28.PK-da hesab əməlləri və riyazi funksiyalar
Toplama, çıxma, vurma və bölmə bloklarında kəmiyyətin tipindən asılı olaraq I (adi tam ədəd), D (uzun tam ədəd) və ya R (həqiqi ədəd) işarələri istifadə edilir. Elementar riyazi funksiyalar yalnız həqiqi ədədlər üçün istifadə edilir. Cədvəl 2.2-də ABS bloku və digər funksiyaların adları verilmişdir.Həmin bloklar proqram elementləri pəncərəsinin Integer function və Floating-point fct. qovluqlarında yerləşir. Hesab əməlləri bloklarının giriş və çıxışlarının ünvanları yazıldıqda kəmiyyətlərin tipi nəzərə alınmalıdır.
Adi tam ədədlər üzərində əməliyyatlar aparan blokların giriş və çıxış ünvanları mütləq şəkildə MWnn, uzun tam və həqiqi ədədlər üzərində əməliyyatlar aparan blokların giriş və çıxış ünvanları isə MDnn kimi verilməlidir. nn – yaddaş baytının nömrəsidir. Nisbi ünvanlaşdırma zamanı isə istfadə edilən dəyişənlərin tipi həmin formata uyğun olmalıdır.
Belə bir misala baxaq. Şəkil 1-də ADD_R bloku ünvanı 102-ci bayt olan həqiqi ədədilə 4.5 sabitini toplayaraq nəticəni 106-cı ünvana yazır, SQRT bloku nəticəni həmin ünvandan götürərək ondan kök alır və nəticəni 110-cu ünvana yazır.
Şəkil 2.20
Baxılan misal iki hissə (Network1, Network2) şəklində proqramlaşdırılmışdır. Yəni misalı Network şəklindədə proqramlaşdırmaq olar.Bu halda SQRT blokunun işləməsi üçün ADD_R bloku uğurlu işləməlidir. Əks təqdirdə SQRT bloku işləmir. STL-də bunun üçün əlavə əmrlərdən istifadə edilir.
Müxtəlif tipli kəmiyyətlər arasında çevirmələr aparmaq üçün proqram elementləri pəncərəsinin Convertor qovluğunda uyğun bloklar vardır.
Dostları ilə paylaş: |