Milli Kitabxana
289
- Qışın çıxmasını gözləyirəm ki, arvadımı götürüb başqa vilayətə gedim, - deyə
şikayətlənirdi.
Axırda Bəşirin məktubu bilmərrə kəsildi. Mən fikir etdim ki, Bəşir baharı
gözləməyib başqa yerə köçmüş, lakin gələn faciəli xəbər məni məyus və pərişan
etdi. Belə ki, bir gecə Bəşir arvadı ilə şəhərin Avropa hissəsində düzəldilmiş
müsamirədən qayıtdıqları zaman iki cahil cavana rast gəlirlər. Cavanlar nalayiq
sözlərlə Bəşirin arvadına sataşmağa başlayırlar, axırda:
- Bu yava matışqanı haraya aparırsan, qoy bir qədər biz ilə gəzsin, - deyə
onların önünü alırlar. Bəşir buna səbir etməyib qovğa edir.
Sürəyya qəşş edib yerə düşür. Cahillər isə biçarə Bəşiri xəncər ilə öldürüb
qaçırlar.
* * *
Şuralaşmış qırmızı Azərbaycan, sosialist inqilabının ildönümünü təntənəli
surətdə bayram edirdi. Neft paytaxtı Bakı, adi boz libasını tərk edərək, zinətli al
donunu geymişdi. Evlər, balkonlar, gəmilər hamısı qırmızı bayraq və qiymətli
xalılar ilə bəzənmişdi. Hər yan gülşəndə lalələrtək qızarırdı. Saat 8-dən başlamış
İttifaqlar öz bayraqları altında, başda musiqi dəstələri, nizamla hürriyyət
meydanına tərəf yeriş edirdilər. Bu sel kimi axan müxtəlif dəstələr sırasında
hamının nəzərini özünə cəlb edən Azərbaycan qadınları dəstəsi idi. Bu dəstəni
təşkil edən üzvlərin kimisi yenicə çadrasını atmışdı, kimisi hələ buna cürət
etməmişdi. Kiminin üzündə şadlıq və cürət, kimisində qorxu və heyrət görünürdü.
ictimai işlərə yenicə qədəm qoymuş bu qadınlar dəstəsinin başında duran
bayraqdar, ucaboylu, irigövdəli, sadə milli libaslı qoca bir qadın idi. Xeyli qayda
və nizam ilə dəstəni aparırdı. Bizim dəstə bu qadınlar dəstəsi arxasınca gedirdi.
Qadının yerişi, əzasının hərəkəti mənə tanış gəlirdi. Bu vaxt qadın üzünü çevirərək:
- Geridə qalma, nizamı pozma, cərgəni düzəlt, - deyə uca səslə komanda etdi.
Qadının üzünü gördükdə Sona xala olduğunu bildim və onun keçmiş faciəli
həyatı yenidən xatırımdan birər-birər gəlib keçdi.
* * *
Bəşərin faciəli vəfatından üç ay keçdikdən sonra arvadı Sürəyya uşaq doğarkən
vəfat edir, bu isə Sona xalaya yeni bir dağ olur. Biçarə qadın bu hadisədən sonra,
yenicə dünyaya gəlmiş qız nəvəsini götürüb
Milli Kitabxana
290
başqa qəzada yaşayan qohumugilə köçür. O zamandan bəri Sona xaladan xəbərim
yox idi. İndi onunla tezcə görüşməyə ürəyim tələsirdi. Dar küçələrə gəldikdə
dəstələr öz hərəkətlərini yatırmağa məcbur olurdular. Bu zaman maskalar geymiş
aktyorlar, mənhus çar məmurlarını, ruhaniləri, bəy, xanları, burjuyları təqlid edərək
oyun çıxarıb adamları güldürürdülər. İttifaqən, aktyorların avtomobili qadınlar
dəstəsi müqabilində dayanmışdı. Molla rolunu oynayan aktyor Sona xalaya
sataşmaq məqsədilə:
- A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə
göstərirsən, o əlindəki al bayraq cəhənnəmdə bir qızıl ilan olub, səni müdam
sancacaqdır... - deyə zarafat etməyə başladı.
- Kəs səsini, qoca kaftar, siz mollaların zülmündən biz qadınlar, o cəhənnəmi
burada çəkmişik, ixtiyarınız mənim əlimdə olsaydı, hamınızı toplayıb bu Kaspi
dənizinə atardun! - Bunu deyib Sona xala bayrağını uzadıb mollanın əmmaməsini
yerə saldı. Hər tərəfdən qəhqəhələr ucaldı.
- Bu cürətli qan kimdir? - deyə suallar verilirdi.
- Bu bizim Sona xalamızdır, - deyə qadınlar fəxr ilə cavab verirdilər.
Hürriyyət meydanında, 26 Kommunar qəbirləri yanındakı rəsm-keçiddən sonra
nitqlər başlandı. Nitqlər bitdikdən sonra dəstələr yenə də intizam ilə müəyyən
yerlərinə tərəf yeriş etməyə üz qoydular. Mən xəbər tutdum ki, Sona xala axşam
qadınlar klubunda tərtib olunmus yığıncaqda olacaqdır. Axşam olduqda Sona xala
ilə görüşmək məqsədilə qadınlar klubuna getdim. Salona daxil olduqda Sona xalanı
kürsüdə nitq söyləyən gördüm. Sona xala deyirdi:
- Bacılar! Sözümü qurtararaq deyirəm: biz indiyə kimi barama içində dustaq
yatan ipəkqurduna bənzəyirdik. O əlsiz-ayaqsız, gözsüz qurda topal deyərlər.
Axırda o topal qanadlanıb pərvanə olur, baramanı deşib işığa çıxır. Biz dilsiz,
ağızsız topalları da, əsarət zəncirini qırıb işıqlığa çıxaran Oktyabr inqilabı yaşasın,
bir də yaşasın!
Sürəkli alqışlar ilə Sona xala kürsüdən endi. Mən onunla görüşdüm, dərdini
mənə söylədi. Axırda bir ah çəkərək dedi:
- Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi.
|