Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə159/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   155   156   157   158   159   160   161   162   ...   196
Milli Kitabxana

376


-

Bahar,  indi  sən  bizə lazım  deyilsən.  Haraya  istəyirsən  gedə bilərsən.  Bu

vaxt mən  bir  ilin ərzində ürəyimə yığılanın  hamısını  ağlaya-ağlaya  və qışqıra-

qışqıra boşaltdım. Qonşular səsimə cəm olmuşdular.

-

Camaat, Nurəddinin ölümünə bais bu iki şəxsdir! - deyə qışqırdım. Axırda



Əmiraslan  qaradavoy  çağırıb  məni  qovdurdu. İndi  gərək  sağ  olmağını  divana

məlum edib, onlardan hesab alasan.

-

Yox, Bahar, hələ bunlar lazım deyildir. Öz vaxtında bunlar olacaqdır. İndi



mənim var-yoxum Nurəddinindir. Onun pula, dövlətə ehtiyacı yoxdur.

Çaydan sonra ər  və arvad Bahar ilə Nurəddini söhbət edən qoyub o biri otağa

keçdilər.  Nurəddindən  cəmi əhvalatı  biləndən  sonra  Gülpəri  ilə Əmiraslandan

intiqam almaq qəsdi Baharın ürəyində daha da möhkəmləndi. Baharın xasiyyətini,

ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi.

* * *


Bu  nağıl  etdiyimiz  zamandan  on  il  keçdi.  Baharın  axın  idi.  Rəhimin  evində

səhər  tezdən  böyük  qonaqlıq  tədarükü  görülürdü.  Bu  qonaqlıq,  Nurəddinin  edadi

məktəbini birinci dərəcədə təhsil edib qurtarması münasibətilə yoldaşlarına verdiyi

ziyafət  idi.  Bahar,  Rəhimə və Rəhim  süfrənin  zinnətinə məşğul  idilər.  Hətta

Cənnətəli  də bağçadan  öz əlinin  zəhməti  ilə bitirdiyi  güllərdən  dərib  süfrəni

bəzəməkdə onlara  kömək  edirdi.  Bu  qonaqlığın  baisi  olan  Nurəddin  isə o  biri

otaqda  tezə tələbə libasını  geyib  güzgünün  qabağında  özünə ziynət  verirdi.  Bir

azdan sonra Nurəddin təzə paltarını göstərmək qəsdilə yemək otağına girdi. Rəhim,

Rəhimə,  Bahar  hər  üçü  heyrətə gəlib  Nurəddinin  gözəlliyinə valeh  və heyran

qalmışdılar.

-

Allah  səni  bədnəzərdən  saxlasın,  oğlum, - deyə Rəhimə Nurəddinin



boynunu qucaqladı. O da, onu əllərinə götürüb körpə uşaq kimi gəzdirdi.

Saat iki tamamda, otaq gonc qonaqlar ilə dolmuşdu. Bir azdan sonra Nurəddin

qonaqlarını yemək otağına təklif etdi.

İndiyə kimi  Rəhimin  evi  belə şad  deyib-danışmaq,  oxuyub-gülmək,  cavan

səsləri  eşitməmişdi.  Səsdən,  gülməkdən  nahar  vaxtı  çalınan  tanrı  səsi  eşidilmirdi.

Axşama iki saat qalmış, qonaqlar dağılmağa baş-




Milli Kitabxana

377


ladılar.  Nurəddin  də özünü  bir  qədər  havaya  vermək  üçün  şahər  bağına  gəzməyə

getdi.  Axşam  vaxtı, külfət  hamısı  çay  süfrəsində hazır  olan  vaxt  Nurəddin  içəri

girib dedi:

-

Ata, sizə bir qonaq gətirmişəm, təvəqqe edirəm qəbul edəsiniz.



-

Sənin qonağın bizə həmişə əzizdir, oğlum, - deyə Rəhim cavab verdi.

-

Bilirəm, ata, ancaq qonaq elə şəxsdir ki, qorxuram qəbul etməyəsiniz.



-

Edərəm,  oğlum,  de  içəri  gəlsin. - Nurəddin  çıxıb  bir  dilənçi  arvadın

əlindən tutub içəriyə saldı. Dedi:

-

Ana, bilirsənmi bu dilənci arvad kimdir?



-

Gülpəridir, - deyə Bahar qışqırdı və gözlərində intiqam odu parladı.

-

Bəli,  Bahar,  Gülpəridir,  ancaq  tamaşa  et  gör  ondan  intiqamımı  necə



alıram. - Bu sözü deyib, Nurəddin Gülpəriyə tərəf döndü və dedi:

-

Gülpəri,  indiyə kimi  mənə etdiyin  zülm  və cəfanın əvəzində mən  sənin



bütün təqsirindən keçib bağışlayıram. Mənim ürəyimdə indi sən bədbəxtə rəhmdən

başqa qeyri şey yoxdur.

Bunu eşitcək Gülpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı və dedi:

-

Nurəddin,  rəhmli  cavan,  allah-təala  sənə etdiyim  zülmün əvəzində məni



bir elə bəlaya düçar etdi ki, yeməyə çörək tapmayıb küçələrə düşdüm.

Nurəddin Gülpərini qaldırıb oturtdu. Gülpəri başladı:

-

Doğrudur,  sənin  dövlətinə malik  olmaq  istəyirdim,  ancaq  ölümünü



istəmirdim. Məni yoldan çıxardan o şeytan Əmiraslan oldu.

Axırda Əmiraslan sözü bu yerdə qoydu ki, səni quyuya salıb öldürsün.

Bahar bunu eşidib dedi:

-

Onun üçünmü məni min bəhanə ilə şəhərdə qoydun, ay zalım?



Nurəddin dedi;

-

Bahar, sakit ol, qoy nağıl etsin.



Gülpəri dedi:

-

Papağın  sudan  çıxandan  sonra  yəqin  etdik  ki,  çayda  boğulub  ölmüşsən,



yazıq atam bu xəbəri eşidən kimi vəfat etdi.

Nurəddin bunu eşidib ah çəkdi. Gülpəri dedi:




Milli Kitabxana

378


-

Sonra sənin malına sahib olduq...

-

Amma yeyə bildinmi? - deyə Bahar sordu.



-

Yox, bir-iki ilin ərzirtdə Əmiraslan qumara  uduzub qurtardı. Sonra əvvəl

şəhərdəki və ondan  sonra  kənddəki evləri satıb tələf etdi. Her şey əldən çıxandan

sonra Əmiraslan  məni  qovub  özü  də qaçaq  dəstəsinə qoşuldu.  Bir  neçə müddət

quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı.

Bahar dedi:

-

Məşhur məsələdir deyərlər: "Su çanağı suda çatlar".



Gülpəri:

-

Məni  de  bir  kişi  alıb  bu şəhərə gətirdi  və bir  azdan  sonra  məni  atıb  yox



oldu. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm. Bu yolda nələr çəkdiyimi bir

allah bilir...

Gülpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi:

-

Gülpəri, ağlama, sən Hacı Nəsirin arvadı və Nurəddinin analığı olmuşsan.



Bunların  xatiri  üçün  və Nurəddinin  özü  sənin  günahından  keçdiyi  üçün  burada

qalıb rahat olacaqsan. - Sonra üzünü Nurəddinə tərəf tutub dedi:

-

Oğlum,  indi rahat ola bilərəm, çünki  sənə verdiyim tərbiyənin  meyvəsini



bu  gün  gördüm.  Mən  səni  oğulluğa  götürməklə böyük  bir  hünər  etmədim,  çünki

mən ancaq yaxşılığa yaxşılıq etdim. Bu isə hər kişinin işidir. Amma sən yamanlığa

yaxşılıq  etdin.  Bu  isə ancaq  sənin  kimi ər  kişinin  işidır. - Bunu  deyən  Rəhim

Nurəddini qucaqlayıb öpdü.

Hacı Səməd nağılını tamam edib soruşdu:

-

İndi deyin görüm, övladlarım, kimin nağılı yaxşıdır?



-

Əlbəttə,  səninki,  səninki  yaxşıdır, - deyə Məmməd  və Fatma  cavab

verdilər.



Milli Kitabxana

379



Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin