Sumqayıt İnzibati Məhkəməsinə İddiaçı: Hacıyev Zaur Yavər oğlu



Yüklə 42,08 Kb.
səhifə7/9
tarix02.01.2022
ölçüsü42,08 Kb.
#45149
1   2   3   4   5   6   7   8   9
ELXAN 1 (2)

Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hüquqi şəxslər tərəfındən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Həmin qanunun 24.1. İnzibati orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.5. maddəsinə əsasən : Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.(Bu Əsasnamə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan RespublikasıQanununun 6.5-ci maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçünbələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılmasqaydalarını müəyyən edir)...

Müvafiq icra hakimiyyəti orqanlarını rəyinin alınmasıının hüquqi əsasları Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin..təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikas Prezidentinin 6 may 2002-ci il tarixli 696 №-li Fərmanının 2-ci bəndində əsasnamənin 7-ci və24-cü maddəsində nəzərdə tutulmuş ”müvafiq icra hakimyyəti orqani”səlahiyyətlərini şəhər.rayon icra hakimiyyəti orqanlarının memarlıq və tikinti şöbələri,həmin əsasnamənin 17,18,19,21,22,25,26 –cı maddələrində nəzərdə tutulmuş”müvafiq icicra hakimiyyəti orqanı” səlahiyyətlərini DT vəXK həyata keçirir.

Həmin Əsasnamənin 4 –cu maddəsinə görə Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatlarınistifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda AzərbaycanRespublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərinmülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarınınidarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10 -cu maddələrinə,"Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8 -ci və 15-ci maddələrinə vəbu Əsasnaməyə uyğun olaraq verilir.

Əsasnamənin 10-cu maddəsinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

Sadalanan normalardan göründüyü kimi, bilavasitə Bələdiyyələr tərəfindən vətəndaşlara fərdi evlərin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə qərarlarına əsasnamnin müvafiq 7-ci maddəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanın memarlıq və tikinti şöbəsinin rəyinin alınmasına dair tələbi şamil olunmur. ( Respublika üzrə bələdiyyələrin özləri tərəfindən bələdiyyə torpaqlarının sərbəst satış hüququ 2007-ci il dekabrın 1-dən dayandırılıb , bu tarixdən etibarən bələdiyyə torpaqları satışı yalnız hərrac qaydasında həyata keçirilir.)



2004-cü il tarixindən, Bələdiyyənin hesabına torpaq vergisi mütamadi olaraq tərəfimizdən ödənilir, qeyd edilən torpaq sahəsinin yolun çəkiməsi ehtiyacları üçün alınması və ya məhdudlaşdırılmasına dair hər-hansı mübahisə və ya razılaşma movcud deyil, nədə ki, məhkəmə qərarı var.


Yüklə 42,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin