Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə134/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   130   131   132   133   134   135   136   137   ...   196
Milli Kitabxana

315


onun  məvacibini  kəsməyirdi  ki,  şikayət  etməsin.  Sağalandan  sonra  bir  şey

verməyib  atamı  küçəyə atdı.  Məhkəməyə düşdülərsə də,  nəticədə məhkəmə işi

zavod sahibinə tərəf kəsdi. Əlil atam aralıqda xırdavatçılıq edərək artıq əziyyət ilə

gündəlik çörəyimizi qazana bilirdi. Burada mən məktəbə daxil olub sonra "Maarif'

cəmiyyətinin  yardımı  ilə orta  təhsil  bitirərək  Leninqrada  getdim.  Orada

darülfünunun tibb fakültəsinə girdim. Şahbaz bəy ilə görüşdük. Əski dostluğumuz

yenə təzələndi. O vaxt Şahbaz institutda memarlıq oxuyurdu. Məni Şahbaz bəydən

ayıran bir şey var idisə, o da sinif ayrılığı idi. Get-gedə bu ayrılıq dərinləşirdi. Mən

orta  təhsillə oxuyan  zaman  bolşevik  firqəsinə girmişdim.  Buraya  gəldikdə firqə

təşkilatında  çalışmağa  başladım.  Bunu  Şahbaz  bilirdi.  Bir  dəfə bu  barədə

mübahisəmiz oldu.

- "Kommunizm utopyadır" - deyə Şahbaz mən ilə bəhs etdi.

- Proletariat  hökumət  qurmağa  qadir  deyil,  o  vurar,  dağıdar,  bəlkə,  də

padşahlığı yıxar, lakin üç gün də olsa hökumət apara bilməz...

- Nə üçün?

- ...Çünki tarixdə işçi-kəndli hökumət sürdüyü görülməmişdir.

- Görülməmişdir, indi isə görülər, - deyə mən cavab verdim.

- Sən bir çocuq kimi bəhs edirsən, - deyə Şahbaz hayqırdı.

- Şahbaz,  hirslənmək lazım deyil,  mənə məntiqli sübutlar  gətir. Keçmişdə çox

şeylər  görünməmişdi,  indi  görünür.  "Tarixdə görünməmişdir,  ona  görə olmaz"  bu

bir dəlil deyil ki, sən gətirirsən. Məncə, sən həqiqəti gizlədirsən, qəlbindəkini açıb

deməyirsən.

- Mən nəyi gizlədirəm? - deyə Şahbaz sordu.

- Sən hökm sürən bir sinfə mənsubsan, ağalıqdan düşmək istəməyirsən, mətləb

buradadır.

- Dogru  deyirsən,  fəqət  mən  fikrimi  gizlətməyirəm;  çünki  aydın  inanıram  ki,

hökumət  siz  kommunistlərin əlinə düşsə,  insanları  böyük  fəlakətə salacaqsınız.  İş

silah gücünə gəlirsə, məni öz sıranızda yox, müqabilinizdə görərsiniz.

Bu bəhslərdən sonra mən Şahbazdan çəkilməyə başladım.

Bir  gecə firqə yoldaşımızın  mənzilində gizli  müşavirə edirdik.  Qəflətən  qapı

döyüldü. Biz təşvişə düşdük, kim isə məni səslədi. Qapını açdıq. Şahbaz içəri girib

dedi:


- Tez olun kağızlarınızı tələf edin, jandarmlar gəlirlər...

Biz cəld kağızları sobaya atıb  yandırdıq. Bir azdan sonra jandarmlar evi əhatə

etdilər. İçəriyə soxulub aramağa başladılar. Ələ heç bir şey düşmədi. Jandarmların

biri Şahbaza diqqətlə baxıb dedi:




Milli Kitabxana

316


- Bu studenti mən buraya gələn gördüm. Yəqin bunlara bizim gələcəyimi xəbər

vermiş.


Şahbazı  tutub  apardılar.  Hərçənd əldə bir  sübut  yox  idi,  mən  yenə təşvişə

düşdüm.  Şahbazı  bir  gecə həbsdə saxlayıb  buraxdılar.  Mənim  ilə görüşdükdə

gülərək dedi:

- Hökumət əleyhinə işləyənlər siz, həbsə alınan mən.

Bu  ittifaq  yoldaşlar  arasında  Şahbazın ehtiramını  artırdı.  Mən  üçüncü  kursda

olanda  ata  və anam  vəfat  etmişdi.  Sağ  qalan  bacım  Tahirə idi.  O  da  ali  ibtidai

məktəbi  bitirmişdi.  Onu  hazırlaşdırıb  özüm  ilə Peterburqa  gətirdim,  mamaçalıq

kursuna qoydum.

Şahbaz Tahirəni tez-tez teatrlara, konsertlərə aparardı. Onun namuslu bir cavan

olduğu mənə məlum idi. Ona görə də bacım ilə gəzmələrinə mane olmazdım. Get-

gedə Şahbaz ilə Tahirə arasında məhəbbət törədi. Bunu bildikdə qorxuya düşdüm;

çünki  bunların  evlənməsi  qeyri-mümkün  idi.  Hərgah  Şahbazın  özü  və əmisi

Həsənqulu  ağa  da  rəy versəydi,  mən  razı  olmazdım.  Ona  görə Tahirəni  ondan

ayırıb  görüşməyini  qadağan  etdim.  Bu  İttifaq  bizim  dostluğumuzu  pozdu.  Tahirə

mamaçalıq kursunu bitirib vətəninə qayıtdı. Bu vaxt Fevral inqilabı başlandı. 4-cü

kurs  tibb  tələbələrinə şahadətnamə verib Almaniya  cəbhəsinə göndərdilər.

Göndərilənlər sırasında mən də var idim. Cəbhədə əsgərlər arasında bolşevizm və

müharibəni yatırmaq propağandası apardığım üçün məni tutub həbsxanaya saldılar.

Oktyabr inqilabı məni həbsdən azad etdi. Sonra vətəndaş müharibəsi başlandı. Üç

il Sibirdə, axırda Cənub cəbhələrində Qızıl Ordu içərisində həkimlik vəzifəsini icra

edirdim.  İyirminci  ildə Qızıl  Ordu  ilə Azərbaycana  daxil  olduq.  İyun əksinqilabi

üsyanda mən hərbi lazaretdə həkimlik, bacım Tahirə isə şəfqət bacısı vəzifəsini ifa

edirdi.  Bacım  Tahirə yoldaş  Niyazi  kimi  həmin  il  bolşevik  firqəsinə namizəd

olmuşdu.  Bir  gün  yaralılara  baxıb  yenicə odama  girmişdim  ki,  bir  qədər  istirahət

edəm, Tahirə daxil olub dedi:

- Yeni bir yaralı gətirmişlər, gəl bax.

- Yaxşı, get, bu saat gələrəm, - dedim.

- Xəstənin  yarası  ağırdır,  hər  dəqiqəsi  xətərlidir, - deyə bacım  yalvancı  bir

nəzərlə üzümə baxdı.

Qalxıb  getdim.  Yaralı  bihuş  idi.  Üzündən  qan  qaçıb  meyit  rəngini  almışdı.

Yarasına  diqqətlə baxdıqda  xətərsiz  bir  yara  olduğunu bildim,  lakin  xəstənin

bədəni qayət zəif idi. Yeni azardan durmuş adamın





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin