Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə23/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   19   20   21   22   23   24   25   26   ...   196
paylayır, tuz Nəbiyə çıxır.) Gördünüz, tuz mənə çıxdı. Yamanlıq özünüzə qaldı.

C ə b i. Pravilo belədir, əzizim.




Milli Kitabxana

51

N ə b i. İndi kart qoyun.



Cəbi (stolun üstdəki basqa kaloddan kart çəkib üzü üstə qoyur.) Xalı beş manat.

O v a n e s. Kartı on manat.

N ə b i (kartı çevirir.) Beşlik üzdədir, kartınızı açın. Vəli bəy səninki üzdədir.

İyirmi  manatı  bangə at,  qadanı  alım.  Saşa bəy,  bu  saat  sənin  üçün də bir  onluq

getirərəm (kartı sağa və sola paylayır.) Sən vurdun, buyur, Saşa bəy, bu da sənin

on manatın.

O v a n e s. Qoy bangda dursun. Uqol gedəcəyəm.

N ə b i. Çox yaxşı, get (kartı çalır.) Buyurun kəsin. (Ovanes kəsir.)

C ə b i. Xalı üç manat.

O v a n e s. Uqol, kela, xalına da on manat.

N ə b i.  Pəh,  Saşa  bəy  yenə azartnı  elədi.  Xeyr, vermirəm.  Sənə xalı üç

manatdan artığa xod yoxdur.

O v a n e s. Kartın təpədir.

N ə b i. Onda eybi yoxdur. Mehdi bəy, şahid ol ki, Saşa bəyin kartı təpə olmasa,

pul verməyəcəyəm. (Kartı çevirib sağ-sola paylayır.) Saşa bəy, bu da təpə.

O v a n e s. O deyil, eybi yoxdur, o olmasın, bu olsun. Xalı üç manatdan edər

altı manat. Bangdan istərsən dörd manat. Vəli bəy kartının üzünü aç.

C ə b i. Surət gətir.

N ə b i (sağa və sola paylayır.) Bu da surət.

C ə b i. O deyil.

N ə b i. Buyur, bu da surətin o birisi.

C ə b i. O da deyil.

N ə b i. Mehdi bəy, kartını aç, yoxsa getmərəm.

C ə b i. Nə, kartın dalını çək deyim.

N ə b i (səsini ucaldır.) Vallah çəkmərəm. Canım, surətin ikisi çıxıbdır.

C ə b i. Sən öl, o kartın dalını çək, göstərim.

N ə b i. Pəh, Vəli bəy, yenə höcətə saldın? İbişin canına çəkmərəm. Di inan...

S ə f d ə r q u l u b ə y (o biri otaqdan). Vəli bəy, tuz gətir. Mehdi həmişə onu

qoyar.

N ə b i. Ha beləcə... Zalım kartın gücünü gördünüzmü? Uşaqlar, cəld kürsüləri



kənara qoyun. Kartı gizlədin, indi siz bayıra çıxın, məni gözləyin.


Milli Kitabxana

52

C ə b i, O v a n e s çıxırlar.



S ə f d ə r q u l u b ə y (başıaşağı cibindən pul çıxarıb). Vəli bəy, qız da! Bu on

manat (başını qaldırır.) Nəbi!

N ə b i. Bəli.

S ə f d ə r q u l u b ə y. A gədə, bəylər hanı?

N ə b i. Ağa, bəylər yoxdur.

S ə f d ə r q u l u b ə y. Ay  gədə,  nə deyirsən?  Vot  tebe  na.  İndicə səsləri

gəlirdi. Qumar oynayırdılar.

N ə b i. Ağa, bəlkə, yuxunda görmüsən?

S ə f d ə r q u l u b ə y. Ay gədə, nə deyirsən? Vot tebe na. Başına at təpibdir

nədir?  İndicə buradan  Vəli bəyin,  Mehdi  bəyin  səsləri  gəlirdi.  Piyan  saldat  kimi,

vot  tebe  na,  evə gəlib  gedəndən  də xəbərin  yoxdur.  O  biri  otağa  bax.  Gör

oradadırlarmı?

N ə b i. Bu saat oradan gəlirəm, heç kəs yoxdur.

S ə f d ə r q u l u

b ə y.  Allahü əkbər,  vot tebe  na.  Ay  gədə,  mən  dəli

olmamışam ki, indicə bu qulaqlarımla eşitdim ki, vot tebe na, Vəli bəy Mehdi bəyə

deyirdi ki, kartını açmasan getmərəm.

N ə b i. Ağa, and içkinən ki, sənə acığım tutmayacaq, düzunü deyim.

S ə f d ə r q u l u b ə y. Yaxşı, acığım tutmaz, de görüm.

N ə b i. Xeyr, Mələknisa xanımın goruna and iç, deyim.

S ə f d ə r q u l u b ə y.  And olsun Mələknisa xanımın  goruna. Vot tebe  na!

Acığım tutmaz. İndi de.

N ə b i.  Ağa,  özün  buyurmuşdun  ki,  məni  tez  oyat,  axşama  qonaqlarım  var,

gərək  bazarlıq  edəm.  Mən  də nə qədər  çağırdım,  qışqırdım,  oyanmadın.  Axırda

naəlac  qalıb  Cəbi və Ovanes  ilə bəylərin  qumar  oynamaq  təqlidini  çıxartdım  ki,

bəlkə onların səslərinə oyanasan. Düzü budur.

S ə f d ə r q u l u b ə y. Ha-ha-ha... Ay gədə, Nəbi, sən nə lotusan. Bəs Cəbi,

Ovanes hanı?

N ə b i. Ağa, onlar səsini eşitcək qorxub bayıra qaçdılar.

S ə f d ə r q u l u b ə y. Çağır buraya gəlsinlər.

N ə b i (qapını açıb çağırır.) Cəbi, Ovanes, buraya  gəlin, ağa çağırır. Cəbi  və

Ovanes daxil olurlar, baş eyirlər.

S ə f d ə r q u l u

b ə y. Adə,  siz  nə bicsiniz,  indi  də bizim  təqlidimizi

çıxardırsınız? Vot tebe na. Cəbi, de görüm Mehdi bəy nə tövr karta gedir?




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin