Sumqayit apellyasiya məHKƏMƏSİNİn müLKİ kollegiyasi qərardad 13 oktyabr 2016-cı IL



Yüklə 146,07 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü146,07 Kb.
#2377
1   2   3
MÜƏYYƏN ETDİ

Abşeron rayon məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova)

iddiaçı İbrahimova Sədayə İnqilab qızının cavabdeh İbrahimov Zöhrab Musa oğluna qarşı “nikah

dövründə əldə edilmiş pul vəsaitinin, evin paylara uyğun müəyyən edilməsinə” dair iddiasının qismən

təmin edilməsi, iddiaçı İbrahimova Sədayə İnqilab qızının və cavabdeh İbrahimov Zöhrab Musa

oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsi, ev 2D ünvanında yerləşən

fərdi yaşayış evinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması, iddianın qalan hissəsinin təmin

edilməməsi, İbrahimov Zöhrab Musa oğlunun İbrahimova Sədayə İnqilab qızına qarşı pul tələbi

barədə qarşılıqlı iddiasının qismən təmin edilməsi, “Dəmirbank” ASC ilə İbrahimov Zöhrab Musa

oğlu arasında bağlanmış 16 iyun 2015-ci il tarixli, 280009195 nömrəli və ssuda hesablı kredit

müqaviləsinə əsasən İbrahimov Zöhrab Musa oğluna verilmiş 12700 USD məbləğində kredit üzrə

bank qarşısında olan 12057,86 USD tərəflər arasında bölünməsi, həmin məbləğin ½ hissəsi, yəni

6028,48 USD manata məzənnəyə uyğun olaraq İbrahimova Sədayə İnqilab qızından alınaraq

cavabdeh İbrahimov Zöhrab Musa oğluna verilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin

edilməməsi, ödənilmiş 20 manat dövlət rüsumunun hər iki tərəfə aid edilməsi qət edilmişdir.

İlkin iddiaçı Sədayə İbrahimova və nümayəndəsi Rizvan Xəlilov qətnamədən apellyasiya

şikayəti vermişlər.

İlkin iddiaçı İbrahimova Sədayə İnqilab qızı və nümayəndəsi Xəlilov Rizvan Fizuli oğlu ərizə ilə

məhkəmə kollegiyasına müraciət edərək, ilkin iddia tələbinin təmin olunmamış hissəsi üzrə iddia

tələbindən imtina etdiyini nəzərə alaraq həmin hissədə icraata xitam verilməsini məhkəmə

kollegiyasından xahiş etdilər.

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı İbrahimov Zöhrab Musa oğlu ərizə ilə məhkəmə

kollegiyasına müraciət edərək, İbrahimova Sədayə İnqilab qızına qarşı qarşılıqlı iddia tələbindən

imtina etdiyini, imtina edilmədinin hüquqi nəticələrinin ona aydın olduğunu, həmin tələb üzrə işə

xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə

baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq

edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

Azərbaycan Respublikası MPM-nin 191.1. maddəsinə əsəsən iddiaçının iddiadan imtina etməsi,

iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri

məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki

tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya

tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən



2

yazılı ərizələrdə də ifadə oluna bilər.

Azərbaycan Respublikası MPM-nin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina

etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara

müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə

tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə

qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam

verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində

məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci

fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni

baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.

İlkin iddia tələbinin təmin olunmayan hissəsindən ilkin iddiaçı S.İbrahimovanın, qarşılıqlı iddia

tələbindən imtina barədə Z.İbrahimovun ərizələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki,

ilkin iddia tələbinin təmin olunmayan hissəsindən İbrahimova Sədayə İnqilab qızının və nümayəndəsi

Xəlilov Rizvan Fizuli oğlunun, həmçinin qarşılıqlı iddiaçı İbrahimov Zöhrab Musa oğlunun qarşılıqlı

iddia tələbindən imtina barədə ərizələri qəbul edilməli, Abşeron rayon məhkəməsinin 20 aprel 2016-cı

il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin olunmayan və qarşılıqlı iddia tələbinə dair hissədə ləğv

edilməklə həmin hissədə iddia tələbləri üzrə icraata xitam verilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 391–ci

maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,




Yüklə 146,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin