundan sonra - istehlakçı) _______________________şəxsində Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 723-IQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Qanununa (bundan sonra - Qanun) və “Sudan istifadə Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq bu Müqaviləni bağladılar.                                                                        

 

1. Müqavilənin predmeti

 

1.1. Bu Müqavilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.



 

2. Ödəniş şərtləri

 

2.1. İstehlakçının istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi (miqdarı) su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada təyin edilir.



2.2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1miçməli suya görə hesablaşma ƏDV ilə_________________manat və istehlakçıdan qəbul edilən 1m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə_____________manat müqabilində aparılır.

2.3. Həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evlərində yaşayan istehlakçılar sayğac olmadıqda, təyin olunmuş normadan artıq istifadə olunan suya görə (həyətyanı sahənin suvarılması və s. ) müəyyən edilmiş qaydada əlavə haqq ödəyirlər.

2.4. Tariflər dəyişdikdə, Müəssisə bu barədə mətbuat, radio-televiziya və digər kütləvi informasiya vasitələri ilə istehlakçıya məlumat verir.

 

3. Müəssisənin hüquq və öhdəlikləri

 

3.1. Müəssisə istehlakçını tələbatına uyğun içməli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir.



3.2. Müəssisə özünün təqsiri üzündən baş verən hadisələr istisna olmaqla, magistral su kəmərindən istehlakçının daxili şəbəkəsinə verildikdən sonra suyun keyfiyyətinin dəyişməsinə görə məsuliyyət daşımır.

3.3. Müəssisə istehlakçının su təchizatını texniki şərtlərə uyğun paylayıcı şəbəkəyə qoşulmuş diametri  d=_________mm olan boru (birləşmə) vasitəsilə həyata keçirir.

3.4. Qanunun 26-cı və 62-ci maddələrində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada, əvvəlcədən xəbərdar etməklə, istehlakçının su təchizatını aşağıdakı hallarda dayandırmaq hüququna malikdir:

3.4.1. məişət-içməli məqsədlər üçün nəzərdə tutulmuş sudan digər məqsədlər üçün istifadə olunduqda;

3.4.2. su təchizatının dayandırılmasını tələb edən təmir-tikinti, profilaktika, qəzanın nəticələrinin aradan qaldırılması işləri aparıldıqda, su tutarlarının (anbarların) təmizlənməsinə ehtiyac yarandıqda, içməli suyun bulanıqlıq dərəcəsi artdıqda;

3.4.3. Müəssisənin istehlakçıya verdiyi suyun haqqı hesab təqdim edildiyi (göndərildiyi) gündən sonra 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə;

3.4.4. istehlakçı  tərəfindən qoşulma bu Müqavilənin 3.3-cü bəndinə zidd aparıldıqda;

3.4.5. Müəssisənin səlahiyyətli nümayəndəsinə bu Müqavilənin tələblərinin icrasına nəzarət olunması və müqavilədə nəzərdə tutulmuş digər tədbirlərin görülməsinə istehlakçı tərəfindən maneələr yaradıldıqda;

3.4.6. istehlakçının yazılı xahişi olduqda.

3.5. Müəssisə sudan israfçılıqla istifadə nəticəsində vurulmuş ziyana görə, Qanunun 65-ci və 72-ci maddələrinə əsasən istehlakçıdan zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

3.6. Baş vermiş təbii fəlakət, qəza nəticəsində yaranacaq fasilələr zamanı içməli və təsərrüfat məqsədli suların təchizatının dayandırılması nəticəsində istehlakçıya dəyən ziyana görə Müəssisə cavabdehlik daşımır.

3.7. İstehlakçının öz adına birdən çox müqaviləsi olduğu təqdirdə, onun bir ünvanda olan borcuna görə borcu olmayan digər ünvanlarındakı su təchizatı da dayandırıla bilər.

3.8. Bu Müqavilənin 3.4-cü bəndinin (3.4.2-ci yarımbənd istisna olmaqla) tələblərinə uyğun olaraq, su təchizatı tam dayandırılarsa, şəbəkəyə birləşmənin ləğv edilməsi ilə suyun kəsilməsinə və yenidən bərpasına çəkilən əlavə xərclər də daxil olmaqla, bütün borclar istehlakçı tərəfindən tam ödənildikdən sonra su təchizatı bərpa olunur.

 

4. İstehlakçının hüquq və öhdəlikləri

 

4.1. İstehlakçı “Azərsu” ASC tərəfindən verilmiş texniki şərtə əsasən su təchizatı və kanalizasiya sistemlərinə qoşularaq, tələbatına görə, keyfiyyət standartlarına uyğun içməli su ilə təmin olunmaq və tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasını (qəbulunu) Müəssisədən tələb etmək hüququna malikdir.



4.2. İstehlakçı Müəssisə tərəfindən satılmış suyun və göstərilmiş xidmətlərin haqqını 1 (bir) ay müddətində bank, poçt, internet və ya POS-terminallar vasitəsilə ödəyir.

4.3. İstehlakçı istifadə olunmuş suyun və axıdılmış tullantı sularının dəyərini vaxtında ödəmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci, 449.1-ci və 449.2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən olunmuş qaydada, ümumi məbləğin ______ faizi miqdarında müamilə (dəbbə) haqqı ödəməlidir.

4.4. Müəssisə tərəfindən ölçü cihazlarına, siyirtmələrə, hidrantlara və digər tənzimləyicilərə vurulmuş möhürlərin (plombların) bütövlüyünü təmin edir, onları daim işlək vəziyyətdə saxlayır, hər cür hava şəraitinin təsirindən (mexaniki zərbə, yağış, toz, donma və birbaşa günəş şüalarına məruz qalma və s.) qorunması üçün lazımi tədbirlər görür, Qaydaların tələblərinə uyğun ölçü cihazlarını texniki pasportlarında göstərilən müddətdə və digər hallarda dövlət yoxlamasından keçirir.

4.5. Ölçü cihazlarının və tənzimləyicilərin işində qüsurlar yarandıqda və yaxud sıradan çıxdıqda, vurulmuş plomblar pozulduqda, istehlakçı Müəssisəyə növbəti iş günündən gec olmayaraq məlumat verir.

4.6. İstehlakçı hüquqtəsdiqedici sənəd (xidməti vəsiqə və s.) əsasında, Müəssisənin səlahiyyətli nümayəndəsinin, vəzifə borclarını yerinə yetirmək üçün, maneəsiz olaraq özünə məxsus əraziyə (binaya, həyətə və s.) buraxılmasını təmin edir.

 

5. Müqavilənin ləğv edilməsi

 

5.1. Bu Müqaviləyə dəyişiklik və əlavələr Müəssisə və istehlakçı tərəfindən təsdiq edilmiş əlavə razılaşma ilə həyata keçirilir.



5.2. Bu Müqavilə tərəflərdən birinin yazılı təşəbbüsü əsasında vaxtından əvvəl ləğv edilə bilər. Yazılı təşəbbüs daxil olduğu vaxtdan 1 (bir) ay müddətində istehlakçı borcunu tam ödədikdə müqavilə ləğv edilmiş hesab olunur.

5.3. Tərəflər arasında sudan istifadə və kanalizasiya xidmətinə görə mübahisəli məsələlər yarandıqda, mübahisə aidiyyətı üzrə məhkəmə qaydasında həll edilir.

 

6. Müqavilənin müddəti

 

6.1. Müqavilə qüvvəyə minir: “_____”________________________ 201______il.



6.2. Tərəflərdən biri Müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədikdə, bu Müqavilənin  müddəti hər növbəti il üçün uzadılmış hesab olunur. Növbəti illərdə yeni Müqavilənin bağlanması ilə bu Müqavilə qüvvədən düşmüş hesab edilir.

6.3. Bu Müqavilə tərəflərin hər birində 1 (bir) nüsxə olmaqla, eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir.

6.4. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tarif (qiymət) dəyişdirilərsə, bu Müqavilənin 2.5-ci bəndi Müəssisə tərəfindən icra olunmaqla, hesabat Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarının qüvvəyə mindiyi tarixdən, yeni tarifə (qiymətə) uyğun aparılır və Müqavilə öz qüvvəsində qalır.

 

7. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri

 

Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Bakı şəhəri, AZ1012, Moskva pr.67

h/h AZ65AİİB33070019441100216111,

VÖEN-9900001751M/h0137010001944

Kapital Bank”ın 1 №-li Nəsimi filialı



Kod: 200112  VÖEN-9900003611

 


İSTEHLAKÇI”

___________________________

___________________________

___________________________

___________________________

 


 

______________________                         ______________________

(müəssisənin adı)

 

tel.:______________________                     tel.:______________________



 

rəisi________________________             ___________________________

(SKİ-nin rəisinin adı, soyadı, atasının adı)          (istehlakçının adı, soyadı, atasının adı)

 

 



M.Y.             

 

 



_________________

 

 

 

Sudan istifadə Qaydaları”na



2 nömrəli əlavə

 

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair



hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq

fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan

 

MÜQAVİLƏ

                                                                      

 http://www.azerbaijan-news.az/uploads/images/iyul_2014/24/01.jpg                                 

 

 

 



 

 

 



 

Bir tərəfdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, ____________ (bundan sonra – Müəssisə) rəisi _________________________ şəxsində, digər tərəfdən (bundan sonra – istehlakçı) __________________şəxsində, Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 723-IQ saylı “Su təchizatı və tullantı suları haqqında” Qanununa (bundan sonra - Qanun) və “Sudan istifadə Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq bu Müqaviləni bağladılar.

 


  1. 1.                  Müqavilənin predmeti

 

1.1. Bu Müqavilə Müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini  müəyyən edir.

 


  1. 2.                  Ödəniş şərtləri

 

2.1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1 mxammal suya görə hesablaşma ƏDV ilə_____________ manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə______________ manat və istehlakçıdan qəbul edilmiş 1 m tullantı suyuna görə hesablaşma ƏDV ilə ___________________  manat müqabilində müəyyən edilir.

2.2. Su təchizatı və tullantı sularının axıdılma xidmətinin qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sora qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir.

2.3. Müəssisə ayda 1 dəfədən az olmayaraq (smart-kart tipli sayğaclar istisna olmaqla) istehlakçı tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparır və müvafiq qaydada tərtib edilmiş ödəniş sənədini istehlakçıya təqdim edir.

2.4. Hesab istehlakçıya Müəssisə tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bank, poçt, internet və ya POS-terminallar vasitəsilə 1 (bir) ay müddətində tam ödənilməlidir.

 


  1. 3.                  Müəssisənin hüquq və öhdəlikləri

 

3.1. Müəssisə istehlakçının tələbatına uyğun məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir.

3.2. Müəssisə özünün təqsiri üzündən baş verən hadisələr istisna olunmaqla, magistral su kəmərindən istehlakçının daxili şəbəkəsinə verildikdən sonra suyun keyfiyyətinin dəyişməsinə görə məsuliyyət daşımır.

3.3. Müəssisə istehlakçının su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=_________________ mm olan boru (birləşmə) vasitəsilə həyata keçirir. 

3.4.  Müəssisə istehlakçının istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə Qaydaların 7.2-ci, 7.4-cü və 7.5-ci bəndlərinə uyğun təyin edir.

3.5. Axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır.

3.6. Axıdılan tullantı sularının miqdarı işlədilmiş suyun miqdarına uyğun olmadıqda, Müəssisə axıdılan tullantı sularının həcmini hesablamaq üçün “Su təsərrüfatı pasportu”nu istehlakçıdan tələb edir.

3.7. Müəssisə Qanunun 26-cı və 62-ci maddələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada, istehlakçının su təchizatını  aşağıdakı hallarda dayandırmaq hüququna malikdir:

3.7.1. istehlakçının müvafiq yazılı müraciəti olduqda;

3.7.2. tikinti, təmir-profilaktika, qəza işlərinin görülməsinə və su tutarlarının (anbarların) təmizlənməsinə ehtiyac yarandıqda;

3.7.3. su götürülən yerlərdə səth sularının bulanıqlığı artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;

3.7.4. istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;

3.7.5. Müəssisənin istehlakçıya verdiyi suyun haqqı hesab təqdim edildiyi (göndərildiyi) gündən sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;

3.7.6. Müəssisənin səlahiyyətli  nümayəndəsinə bu Müqavilənin tələblərinin pozulması hallarının qarşısının alınması və müqavilədə nəzərdə tutulmuş digər tədbirlərin görülməsinə istehlakçı tərəfindən maneələr yaradıldıqda;

3.7.7. məişət (təsərrüfat) - içməli su ehtiyacları üçün nəzərdə tutulmuş sudan digər məqsədlərlə istifadə olunduqda;

3.7.8. Müəssisə ilə müvafiq müqavilə bağlanmadıqda;

3.7.9. məhkəmənin qərarı ilə.

3.8. Müəssisə, müstəsna hallarda müqavilədə lazımi dəyişiklik etməklə, Qaydaların şərtləri daxilində istehlakçının su təchizatı və kanalizasiya xətlərinə digər fiziki və hüquqi şəxslərin qoşulmasına icazə verir.

3.9. İstehlakçının öz adına birdən çox müqaviləsi olduğu təqdirdə, bir ünvanda olan borcuna görə borcu olmayan digər ünvanlarındakı su təchizatı da dayandırıla bilər.

 


Yüklə 166,82 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin