Yenə deyirəm ki, sənin onun ilə əsla işin olmasın. Tez ol geyin, gedək.
Nurəddin Əmiraslanı acıqlı görüb dinməz-söyləməz tezcə geyindi. Yol uzunu
Əmiraslan fikirdə olub bir kəlmə söz demədi. Əmiraslan bu ittifaqdan sonra yenə
öz pis fikrindən əl götürməyib. Nurəddin isə başına gelən xataları qəza işi bilib,
Əmiraslandan şəklənməyirdi. Ancaq bir ittifaq onu şəkkə saldı. Bir defə Əmiraslan
onunla bazardan evə qayıdanda yolda çəpər üstündə bir gürzəni qıvrılıb yatmış
Nurəddin, gör nə gözəl koramal balasıdır. Tut, aparıb kirpimə verək yesin.
Mən də bilirəm zəhəri yoxdur. Ancaq o koramal deyil gürzədir.
Yox, sən tanımırsan, koramaldır.
Koramalın başı sarımtıl olur, elə qara rəngli olmur.
İmamverdi baba, neçə dəfə bağçada koramalı mənə göstəribdir.
Koramaldan qorxursan, ona görə də ilanı bəhanə gətirirsən.
İndi bax, gör ilandır, ya koramaldır.
Əlbəttə, ilandır, özü də gürzədir.
Sənə qulaq assaydım indi meyidim bu yol üstündə qalmışdı.
zəif düşmüsdü. Yazıq kişi Nurəddini qucaqlayıb, sevindiyindən ağladı. Nurəddin
də başına gələn hadisələri nağıl etdikdə, İmamverdi babanın üzündə təşviş artırdı.
Milli Kitabxana
367
fəqərəsini
1
nağıl etdikdə, İmamverdi baba daha səbir edə bilməyib, zəif səsi ilə belə
qışqırdı:
-
Yox, daha səni orada qoymaq olmaz. Mən azarlıyam, durmağa taqətim
yoxdur, səni o iki şeytanın şerindən mühafizə erməyi bacarmıram. Oğlum, gərək
tezliklə şəhərə Baharın yanına qayıdasan. Yoxsa tələf olarsan. İndi get, mən də
görüm nə çarə tapıram. Ancaq sərvaxt ol, Əmiraslanın sözünə əsla inanma.
İmamverdi baba Nurəddini qucaqlayıb öpdü. Zavallı kişinin gözlərindən yaş
dolu kimi yağıb, üzünü, ağ saqqalını islatdı.
Murəddin çox qəmgin evə qayıdırdı. Yol uzunu başına gələn qəza-qədərdən
fikir edirdi:
-
İndi anlayıram ki, Əmiraslan nə məqsəd ilə məni gah uca nazik budağa
çıxardırmış, gah dərin suya salınırmış və gah da ilanı koramal adına əlimlə
tutdururmuş. Bəli, mənim ölməyimi istəyirmiş. Ancaq burasını anlamıram ki, mən
ona nə etmişəm ki, mənim ölümümü istəsin və bundan ona nə mənfəət ola bilər. -
Bu barədə fikirdə ikən birdən Baharın bu sözü yadına düşdü: "Qorxma, ağam, nə
qədər sən sağsan, Gülpəri sənin bir qəpiyinə də əl vura bilməz", - Demək ki, mən
ölsəm malım Gülpəriyə düşəsidir. Əlbəttə, belədir, bu sadə fikri mən indiyə kimi
niyə anlamamışam?!
Nurəddin evə qayıdanda, həyətdə Əmiraslana rast gəldi.
-
Haradan gəlirsən?
-
Bağçadan gəlirəm, - deyə Nurəddin cavab verdi və qızarıb başını aşağı
saldı, çünki Nurəddin ömründo əvvəlinci dəfə idi ki, yalan deyirdi. Bunun
halətindən yalan deməyini duyub Əmiraslan acıqlı yenə soruşdu:
-
Düzünü de görüm, harada idin?
-
İmamverdi babanı yoxlamağa getmişdim.
-
Sən nə cürət edib mənim əmrimdən çıxırsan? - Əmiraslan bunu deyib
qışqırdı və Nurəddini çomaq ilə döyüb, anbara saldı və ağzını kilidləyib getdi.
Bu İttifaqdan iki gün sonra İmamverdi babanın iflic azarından dili tutulmaq
xəbəri gəldi. Gülpəri və Əmiraslan cəld geyinib getdilər, amma Nurəddini
aparmadılar. İlan fəqərəsindən bəri Əmiraslan Nurəddinlə
Əhvalatını