Sumqayit apellyasiyaməHKƏMƏSİ Cİnayət kollegiyasi q ə r a r



Yüklə 27.99 Kb.
PDF просмотр
tarix10.06.2017
ölçüsü27.99 Kb.

İş № 1 (105)-218

2017-ci il

AZƏRBAYCAN RESPUBLİKASI

SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİ

CİNAYƏT KOLLEGİYASI



Q Ə R A R

(Apellyasiya şikayətinin baxışına dair yekun məhkəmə qərarı)

19 aprel 2017-ci il

Sumqayıt şəhəri

Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası

aşağıdakı tərkibdə,

Hakim Hüseyn Əmir oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə,

Hakim Nazim Rasim oğlu Mövsümovdan,

Hakim Vidadi Cəfər oğlu Cəfərovdan ibarət tərkibdə,

Məhkəmə iclas katibi İlkin Adil oğlu Behbudovun katibliyi ilə,

Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının

Müdafiəsi üzrə İdarənin prokuroru Zəfər Akif oğlu Ramazanovun,

Təqsirləndirilən şəxs Namiq Məhyəddin oğlu Məhərrəmovun iştirakı ilə,

Sumqayıt şəhər Məhkəməsinin Məhərrəmov Namiq Məhyəddin oğlunun Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə

dair 27 yanvar 2017-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Məhərrəmov Namiq Məhyəddin

oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq

M Ü Ə Y Y Ə N E T D İ :

Sumqayıt şəhər Məhkəməsinin (hakim - Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi ilə)

27 yanvar 2017-ci il tarixli hökmü ilə,

Məhərrəmov Namiq Məhyəddin oğlu – 03.11.1963-cü

il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan

Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən,

məhkumluğu olmayan, Qubadlı rayonu Qubadlı

şəhərində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri

Novxanı bağlar massivi bağ evində yaşamış, hal-

hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında

saxlanılan,

Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il

müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Məhkəmənin hökmünə əsasən Məhərrəmov Namiq Məhyəddin oğlu Azərbaycan

1


Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o,

tanışı Atamoğlanov Atamoğlan Nurəli oğlunun xeyli miqdarda yəni 8300 ABŞ dolları

(13.09.2015-ci il tarixə olan məzənnəyə əsasən 8.696 manat 74 qəpik) və 1.300 manat pulunu

ələ keçirmə məqsədi ilə Atamoğlan Atamoğlanovun kürəkəni Muxtarov Qüdrət Nüsrət oğlunu

tanışı Əhmədov Ulduz Əhməd oğlunun Bakı şəhərində açacağı Texniki Peşə Məktəbinə

təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə düzəldəcəyi adı ilə 13.09.2015-ci il tarixdə

Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Access Bank”ın qarşısında 8.300 ABŞ

dolları (13.09.2015-ci il tarixə olan məzənnəyə əsasən 8.696 manat 74 qəpik) və 1.300 manat

pulunu aldatma yolu ilə ələ keçirərək, nəticədə Atamoğlan Atamoğlanova xeyli miqdarda yəni

9.996 manat 74 qəpik məbləğində maddi zərər vurmaqla dələduzluq cinayəti törətmişdir.

Hökmdən narazı qalan

təqsirləndirilən şəxs Məhərrəmov Namiq Məhyəddin oğlu

apellyasiya şikayəti verərək barəsində olan cinayət işinə yenidən baxılmasını məhkəmə

kollegiyasından xahiş etmişdir.

Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi

tərəfindən ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən o, bu cəza

ilə razı deyildir. təqsirləndirilən şəxsin fikrincə ona həddən artıq sərt cəza təyin edilmişdir.

Məhkəmə kollegiyası Sumqayıt şəhər Məhkəməsinin Məhərrəmov Namiq Məhyəddin

oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib

məhkum edilməsinə dair 27 yanvar 2017-ci il tarixli hökmündən təqsirləndirilən şəxs

Məhərrəmov Namiq Məhyəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətini dəlillərini cinayət

işinin materialları ilə əlaqədli şəkildə nəzərdən keçirib mübahisələndirilən məhkəmə hökmünün

dəyişdirilmədən, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin

edilmədən saxlanılması barədə dövlət ittihamçısının rəyini, eləcə də barəsində məhkəmə

hökmündən verdiyi apellyasiya şikayətinin təmin edilməsi barədə təqsirləndirilən şəxsin çıxışını

dinləyib belə hesab dir ki, mübahisələndirilən məhkəmə hökmü dəyişdirilərək təqsirləndirilən

şəxs Məhərrəmov Namiq Məhyəddin oğluna təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan

məhrum etmə cəzası təqsirli bilindiyi maddənin sanksiyası hədində cərimə cəzası ilə əvəz

edilməlidir.

Belə ki, mübahisələndirilən məhkəmə hökmündən təqsirləndirilən şəxs tərfindən verilmiş

apellyasiya şikayətində onun tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət

Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan dələduzluq yolu ilə zərərçəkmiş şəxsin

xeyli

miqdarda


ziyan

vurmaqla


cinayət

əməlinin


törədilməsinin

hüquqi


tövsifi

mübahsələndirilmir və məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli

düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü madjəsi ilə düzgün ixtisaslaşdırılmışdır.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən barəsində olan məhkəmə

hökmuündən verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və belə hesab edir ki, onun

barəsində olan məhkəmənin hökmü dəyişdirilərək təqsirli bilindiyi Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası hədində cərimə cəzası ilə əvəz

edilməlidir.

Belə ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin ilkin məhkəmə

baxışı zamanı zərərçəkmiş şəxs Atamoğlanov Atamoğlan Nurəli oğlu ərizə ilə məhkəmə

kollegiyası müraciət edərək göstərmişdir ki, Namiq Məhərrəmov tərəfindən ona vurulmuş zərər

qohumu Süleymanov İsa Süleyman oğlu tərəfindən tam ödənilmişdir, onun Namiq Məhərrəmova

qarşı heç bir iddiası yoxdur, təqsirləndirilən şəxs Namiq Məhərrəmovun xəstə olmasını və

məcburi köçkün olmasını nəzərə alaraq onun azadlığa buraxılmasını xahiş etmişdir.

Eləcə də zərərçəkmiş şəxs Atamoğlanov Atamoğlan Nurəli oğlu 5 aprel 2017-ci il tarixli

notarial qaydada ərizə təqdim edərək təqsirləndirilən şəxs Namiq Məhərrəmov tərəfindən ona

dəymiş zərər tam ödənildiyindən gələcəkdə təqsirləndirilən şəxs Namiq Məhərrəmova qarşı heç

bir maddi, mənəvi və mülki tələbinin və şikayətinin olmayacağını bildirmişdir.

Şərh olununlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası

CPM-nin 59.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət

nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyan aradan qaldırılması və zərərçəkmiş şəxslə razılıq

2


əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndiriləlidir.

Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61-ci

maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

Odur ki, Sumqayıt şəhər Məhkəməsinin Məhərrəmov Namiq Məhyəddin oğlunun

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum

edilməsinə dair 27 yanvar 2017-ci il tarixli hökmü dəyişdirilərək ona təyin edilmiş 5 (beş) il

müddətinə azadlıqdan məhrum etmə cəzası 4000 (dörd min) manat miqdarında cərimə cəzası ilə

əvəz edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən

Məhərrəmov Namiq Məhyəddin oğlunun hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanıldığı 2

(iki) ay 23 (iyirmi üç) gün müddət nəzərə alınmaqla ona hazırkı qərarla təyin edilmiş 4000 (dörd

min) manat miqdarında cərimə cəzası yüngülləşdirilərək Məhərrəmov Namiq Məhyəddin

oğlunun üzərində qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılmalıdır.

Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 494, 397, 398.1,

398.1.1, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası



Q Ə R A R V E R D İ:

Sumqayıt şəhər Məhkəməsinin Məhərrəmov Namiq Məhyəddin oğlunun Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə

azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair 27 yanvar 2017-ci il tarixli hökmü

dəyişdirilsin.

Hökmlə Məhərrəmov Namiq Məhyəddin oğluna təyin edilmiş 5 (beş) il müddətinə

azadlıqdan məhrum etmə cəzası 4000 (dörd min) manat miqdarında cərimə cəzası ilə əvəz

edilsin.


Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Məhərrəmov

Namiq Məhyəddin oğlunun hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanıldığı 2 (iki) ay 23

(iyirmi üç) gün müddət nəzərə alınmaqla ona hazırkı qərarla təyin edilmiş 4000 (dörd min)

manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və Məhərrəmov Namiq Məhyəddin oğlunun

üzərində qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılsın.

Məhərrəmov Namiq Məhyəddin oğlu dərhal məhkəmə icas zalından həbsdəbn azad edilsin.

Cinayət işi üzrə mülki iddiaya dair hissədə icraata xitam verilsin.

Məhərrəmov Namiq Məhyəddin oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin.

Hökmün qalan hissəsi dəyişdirilməsin.

Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə

Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya

protesti verilə bilər.

Sədrlik edən hakim: imza

Hakimlər: imzalar:

Əsli ilə düzdür:

Hakim


Hüseyn Nəbiyev

3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə