86
- Dövlətin həyata keçirdiyi iqtisadi və struktur siyasəti modern ETT-nin istehsal
bölmələrinə tətbiqinə, kapitalın qeyri-neft bölmələrinə cəlb olunmasına,
regionlarası natarazlığın yox edilməsinə və təsərrüfat münasibətlərinin
yaxşılaşdırılmasına, yeni sənaye klasterləri və innovasiya zonalarının
formalaşdırılmasının həvəsləndirilməsinə istiqamətləndirilməlidir;
- Ölkə əhalisinin həyat keyfiyyətinin və yaşayış səviyyəsinin, həmçinin sosial-
iqtisadi
tərəqqisinə
müvəffəq olmaq üçün qeyri-neft bölmələrinin
şaxələndirilməsi istiqamətləri beynəlxalq müstəvidə baş verən tərəqqi
meyllərinə uyğunlaşdırılmalı, bəzi bölmələrdə, ələlxüsus iqtisadi hüquq
bölməsində rəqabətə dair yeni qanunverici sənədlər qəbul olunmalıdır, eləcə də
ölkənin xarici iqtisadiyyatlara daha effektiv inteqrasiyası və ixracın idxalı
üstələməsi naminə xarici ticarətin quruluşu şaxələndirilməlidir;
- İdxalın yerli məhsullarla əvəz olunması, daxili bazarda effektivliyin
çoxaldılması, qeyri-neft bölmələrinin və ixracın şaxələndirilməsi, ixrac
məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün zəruri işlər görülməli, habelə
qeyri-neft bölmələrinin və ixracın şaxələndirilməsi mexanizminin və
qanunvericilik sisteminin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədən
mütləq şəkildə yararlanmalı və bu zaman milli maraqlar nəzərə alınlamıdır.
Dostları ilə paylaş: