Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə141/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   137   138   139   140   141   142   143   144   ...   196
ABBAS VƏ ZEYNƏB

Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb

oturmuşdular.  Tez-tez  atalarının üzünə baxırdılar.  Hacı  Səməd  uşaqlarının fikrini

duyub dedi:

- Yenə nağıl istəyirsiniz?

- Bəli, ata, - deyə Məmməd cavab verdi. Fatma dedi:

- Ata, bu gün müəlliməmiz bizə "Əlibaba və qırx quldur"un nağılını oxudu. Sən

də bizə quldurdan söylə.

- Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar.

Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi, insanın də vəhşisi bunlardır. Ancaq

təfavütləri  odur  ki,  quldurlar  onlardan  neçə qat  rəhmsiz,  insafsız  və zalımdırlar.

Qulaq as, bu nağıldan özün bilərsən.

- Qızım,  bahar  fəslində Dan  ulduzunun  parlaq  bir  vaxtı  idi.  Qaya-dibi  adlı

kəndin əhli  hələ yatmışdı.  Bu  kənd  Zaqafqaziyanın  cənub  tərəfində,  uca  dağlarla

əhatələnmiş bir çay qırağında, meşə kənarında salınmışdı.

Birdən  azançının

"allahü-əkbər"  səsi  ucaldı.  Cütcülər  bundan

əvvəl


oyanmışdılar, o zəhmətkeşlər zəmilərinə cüt əkməyə getdilər.

Getdikcə dan yerinin qızartısı artırdı. Dərələrdən və çaylardan duman qalxırdı.

Günəş  dağın  dalından  ahəstə-ahəstə çıxırdı.  Hələ özü  görünmüşdü.  Amma  şəfəqi,

qarşıdakı  uca  dağın başına  düşmüşdü.  Sonra  yavaş-yavaş  qalxıb  dağın  dalından

göründü  və ruh  verən  qızıl  zərrələrini  aləmə dağıdıb  cümlə yatmışları oyatdı.

Çəmənlərdə, seyrəngahlarda, çiçəklər qönçələrində gizlənmiş pərvanələri və anları

oyatdı. Quşların cəh-cəhi havaya ucaldı. Bunların xoş avazları cütcünü şura gətirdi.

O  da  ahəstə-ahəstə cütünü  sürüb  öz  nəğməsini  oxudu.  Dağ  döşündə sürüsünü

otaran çoban da bayatı nəğməsini tütəyində ucaltdı.

Günəş  yavaş-yavaş  qalxırdı.  Onun  qızıl  şəfəqi  getdikcə gümüş  renginə

dönürdü. Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi...



Milli Kitabxana

340


* * *

- Abbas, bax, gör mən nə qədər yığmışam.

- Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu

kişmiş alacağam.

- Fındıq da.

- Yaxşı, fındıq da alaram.

Bacı  və qardaş ətəklərinə yığdıqları qulançarı yerə töküb,  bir  təpənin  üstündə

oturdular və onları dəstə tutmağa başladılar.

Bu iki uşaq atadan yetim idi və bir quru daxmadan başqa, ataları bunlara bir şey

qoymamışdı.  Ancaq  anaları Fatma  cəhrəçilik  edib  bir  növ  gündəlik  çörəyini

qazanırdı.  Uşaqlar  kiçik  olduqlarından  analarına  bir  o  qədər  köməkləri  çatmırdı.

Abbasın on yaşı, Zeynəbin yeddi yaşı vardı. Abbas ancaq bu ildən hər gün meşəyə

odun  qırmağa  gedirdi  və qırdığı  odunu  şələləyib,  bazarda  dükançılara  bir  az  pula

satırdı.  İki  gün  bundan  qabaq  Abbas  odun  ilə bərabər  bir  dəstə qulançar  da  yığıb

bazara gətirmişdi və onu bir şahı pula satıb anasına vermişdi.

Bu  gün  Abbas  meşəyə getməyə hazırlananda  Zeynəb də qulançar  yığmaq

həvəsilə anasından rüsxət istədi. Amma Fatma heç birini qoymaq istəmirdi, çünki

quldur  Səfərdən  qorxurdu.  Dörd  il  bundan əqdəm  Səfərin  qardaşı  el  davasında

Qayadibi əhli  tərəfindən  öldürülmüşdü.  Amma  qatili  kim  olduğu  məlum  deyildi.

Ona görə Səfər qardaşının qanını bütün kənddən iddia edirdi.

Bir  dəfə Qayadibi  camaatı  Səfərdən  belə dəhşətli  bir  sifariş  aldı:  "Ey

qayadibililər!  And  içirəm  məni  yaradan  xaliqə.  And  içirəm,  anamın,  bacımın

namusuna,  ta  sizin  böyük-kiçiyinizi,  arvad-uşağınızı qırıb  o  gözəl  vətəninizi

odlayıb tar-mar etməyincə dünyada yaşamayacağam; vaxtınıza hazır olun".

Bu xəbər hamını bərk qorxuya salmışdı, çünki Səfər dəliqanlı bir adam idi.

Bu  sifarişdən  çox  keçməmişdi  ki,  Səfəri  adam  öldürmək  üstündə Sibirə

göndərdilər. Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi. Ancaq bu yaxın zamanda

Səfərin Sibirdən qaçıb başına özü  kimi dəliqanlıları cəm edərək quldurluq etməyi

hər yerə yayılmışdı. Qayadibi əhli də bərk qorxuda idi.

Fatma neçə gün  idi  ki,  işsiz  idi.  Ona  görə istər-istəməz  uşaqlara  izin verdi.

Onlar da sevinə-sevinə meşə tərəfə üz qoydular.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin