Milli Kitabxana
135
K ə r b ə l a y ı N ə b i. Bilmirəm, bu şeytanı sən haradan mənim yadıma
saldın. Lap ovqatımı təlx etdin. Xülasə, xalasına lənət, gələk saqqal məsələsinə. Bir
de görüm, mənim bu saqqalım əvvəllərdə nə tövr olardı?
P ə r i c a h a n. Ağa, qapqara şəvə kimi.
K ə r b ə l a y ı N ə b i. Belə atan oldu rəhmətlik. Onu şəvə kimi edən kim
olardı?
P ə r i c a h a n. Belə mən. Həftədə iki dəfə, üç dəfə xına qoyub yuyardım,
saqqalın da qapqara kömür kimi olardı.
K ə r b ə l a y ı N ə b i. Bəs onu indi niyə etmirsən, a zalım qızı?
P ə r i c a h a n. Ağa, dedim yəqin xanımın yasını saxlayırsan, onun üçün də
saqqalına xına qoymursan.
K ə r b ə l a y ı N ə b i. Xub, biri öləcək, biri dünyaya gələcək, burada saqqalın
günahı nədir ki, bu günə düşsün?
P ə r i c a h a n. Ağa, buyurarsan, elə bu gecə saqqalına xına qoyaram.
K ə r b ə l a y ı N ə b i. Gecə nədir? Elə indicə bu xınanı suya qoyarsan, bir
azdan sonra da saqqalıma qoyarsan. Bu gecə xeyir işim var.
P ə r i c a h a n. Ağa, o necə xeyir işdir?
K ə r b ə l a y ı N ə b i. Sən bilmirsən ki, o necə xeyir işdir? Görmürsən ki, eşq
topuğuma vurubdur?
P ə r i c a h a n. Ay ağa, eşq adamın başına vurar.
K ə r b ə l a y ı N ə b i. Eşq mənim başıma da, döşümə də, belimə də, əlimə də,
ayağıma da, hətta bağırsaqlarıma da vurubdur, cəmi vücudum eşq oduna yanır. Bu
dəmdə mənə bir spiçka vursan, şam kimi əriyib tökülərəm. Mən qabaqda eşq-
məşqə inanmazdım, deyərdim, ele şey yoxdur, onu şairlər icad ediblər. Demə,
kişilər doğru deyirmiş. Nədir eşq? "Məhəbbət bir bəla şeydir, giriftar olmayan
bilməz". Vallahi ki, belədir. İndi Pəricahan, iş sənə qalıbdır.
P ə r i c a h a n. Ağa, mən razıyam.
K ə r b ə l a y ı N ə b i. Ay sağ ol, mənim ağıllı Pəricahanım.
P ə r i c a h a n. Ancaq, ağa, gərək bir az səbir edək, el bizə nə deyər? Bir aydır
ki, xanım ölübdür, heç olmasa qoy qırxı çıxsın.
K ə r b ə l a y ı N ə b i. Xeyr, xeyr, eşq məni yaman hala salıbdır. Davam edə
bilmirəm. Gərək bu gecə nə tövr olsa iş bitsin. El özü çox yaxsı bilir ki, müsəlman
olan şəxs, heç bir gün də arvadsız dura bilməz.
P ə r i c a h a n. Ağa, bəs mən bu otuz ili necə ərsiz qalmışam?
Milli Kitabxana
136
K ə r b ə l a y ı N ə b i. O da sənin səfehliyin. Müsəlman qızı elə ki, doqquz-on
yaşına çatdı, ver getsin ərə.
P ə r i c a h a n. Ağa, sənin fikrin odur ki, elə bu gecə kəbin kəsilsin?
K ə r b ə l a y ı N ə b i. Bəli.
P ə r i c a h a n. Axı mənim vəkilim yoxdur.
K ə r b ə l a y ı N ə b i. Sən vəkili neylirsən?
P ə r i c a h a n. Bəs qız tərəfindən vəkil lazım deyilmi?
K ə r b ə l a y ı N ə b i. A səfeh qızı səfeh, nə danışırsan? Məgər mən səni
alıram?
P ə r i c a h a n. Bəs kimi alırsan? Mən elə bilirəm məni alırsan.
K ə r b ə l a y ı N ə b i. Səni? Ha-ha-ha... Dünyanın çopuru elə mənə qalmışdı.
Sən elə çopursan ki, başından bir çuval darı töksən, bir dənəsi de yerə düşməz. Bir
Pəricahana bax, kül olsun o cahanın başına ki, sənin kimi pərisi var. A kişilər, mən
bu ad qoyan ata-anaya lap məəttəl qalmışam. Görürsən meymuna oxşayan qızlara
ad qoyurlar: Dürnisə, Mələkmənzər, Mahtaban.
P ə r i c a h a n. Yaxşı, məni almırsan, bəs kimi alırsan?
K ə r b ə l a y ı N ə b i. Belə gözəlini, məzəlini.
P ə r i c a h a n. Məzəli kimdir?
K ə r b ə l a y ı N ə b i. Belə Şövkət, mənim canım ona qurban olsun.
P ə r i c a h a n. Vaxsey, gör bu qoca kaftar nə fikrə düşübdür. şövkətin heç on
bir yaşı tamam deyil, o hələ gəlin oynadır.
K ə r b ə l a y ı N ə b i. Elə mən də onun ilə gəlin-gəlin oynayacağam. Bir də
baxıb görəcəkdir ki, dünyaya bir bapbalaca bəbə gəlibdir. Oynatsın nə qədər kefi
istəyir.
P ə r i c a h a n. Mən bu işə heç vaxt razı ola bilmərəm.
K ə r b ə l a y ı N ə b i. Səfeh qızı səfeh, sən mənə qəyyumsan ki, razılıq
istəyim. Elə sən cəhənnəmə razı olma.
P ə r i c a h a n. İndi ki, belə oldu, mən bu işi pozacağam.
K ə r b ə l a y ı N ə b i. Necə pozacaqsan?
P ə r i c a h a n. O mənim işimdir.
K ə r b ə l a y ı N ə b i. Yenə bilək de...
P ə r i c a h a n. Belə Maral xanıma deyəcəyəm, o da səni bu işin üstə tutub
çekaya salacaqdır.
K ə r b ə l a y ı N ə b i. A balam, Maral xanıma nə dəxli var? Şəriət təriqilə
evlənirəm. Doğru deyiblər ki, arvadın heç ağlı olmaz, öz xeyrini anlamaz. Gəl, sən
mənim işimi düzəlt, - mən də sənin işini... O
|