Milli Kitabxana
389
küyə mürəbbiyəsindən izinsiz bayıra çıxdı. Kənarda durmuş Qaraca qızı görüb ona
yaxınlaşdı. Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə salıb bir müddət
diqqətlə baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı: Birinin ata-anası
bəyzadə, o birisininki isə yoxsul idi. Biri zəif, zərif, hər bir işdə özgəyə möhtac
olduğu halda, o biri polad kimi sağlam bədənli, az yaşında çox görümş, öz
zəhmətilə məişət edən bir uşaq idi. Birinin baxışı sanki özgələri köməyə, o birinin
nəzəri isə hamını qovğaya çağırırdı.
Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini
sıxdı. Ağca xanım bu sıxmağa davam etməyib qışqırdı, sonra güldü.
Bir az çəkmədi ki, şirin söhbətə başladılar. Bu vaxt Hüseynqulu ağa Qaraca qızı
unudub otaqda bəylər ilə ov bəhsinə girişmişdi. Ağca xanım ilə Qaraca qızın
söhbəti çox çəkmədi. Pəricahan xanım otağından həyətə endi və qızını Qaraca qız
ilə söhbət edən görüb çox bərk acıqlandı və mürəbbiyəsini çağırıb dedi:
-
Nə üçün öz vəzifənizi unudursunuz, xanım? Baxın, tərbiyə verdiyiniz qız
kiminlə dostluq etmişdir. Otağına aparın. Bu gecə şamsız qalacaqdır.
Mürəbbiyə, gözü yaşlı Ağca xanımın əlindən tutub otağına apardı. Qaraca qıza
da Pəricahan xanım - dalımca gəl, qaraçı qızı, - deyib Hüseynqulu ağanın otağına
apardı və rişxənd ilə dedi:
-
Bu şahzadə qızım haradan tapıb gətirmisən. Qızın ilə tanış olub çox şirin
söhbət edirdilər.
Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi:
-
Pəricahan, qızına yazığın gəlsin, gör yoldaşsızlıq, onu nə hala salmışdır.
Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, kefi açılsın.
Bu qız qaraçı qızı deyildir və olsa da nə eybi vardır.
Xanımın yanında qaravaşı olmazmı?! Mürəbbiyəsi yanında olacaqdır.
Bir pis iş edərlərsə, tərbiyə edib qoymaz.
Bu sözlər Pəricahan xanıma əsla təsir etmədi:
-
Sən mənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İndi nə
üçün sözündə davam etmirsən? Bu qız buradan gedəsidir, artıq söz lazım deyil.
-
Xeyr, bu qız burada qalasıdır, - deyə Hüseynqulu səsini ucaltdı.
-
Sənə deyirəm, bu qız bu saat buradan gedəsidir. Yoxsa, mən burada
qalmaram, - deyə Pəricahan xanım qəzəbləndi.
Milli Kitabxana
390
Səlim bəy fursəti fövtə verməyib dedi:
-
Onda verin mən aparım.
Hüseynqulu ağa dedi:
-
Səlim bəy, heç vaxt ona razı olmaram. Necə ki, sizə dəmişəm, elə də
edəcəyəm. Qaraca qız bağbanın Piri babanın yanında olacaqdır.
Pəricahan xanım dedi:
-
Bu şərtə mən də razryam. Ancaq Ağca xanımla bilmərrə əlaqəsi
olmayacaqdır, çünki ondan pis xasiyyət götürər.
Bu şərtlə aparıb Qaraca qızı Piri kişiyə tapşırdılar. Piri kişinin daxması ağalığın
böyük meyvə bağının içində idi. Piri kişi yetmiş yaşında, yumşaq təbiətli bir qoca
idi. Heç bir kəsi yox idi, özü də Hüseynqulu ağanın rəiyyəti olub onun atası
zamanından bu bağa bağbanlıq edirdi. Piri kişi həmişə bağda ömür sürüb, işi
düşməsə ağalıq qapısına gəlməzdi.
Xidmətçilər Hüsejnqulu ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi
kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündən mühafizə
edərdi. Ona görə onu başqa nökərlər sevərdi. Qaraca qızın saxlanmaq üçün Piri
kişiyə verilməsi onu çox şad etdi. Öz komasında Qaraca qız üçün yer hazırladı; onu
yedirib rahat etdi. Qaraca qız yatağına girib bir müddət yata bilmədi. Sonra Piri
kişidən soruşdu:
-
Baba, o xanım, qızını nə üçün mənimlə oynamağa və söhbət etməyə
qoymur?
-
Qızım, onlar bəydirlər, biz rəiyyət, onlar ağadırlar, biz nökər. Bizimlə
onların nə yoldaşlığı. Qızım, sən Ağca xanımı yaddan çıxar. O sənə yoldaş
deyildir.
Qaraca qız bu sozlərlə sakıt olmayıb duşunurdu:
-
Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. Bu gecə ona
yemək verməyəcəklər. Yazıq ac qalacaqdır. Anam sağ olanda məni də naharsız
qoyardı, ancaq mən nadinclik edərdim. Bu heç-zad etməmişdı.
Qaraca qız fikrini bir yerə çıxarmamış yuxuya getdi. O gecəni həmin fikirlər
Ağca xanımı da sakit etmirdi. Nə anasının, nə mürəbbiyəsinin nəsihətini anlamırdı.
-
Nə səbəbə mən o qızla oynayıb danışa bilmərəm. Mən bəy qızı olanda nə
olar. Məni nə üçün şamsız qoydular. Qaraca qız çox təəc-
|