Suleyman-m teze qxd


Çalışma  71. Auditoriyaya gətirilmiş təlimin texniki vasitəsini  ehtiyatsız davranışı hesabına korlamış bir tələbəyə  töhmət



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə67/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   63   64   65   66   67   68   69   70   ...   153
Nitq-mədəniyyəti(1)

Çalışma 
71. Auditoriyaya gətirilmiş təlimin texniki vasitəsini 
ehtiyatsız davranışı hesabına korlamış bir tələbəyə 
töhmət 
hazırlayın. 
ƏDOBİ DİİİN NORMAİARI 
Nitq mədəniyyətinin əlaqədar olduğu cəhətlərdən biri də ədəbi 
dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. Sabit normalara 
malik ədəbi dil dialekt və şivələr hesabına müasir səviyyəyə gəlib 
çatsa da, dialekt, şivə və canlı danışıq dilinin mükəmməl olmayan 
qaydalarını olduğu kimi qəbul etməmiş, bütün xalqımız üçün anlaşıqlı 
olmaqla tarixi inkişaf nəticəsində müştərək bir şəklə salınmış və 
müvəffəqiyyətlə işlənən 
117 


formalara üstünlük vermişdir. Məhz ədəbi dilimizin nərmaları- nm 
hamı tərəfindən vahid şəkildə qəbul edilməsinin nəticəsində də nitq 
mədəniyyətinin fərmalaşıb yaranması mərhələsi başa çatmışdır. 
"Norma" 
sözü latın dilindən alınmış termin əlub mənası 
qayda, 
əsas, nümunə 
deməkdir. Nitq mədəniyyətinin elm və tədris fənni 
kimi mövcudluğu dilimizin strukturunun bütün sə- viyyələrdəki 
nərmalannm fərmalaşması ilə əlaqədardır. Əgər dilin fonetİk, leksik 
və qarmmatik nərmalan fərmalaşmasa idi, təbii ki, bu gün ədəbi 
dilimizdən və nitq mədəniyyətindən danışa bilməzdik. Deməli, dilin 
nərmalan əlmadan ədəbi dil, ədəbi dil əlmadan nitq mədəniyyəti 
yəxdur. Nitq mədəniyyəti yüksək inkişaf səviyyəsinə çatmış, dilin 
qanunauyğunluqlan ilə tənzimlənən sabitləşmiş qaydalar sisteminə 
əsaslanır. Nitq mədəniyyətinin normaları yazılı və şifahi nitqin 
qaydalanndan törəmişdir. 
Ümumxalq danışıq dilində, dialekt və şivələrdə nərmalar sabit 
qalmır. Ədəbi dilimizdə isə dialekit və şivələrdən, eləcə də onların 
əsasında formalaşıb təşəkkül tapmış xalq danışıq dilin- dəkindən 
fərqli olaraq hamının qəbul etdiyi nümunəvi normalar vardır. 
Ümumxalq dilində bəzən bir anlayışın ifadəsi üçün qəbul edilmiş 
sözün bir neçə variantına rast gəlirik. Məsələn "qaçmaq" mənasında 
"götürülmək", "daban almaq", "mıx" əvəzinə "mismar", "qadax" və 
başqa sözlərin bir neçə adla işlənməsi mövcuddur. Amma ədəbi dildə 
onlardan biri, daha doğrusu, fo- netik prinsipə uyğun olmaqla 
ölkəmizin əksər yerlərində işlənən forma əsas götürülmüşdür, 
qalanları dialekt sözləri kimi yaşayır, aid olduğu yerlərdə ədəbi 
dildəki variantı ilə paralel işlənir, dialektoloji lüğətlərdə təsbit olunur. 
Nitq 
0
zaman düzgün, gözəl, təsirli olur ki, işlədilən sözlər fonetik 
normalar daxilində yazıya və tələffüzə yararlı olur, cümlələr 
qrammatik normalara cavab verir. Normalar isə təkcə bədii, elmi, 
publisistik və rəsmi-kargüzarlıq üslublarında möhkəm nümunəvi dil 
qaydalarını deyil, dilin lüğət tərkibini, sözlərin leksik-semantik 
mənasını, onların tələffüz və yazı 
118 


lışını formalaşdırır, dilin özünün strukturu və sistemindəki obyektiv 
qanunauyğunluqları da tənzimləyir. 
Normə təkcə təbiətdə və cəmiyyətdə deyil, eləcə də dildə 
mövcuddur. Norma qanuna salınmış və hamı tərəfindən qəbul edilmiş 
məcburi qaydalardır. Əlbəttə, dil ictimai hadisə kimi dəyişib inkişaf 
etdiyi kimi, dil normaları da dəyişir və təkmilləşir. Norma əslində 
dilin özündə mövcuddur. Belə olmasaydı, insanlar bir-birini başa 
düşməz, bir-biri ilə ünsiyyət yarada bilməzdilər. Normanın inkişafı 
danışıq dilində kortəbii, ədəbi dildə isə şüurlu şəkildə olmuşdur. 
Ədəbi dil normaları müəyyənləşdiri- lərkən təbiilik, işləklik, sabitlik, 
davamlılıq kimi amillər əsas götürülmüşdür. Dil vahidləri dəyişdikcə 
onun normaları da dəyişmiş, inkişaf edib təkmilləşmişdir. 
Ədəbi dil normaları öz tətbiqini yazılı ədəbiyyatda tapır. 
Görkəmli yazıçılar, şairlər, alimlər, jurnalistlər (İ.Nəsimi, M.Füzu- li, 
M.P.Vaqif, M.F.Axundzadə, H.Zərdabi, C.Məmmədquluza- də, 
F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov və b.) öz ustalığı, məharəti, 
milli şüur, ürəkdə milli qeyrət və ana dilimizə böyük qayğı ilə dil 
normalarının formalaşması və inkişafında əvəzolunmaz xidmət 
göstərmişlər. 
Dilin daxili quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi) 
və qrammatikası təşkil edir. Azərbaycan ədəbi dilinin normaları da 
dili bütün səviyyələrdə əhatə edir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin