Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə175/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   171   172   173   174   175   176   177   178   ...   196
Milli Kitabxana

409


- Çəkil,  sən  indiyə kimi  bu  qızı  ağalığın ətrafında  dolanmağa  qoymamısan  ki,

bəyzadə qızına  pis  xasiyyətləri  təsir  edər.  İndi  də mən  onun  bu  zülm  yuvasında

qalmasına  razı  deyiləm. - Bunu  deyərək  Piri  baba  Qaraca  qızın əlindən  tutub

apardı.


* * *

Piri  kişi  Qaraca  qızı  soyundurub  rahat  etdi.  Ona  tez-tez  ayran  verirdi.  Lakin

Qaraca  qızın  dişinin  dibi  qanadığı  üçün  yaranı  sorduqda  zəhər  tüpürcəklə onun

qanına  yerimişdi.  Bununla  belə Piri  baba  Qaraca  qızdan  ümidini  kəsməmişdi.

Lakin öz canını özgə uğrunda fəda etmiş qızcığazın həyatı bitmək üzrə idi.

-

Baba, mən ölsəm, məni o bağımızın yanındakı göy təpədə basdırın. Oranı



mən çox sevirəm. Oradan hər yer görünür. Orada hər cür çiçək var.

-

Qorxma, qızım,  həkim  gəlib,  sənə dərman verəcək. Sən də sağalacaqsan,



uzun yaşayacaqsan. Mən qoca babanı o dediyin göy təpədə basdıracaqsan.

Hüseynqulu  ağa  həkim  ilə gəlib  çıxdı.  Həkim  Ağca  xanıma  baxdıqdan  sonra

dedi:

-

Ağca xanımın heç bir qorxusu yoxdur. İlanın zəhəri bədəninə yayılmamış



ref olunmuş, azacıq hərarəti var. Dərman verərəm yaxşı olar.

Bu xəbərdən ata  və ana çox şad oldular. Sonra həkim ilə bərabər Piri babanın

daxmasına  getdilər.  Qaraca  qızın  qanla  dolmuş  gözləri  yumulmuşdu.  Həkim  ona

baxdıqdan sonra dedi:

-

Xəstənin  halı  çox  ağırdır,  çünki  soran  zaman  zəhəri  udmuşdur,  o  qanına



qarışıb bədəninə yayılmışdır. Sağalması çətindir.

Bu xəbərdən Piri kişi məyus olub dedi:

-

Həkim,  öz  balasını  ölümdən  xilas  etmək  üçün  başqa  bir  balanı  ölümə



verən qadına nə deyərlər?

-

Sus,  qoca  köpək,  mənim  qızımı  bir  qaraçı  qızına  taymı  edirsən, - deyə



Hüseynqulu ağa bağırdı.

Həkim  onları  sakit  edib,  gətirdiyi  dərmanı  Qaraca  qıza  içirtdi  və Piri  kişiyə

tapşırdı ki, bundan xəstəyə tez-tez versin.



Milli Kitabxana

410


-

Baba,  məyus  olma.  Qız  çox  sağlamdır.  Ümidvaram  ki,  sağalar,  deyə

həkim ağalar ilə bərabər getdi.

Piri  baba  daxmanın  qapısını  açıb  Qaraca  qızın  başı  tərəfində oturdu.  Sonsuz

qoca  Qaraca  qıza  artıq  dərəcədə məhəbbət  bağlamışdı.  Qaraca  qız  onun əski

komasına yeni bir həyat, yeni bir şölə gətirmişdi. İndi o şölə sönür... Ona da səbəb

tam uşaqlığından zülmünü çəkdiyi ağaları olmuşdu.

Qaraca  qız  qan  ilə dolmuş  gözlərini  açdı,  axır  nəfəsində günəşin  şəfəqinə bir

müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu. Qaraca qız öldü!..

-

Daxmanın bülbülü uçub getdi, - deyə Piri baba göz yaşı tökdü.




Milli Kitabxana

411


ƏŞRƏF

Sevimli şagirdim

Əşrəf Babayeva ithaf

Hacı  Səməd  şam  namazını yenicə qılıb  qurtarmışdı.  Məhəmməd  və Fatma  da

yemək  otağında  nazik  və həzin  bir  səslə “Mən  bir  türkəm

1

,  elim-obam  uludur”



mahnısını  oxuyurdular.  Hacı  Səməd  müddət  onlara  qulaq  asıb,  sonra  içəri  girdi.

Uşaqlar dərhal səslərini kəsib, ayağa qalxdılar. Hacı Səməd dedi:

-

Nə gözəl  mahnıdır!  Nə gözəl  sözlərdir:  “İnsan  olan  vətəninin  quludur!..”



Bu mahnı, övladlarım, bir gözəl qəhrəman çocuğun hekayəsini yadıma saldı.

Uşaqlar atalarından bunu eşitcək cəld dedilər:

-

Ata, təvəqqe edirik bu hekayəni bizə söyləyəsən!..



-

Yaxşı,  övladlarım,  soylərəm,  çünki  söyləməli  bir  hekayədir. - Hacı

Səmədin arvadı çay töküb, onun qabağına qoydu. Hacı Səməd de çaydan bir neçə

qurtum içib başladı: - Otuz sənə bundan əqdəm Qara dəniz kənarında yapılmış bir

şəhərdə Hacı Kazım  namında bir tacir sakin idi. Bu tacir İstambul ilə güclü xəlçə

alış-verişi edirdi. Hacı Kazımın çox övladı təvəllud etmiş idisə də, cümləsi qırılıb,

tək  bircə on  səkkiz  yaşında Əlimərdan  adlı  oğlu  qalmışdı. Əlimərdan  çox  gözəl

oğlan idi. Ancaq alış-veriş etməyi sevməyirdi və bir də çox pul tələb edərdi. Atası

ha istəyirdi ki, onu evləndirsin, amma Əlimərdan bu əmrdən boyun qaçırırdt. Atası

çox təkid edib deyəndə ki, oğlum, evimiz arvad tərəfindən sahibsiz qalmışdır, anan

öləndən sonra nökər-qulluqçu ümidinə qalmışıq, evlən, evimiz qaydaya düşsün...

Əlimərdan onun sözünü kəsmək üçün deyərdi:

-

Yaxşı,  ata,  evlənməyə hazıram,  ancaq  gərək  evləndiyim  qız  tərbiyəli,



oxumuş ola: hərgah şəhərimizdə belə qız varsa, bu saat nigahını oxut.

Bunu dedikdə, Əlimərdan yaxşı bilirdi ki, şəhərlərində belə qız yoxdur. Ancaq

bu cür hiylə ilə atasını sakit etmək istəyirdi. Hacı

Azərbaycanlı





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin