İş № 2-1(105)-340/2016
Q Ə R A R
Sumqayıt Apelyasiya Məhkəməsinin
inzibati-iqtisadi kollegiyası
Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı,
hakimlər Nəsibov Nazim Məcid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə,
Nəcəfquliyev Ruslan Maqsud oğlunun katibliyi ilə,
iddiaçının nümayəndəsi Hüseynova Yasəmən Seyfulla qızınun və
cavabdehin nümayəndəsi Cəbiyev Rasim Yusif oğlunun iştirakları ilə,
İddiaçı – Heydərova Lalə Hüseyn qızının cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun
Xızı rayon şöbəsinə qarşı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi
vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə inzibati mübahisəyə dair iş üzrə Sumqayıt
İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2-1(85)-1010/2016 saylı qərarından
iddiaçının nümayəndəsi Y.Hüseynova tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt
Apelyasiya Məhkəməsinin inzibati binasında (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) 28
noyabr 2016-cı il tarixdə şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası
MÜƏYYƏN ETDİ:
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2-1(85)-1010/2016
saylı qərarı ilə iddiaçı Heydərova Lalə Hüseyn qızının cavabdeh Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı
rayon şöbəsinə qarşı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi
vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir (hakim
Z.Priverdiyev).
Həmin qərardan iddiaçının nümayəndəsi Y.Hüseynova apelyasiya şikayəti vermişdir.
İŞİN HALLARI:
İddiaçı Heydərova Lalə Hüseyn qızı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xızı
rayon şöbəsinə qarşı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi
vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi
Məhkəməsinə müraciət etmişdir.
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əri Heydərov Şaban Miri oğlu 15 mart
2015-ci il tarixdə ölmüşdür. Cavabdeh 06 iyul 2015-ci il tarixli ailə başçısını itirməyə görə
əmək pensiyasının təyin edilməsi barədə iddiaçının müraciətinə 25 avqust 2015-ci il tarixli
76/199 nömrəli cavabla bildirmişdir ki, onun “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununun 14-cü maddəsinə əsasən pensiya almaq hüququ yoxdur. Heydərov
Şaban Miri oğlunun yeganə vərəsəsi onun arvadı iddiaçıdır. İddiaçının bir gözü çəp olduğuna
görə işləyə bilmir. İddiaçının əri qalsaydı 1 ay 15 gün sonra pensiya alacaqdı, lakin ölmüşdür.
“Əmək pensiyaları haqqında” Qanununun 18.1-ci maddəsinə əsasən bir ailə üzvü kimi iddiaçının
ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir.