Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə169/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   165   166   167   168   169   170   171   172   ...   196
Milli Kitabxana

397


Pəricahan xanım Baba otağını açıq görüb fikir etdi ki, Hüseynqulu ağa içəridə

olar, bu qəsd ilə oraya girmək istədikdə Ağca xanım lap özünü itirib onun qabağını

kəsdi:

-

Ana, buraya girmə, girmə, - deyə özü də ağlamağa başladı.



Pəricahan təəccüblü ikən Mariya İvanovna gəlib çıxdı və ondan qızının dustaq

olmağını bildi. Pəricahan xanım, mürəbbiyə və onların arxasınca Ağca xanım otağa

girdilər. Pəricahan xanım pişiyi görüb soruşdu:

-

Bundan  ötrümü  qorxdun?  Nə gözəl  pişikdir,  bunu  saxlamağa  sənə izin



verirəm.

Ağca  xanım  Qaraca  qızı  içəridə görməyib  bir  qədər  ürəkləndi,  Qaraca  qız  isə

divanın altına girib gizlənmişdi. Hər üçü otaqdan çıxıb qapını bağladılar və nahar

yeməyinə getdilər. Qaraca qız qapısı bağlı evdə qaldı.

Xanımlar  gedəndən  sonra  Qaraca  qız  cəld  divanın  altından  çıxıb  qapıya

yüyürdü  ki,  bir  kəs  gəlməmiş  buradan  getsin.  Lakin  qapını  daldan  cəftələnmiş

görüb  məyus  qaldı.  Sonra  pəncərəni  çəkmək  fikrinə düşdü,  amma  nə qədər

çalışdısa,  bir  şey  bacarmadı,  çünki  pəncərənin  yuxarıdan  iki  nazik  dəmir  mil  ilə

bağlı olduğunu anlamayıb, ancaq var gücü ilə yuxarı qaldırırdı. Xeyli çalışdıqdan

sonra  Qaraca  qız  ümidsiz  divanın  üstündə oturdu.  O, xeyli  təşvişdə idi,  çünki

bilirdi  ki,  bu  sirrin  üsrü  acılsa,  Pəricahan  xanım  onu  buradan  qovub,  qızına  da

böyük tənbeh edəcəkdir. Bir az oturandan sonra Qaraca qız yenə pəncərəni çəkmək

fikrinə düşdü, bu səfər diqqət yetirdikdə, nəzəri dəmir millərə sataşdı, dərhal qalxıb

onları çıxartdı və sonra pəncərəni çəkməyə başladı. Pəncərə hərçənd ağır idi, amma

Qaraca qız da qüvvətli idi. O, pəncərəni qaldırıb altından cəftə ilə bənd elədi. Sonra

pəncərədən  çıxıb  qapını  açdı.  Pəncərəni  saldı,  bayıra  çıxıb  qapını  bağladı,  gəldiyi

deşikdən bağa girib komalarına getdi.

Bu  vaxt  Ağca  xanım  Qaraca  qız  barəsində artıq  dərəcədə iztirabda  idi.

Boğazından əsla  çörək  getmirdi,  fikri  müdam  Qaraca  qızın  yanında  idi.  Hətta

qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib yenə Baba otağına salarlar,

lakin  bu  hiylə onu  muradına  çatdırmadı;  çünki  Pəricahan  xanım  qızının  rəngi

qaçdığını görüb təşvişə düşdü:

-

Qorxma,  qızım,  eybi  yoxdur,  xörəyi  süfrəyə qəsdən  dağıtmadın  ki,  özü



töküldü. Yoxsa, qızım, azarlısan?


Milli Kitabxana

398


Bunu deyib Pəricahan xanım əlini qızının alnına qoydu:

-

Doğrudan da qızdırman var. Bir az şorba iç, sonra yatacaqsan.



Daha bu gün heç yerə çıxmayacaqsan.

Bu əhvalatdan Ağca xanım daha da artıq təşvişə düşüb dedi:

-

Yox,  ana,  mən  azarlı  deyiləm.  Məni  yatacaq  otağına  göndərmə.



Hüseynqulu ağa üzünü arvadına tərəf tutub dedi:

-

İndi sapsağ qızı azarlı edəcəksən.



-

Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan.

-

Nə üçün, mən ata deyiləm?



-

Atasan, ancaq nadansan. Nadan atadan qız nə tərbiyə götürə bilər?

Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı-acıqlı yumruğunu masaya elə bərk

vurdu ki, boşqablar bir-birinə dəydi:

-

Sus!  Tezliklə sənə göstərərəm  ki,  bu  evin  sahibi  mənəm... - Bunu  deyib



Hüseynqulu  ağa  qabağındakı  boşqabı  götürüb  yerə çaxdı  və hirsli,  yemək

otağından çıxdı.

-

Get, piyan soldat, - deyə Pəricahan xanım bağırdı.



Bu hadisədən yazıq Ağca xanım titrəyərək göz yaşı tökməyə başladı. Pəricahan

xanım mürəbbiyəyə dedi:

-

Bu qızı otağına apar, soyundurub rahat et. Sonra geyin, bəzi şeylər almaq



üçün şəhərə gedəcəyik.

Dayə Ağca xanımla getdilər. Pəricahan xanım da öz otağına getdi.

Bir azdan sonra Pəricahan xanım mürəbbiyə ilə faytona minib yola düşdü.

Anası gedəndən sonra Ağca xanım bir müddət otaqda qalıb pəncərədən baxdı,

oradan  dəmiryol  stansiyası  görünürdü.  Vağzal Hüseynqulu  ağanın  mülkündə

tikilmişdi. Hərdənbir Ağca xanım öz mürəbbiyəsi ilə oraya gəzməyə gedərdi.

Birdən vaqon fit verdi.

-

Hə,  anamgil  getdi.  Bir  də axşam  çağı  gələcəklər,  indi  gedim  Qaraca  qızı



dustaqdan  xilas  edim. - Bunu  deyib,  Ağca  xanım  cəld  geyindi  və çıxıb  Baba

otağına  tərəf  getdi.  Oraya  yetişdikdə gördü  ki,  otağın  qapısı  cəftəsizdir.  Yavaşca

qapını açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb sığara çəkir və ondan

başqa  da  içəridə kimsə yoxdur.  Bu  ittifaqə Ağca  xanım  həm  şad  oldu  və həm  də

təəccüb etdi. Bu vaxt atası onu gördü.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin