Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi S. Vurğun adına Mərkəzi Kitabxana



Yüklə 142.06 Kb.

tarix26.07.2017
ölçüsü142.06 Kb.

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi 

 

S. Vurğun adına Mərkəzi Kitabxana 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

A.A.Bakıxanov-220 

Metodik vəsait 

 

 



 

 

 



 

 

 



 

 

 



 

SUMQAYIT – 2014 

 

 

 



 

 

 

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı 

 

     2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük 

maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi 

tamam olur. 

Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa 

Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. 

Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar 

olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya 

elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 

tutaraq, milli ictimai fikrin, elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş 

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə 

qərara alıram: 

1.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,  Azərbaycan Milli Elmlər 

Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan 

Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla   Abbasqulu Ağa Bakıxanovun 220 illik 

yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri 

həll etsin. 

 

 



      İlham Əliyev 

     Azərbaycan Respublikasının Prezidenti 

 

      Bakı şəhəri, 12 fevral 2014-cü il. 

 

 

 



 

 

 



 

                                                                                                                     

     


 

220 


    Müasirlərindən görkəmli şair Salik: 

     

Biri “Qüdsi ləqəb Abbasqulu bəy,  

                                            Diyari – nəzmi-şeirə padişahdır

  -  deyə    tərif  etmişdir.  

 

A.Bakıxanov isə özünü  

                  “Vətəndən ayrı düşmüş qərib”

 adlandırmışdır.  

 

Həyatı 

      Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında 

Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə 

Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş 

gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü 

Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. 1802-ci ildə 

atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna 

görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı 

Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar 

kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. 1819-cu ildə Bakıxanov 

general Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri 

tərcümanı vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Ömrünün sonlarında 

o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən 

Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və 

həmin yerdə dəfn olunmuşdur. 

 

●   Bakıxanov-Qüdsi 



 ●   Doğum tarixi-21.06.1794 

 

●  Doğum yeri-Əmircan, Bakı 



 

●  Ölüm tarixi-1847 

 

●  Ölüm yeri-Məkkə 



 

 ●  Ölüm səbəbi-Vəba xəstəliyi  

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

220 



 

Elmi fəaliyyəti və pedaqoji xidmətləri 

 

        Bakıxanov еlmin, biliyin həyatda insana böyük dayaq olduğunu söyləyərək yazır:  

“Еlmli adamlar həyatda müvəffəqiyyətsizliyə uğrasa da adamlar onun haqqında dеyir: 

“Öz işini bilən adamdır”.  

Еlmsiz adam məqsədinə çatdıqda isə dеyirlər: “O adamın bəxti gətirdi”. 

 

     Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük 

alimdir."Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", 

"Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun 

dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun 

hərcəhətli bir alim olduğunu göstərməkdədir. Onun birinci elmi əsəri fars dilinin 

qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir. 1826-1828-ci il Rusiya-İran 

müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin 

material toplamışdır. "Qanuni-Qüdsi" də fars dilinin qanunları haqqında çıxardığı hökm və 

nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun şəkildə vermişdir. 

"Qanuni-Qüdsi" əsərindən sonra Abbasqulu ağa Bakıxanov coğrafiya və astronomiya 

elmləri ilə məşğul olur. Böyük alimin Rusiyaya  səyahətinin və müxtəlif ölkələri 

gəzməsinin bir səbəbi də coğrafiyaya olan meyl və marağı idi. Coğrafiya elminə aid onun 

iki əsəri var. Bunlardan biri "Kəşfül-qəraib", o birisi "Ümumi coğrafiyadır"dır. Hər iki əsər 

fars dilində yazılmışdır.

 

     



“Gülüstani-İrəm"də verilən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii 

və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin tərkib və 

vəziyyətindən... bəhs etmişdir.  Müəllif ərəb dilində "Əsrarül-Mələkut"u yazarkən özünün 

"Ümumi coğrafiya" əsərindən müəyyən qədər istifadə etmişdir. "Əsrarül-mələküt" əsərinin 

müqəddiməsində həmin əsərin "Ümumi coğrafiya" kitabının "riyazi hissəsindən" 

götürüldüyü qeyd olunur.  

     Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların 

və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri "Təhzibül-

əxlaq", digəri isə "Kitabi-nəsihət"dir. "Təhzibül-əxlaq" əsərini  Abbasqulu ağa 

Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar. Bu əsərdə o, cəmiyyət haqqındakı 

fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun 

gözəl cəhətlərini təbliğ edir. Əsər müqəddimə və xülasədən başqa 12 fəsildən ibarətdir. 

Müqəddimədə kitabın yazılma səbəbləri və hikmət qanunları, xülasədə isə bilik əldə 

etməyin sirləri haqqında danışılır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və 

nəsihətləri ilə oxucunu düz yola dəvət edir, onu əməyə rəğbət, dostluğa sədaqət, böyüklərə 

hörmət, təvaze və ədalətə çağırır. Əsərdə yeri gəldikcə Şərqin Sənai, Əttar, Rumi, Sədi, 

Hafiz kimi məşhur şairlərinin şerlərindən istifadə edir və əxlaq gözəlliyi ifadə olunmuş bu 

şer parçaları ilə oxucunun qəlbinə daha çox təsir göstərməyə çalışır. 

      "Təhzibül-əxlaq" müəllifin pedaqogika və psixoogiyaya aid elmi və nəzəri məsələləri 

əhatə edən fəlsəfi əsəridir. Əsər fars dilində yazılmış müqəddimə, on iki fəsil və nəticədən 

ibarətdir. "Təhzibül-əxlaq" əsərinin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, 

onlarda nəcib və gözəl əxlaqi normaları tərbiyələndirməkdir. Şəxsiyyətin bütövlüyü, 



vicdan təmizliyi, doğruluq, ədalət, mərdlik, yoxsul və məzlumlara hamilik, insanlarla 

yaxşı rəftar, düşkün ehtiraslardan özünü saxlamaq, dünya malına tamah salmamaq, 

şöhrətpərəstlikdən çəkinmək, təvazökarlıq, zəhməti sevmək, elm və maarifin bayrağını hər 

şeydən uca tutmaq, vətənə və xalqa məhəbbət və s. bu əsərin irəli sürdüyü əsas əxlaqi 

məsələlərdəndir. 

       "Təhzibül-əxlaq" əsərində müqəddimədən sonra gələn "Etidala riayət", "Yaxşı işlərin 

fəziləti", "Can sağlığının qazanılması", "Şöhrətin bəyanı" fəsilləri əxlaq nəzəriyyəsi,  onun 

insanlığa, vətənə və xalqa olan məhəbbəti, maarifi və demokratik dünyagörüşü ilə bağlıdır. 

O bu nəzəriyyəsi ilə gənclərdə elə gözəl əxlaqi sifətlər tərbiyə etmək istəyir ki, onlar 

müasir cəmiyyətin faydalı və xeyirxah üzvləri olsunlar, onlardan xalqa zərər  yetişməsin. 

Bu əsərdə Abbasqulu ağa Bakıxanov nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqə və 

münasibətini təyin etməyə çalışır. Elmlə əməlin bir-birindən asılı olduğunu izah edərkən, 

elmə üstünlük verir. Kainat və ilahiyyat məsələlərinin qısa fəlsəfi şərhindən ibarət olan 

"Xatimə" də müəllif kainatın maddi  bir varlıqdan ibarət olduğunu, əşya və maddənin 

haldan-hala keçərək dəyişməsini, varlıqda  yoxluğun olmamasını təsdiq edir. Burada 

Abbasqulu ağa Bakıxanovun qədim yunan materialist filosofları Demokrit və Empedoklun 

əsərləri ilə tanış olduğu aydın hiss olunmaqdadır. Lakin bu materialist dünyagörüşü onda 

müntəzəm və ardıcıl surətdə axıra qədər davam etmir, idealist dünyagörüşü ona qalib gəlir. 

      "Təhzibül-əxlaq" dan sonra Abbasqulu ağa Bakıxanovun ikinci pedaqoji əsəri "Kitabi-

nəsihət" və ya "Nəsihətnamə"dir. "Kitabi-nəsihət"də 102 nəsihət vardır. Əsər müəllifin 

kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlanır. Dini nəsihətlərdən sonra dövlət 

başçısına, ata-anaya, böyüklərə itaət və ehtiramın vacibliyinə  aid, daha sonra isə həyat və 

məişət məsələləri ilə əlaqədar olan əxlaqi nəsihətlər verilir. Əxlaqi nəsihətlərin əksəriyyəti 

"Təhzibül-əxlaq"dakı əxlaqi nəzəriyyə ilə sıx bağlıdır. "Kitabi-nəsihət"in  girişində 

müəllifin əsərinin izlədiyi əsas məqsəddən danışarkən tərbiyə və təlimə dair yazılan 

kitabların uyğunsuzluğundan, çətin dildə yazılmasından şikayət edir. 

Uşaqların əxlaqını  yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən 

belə nəsihətlər bu gün də öz əhəmiyyətini itirməmişdir. 

   Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan "Gülüstani-İrəm" Abbasqulu ağa 

Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu 

sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və 

müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında "mənim uzun illər zəhmətimin 

məhsuludur" – deyə qeyd edirdi. Müəllif  bu əsərini yazarkən bir neçə dəfə arxeoloji 

tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, 

padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, 

qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi 

salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və 

rus alimlərinin əsərlərindən istifadə etmişdir.  Bu əsəri də Abbasqulu ağa Bakıxanov 

müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix 

elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə 

müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını 

təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən 

istifadə etməyi lazım bilir. 

    "Gülüstani-İrəm"in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, 

qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının 

mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan 

xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin 


ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən 

də əsərini 5 fəslə bölmüşdür: 

 

 

1.



 

İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan 

ölkələrində baş verən qədim hadisələr. 

 

220 



2.

 

Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına 



qədər. 

3.

 



Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların 

səltənətinə aid hadisələr. 

4.

 

Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər. 



5.

 

Nadir şahın vəfatından "Gülüstan" adlı yerdə Rusiya və İran dövlətləri arasında 



bağlanan sülh müahidəsinə qədər. 

      Əsərin birinci fəslində "Tarixi-Təbəri", "Tarixi-güzidə", "Nizamüt-təvarix", "Kitabi-

məsalikül-məmalik", "Xəritətül-əcaib" kimi qədim Şərq mənbələrinə istinadən Nuhun 

tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, 

xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, 

yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə 

nisbətən zəif işləmişdir. Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb 

işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti 

dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi 

hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin 

mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin 

məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və 

sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və 

ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının 

fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq 

azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir. 

Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm"də məşhur Azərbaycan coğrafiyaşünası 

Zeynalabdın Şirvaninin "Riyazüs-səyahət" əsərinə əsaslanaraq, Azərbaycan sözünü  

Babəkin adı ilə əlaqələndirir. Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti 

dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu 

fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi 

haqqında da məlumat vardır. Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil 

Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nadir şah Əfşarın 

hakimiyyəti tarixinə həsr olunur. 

  "Fütuhati-Əmini", "Tarixi-aləm-arayi-Abbasi", Qolikovun "Böyük Pyotrun fəaliyyəti", 

Ustryalovun "I Pyotrun səltənət tarixi" və s. rus, fars və osmanlı mənbələrindən istifadə  

edilərək,  1-ci fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və 

Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim 

Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən 

məşhur "Çaldıran" döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti 

haqqında zəngin məlumat toplanılmışdır. "Gülüstani-İrəm"in beşinci və son fəsli Nadir 

şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan 

"Gülüstan" sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil 

"Gülüstani-İrəm"in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqteyi-

nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. "Gülüstani-İrəm" "Nəticə" adı ilə 


gedən sonluqla bitir. Lakin bu "Nəticə" əsərdə verilən məlumatın yekunu və ya 

xülasəsindən ibarət deyildir. Bu əsərə sadəcə bir əlavədir. Əlavədə Azərbaycanın məşhur 

alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir. 

 

 



Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin 

stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə 

Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın 

tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir. 

[2]

 

[3]



 

[4]


 

[5]


 

 

Azərbaycanda maarifçilik fəlsəfəsi 



 

      XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda sosial-tarixi inkişaf müxtəlif 

ziddiyyətli meyllərdən ibarət olan bir dövr idi. Bütün bu proseslər Azərbaycanın elmi-

fəlsəfi fikrinin inkişafına da öz təsirini göstərmişdi. Bu dövrdə gec də olsa Azərbaycanda 

maarifçilik zəminli ictimai-siyasi təlimlər yaranmış M.Nəvvab, İ.Qutqaşınlı, 

A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçı mütəffəkirlər özlərinin maarifçilik 

ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər. 

      A.A.Bakıxanovun  “Əxlaqın islahı”,  “Gülüstani İrəm”  əsərlərində məntiq, əxlaq, 

fəlsəfədən söhbət aparılır. Bakıxanovun dünyagörüşü islama uyğunlaşdırılmış klassik 

fəlsəfəyə əsaslanmışdır. O, hikmətin (fəlsəfənin) məqsədini təhsil və maariflənməkdən 

ibarət saymışdır. Onun fikrincə Allahın əvvəlcə yarandığı varlıq dünyada şeyləri tam əhatə 

etmək nöqteyi-nəzərdən ağıl, şeyləri nizamlamaq baxımından qələm, ilkin və son olması 

baxımından işıq və ya nurdur. Astronomiyadakı iki nəzəriyyəyə münasibətini bildirərkən 

Bakıxanov N.Kopernikin heliosentrik sistemini müdafiə etmişdir. Onun fikrincə, 

“Kəhkəşanda günəşdən savayı ulduzlar çoxdur”.  Bakıxanova  görə xeyirxahlığın, 

yaxşılığın, müsbət əxlaqi keyfiyyətlərin ölçüsü ədalət və insafdır. 

 

Abasqulu Ağa Bakıxanov Qüdsinin qəzetlə əlaqəsi: 

 

       Məlum olduğu kimi,  Azərbaycanda milli dildə dövrü mətbuat tarixi böyük alim və 



jurnalist Həsən bəy Zərdabinin Bakıda nəşr etdiyi “Əkinçi” qəzeti başlayır. Zaqafqaziya 

Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra Tiflisdə rus dilində nəşr olunan ilk 

mətbu orqanı “Tiflisski vedomosti” qəzeti idi. “Tiflisski vedomosti” nin ilk nömrəsi 1828-

ci ildə çıxmışdır. Bu qəzet “Tatar əxbarı” adı ilə Azərbaycan dilində nəşr olunurdu. 

Qəzetin Qubada yayılmasında görkəmli Azərbaycan alimi və yazıçısı A. Bakıxanovun 

xidməti olmuşdur. Akademik  F. Qasımzadənin yazdığı kimi, “Tiflis əxbarı”nın 

azərbaycanca nəşrinə o zaman canişinlik dəftərxanasında tərcüməçi işləyən məşhur 

Azərbaycan alimi Abasqulu ağa Bakıxanov Qüdsi yaxından kömək göstərmişdir. Qəzet 

Abasqulu ağa Bakıxanovun dilləri mükəmməl bilməsini, xidməti işində fərqlənməsini 

xüsusilə qeyd edirdi.  Bakıxanovun fars dili qrammatikası (“Qanuni-Qüdsi”) yazması, 

istedadlı bir tərcüməçi kimi fəaliyyət göstərməsi də nəzərə çatdırılırdı. Qəzet yazırdı ki, 

Bakıxanov məşhur “Dərbədnamə” əsərini rus dilinə səlis  tərcümə etmişdir. Həmin faktlar 

göstərir ki, A. Bakıxanov “Tiflisski vedomosti” redaksiyası ilə əlaqə saxlamışdır. 

     A.Bakıxanovun qəzetlə əlaqəsinə dair faktlara müfəssəl nəzər salaq.  Qəzetdə 

Bakıxanov haqqında  ilk məlumata 1829-cu il  25 yanvarda çıxmış nömrədə rast gəlirik. 

 

220 



Qəzetdə “Tarix rubrikası altında “Dərbədnamə” sərlöhvəli, imzasız bir məqalə dərc 

olunmuşdur. Məqalədə qeyd olunur ki “Dərbədnamə” əsərinin rus dilinə tərcüməsi 

üzərində iki müəllif işləmişdir: “Bakıda döğulmuş Abasqulu ağa və zabitlərdən biri”. 

Qəzetin həmin nömrəsində “Şərq kitablarından alınmış iki parça haqqında izahat” da 

maraqlıdır. Şübhəsiz, bu iki parçanı rusca tərcümə edən və izahatı yazan A.Bakıxanovdur . 

Qəzetin eyni nömrəsində 1829-cu ildə Ərzurum və Bəyaziddən əldə edilmiş Şərq kitab və 

əlyazmalarının kataloqu verilmişdir.  

     Rus-Türk müharibəsində (1828-1829) Axalsix, Ərzurum və Bəyazid kitabxanalarından 

əldə edilmiş dəyərli çap və əlyazma kitablarının seçilməsi, sistemə alınması və təsviri 

işində də A. Bakıxanovun elmi fəaliyyətə başlamasından  müəyyən mərhələ olmuşdur.  

 

Azərbaycanda zadəgan-mülkədar tarixşünaslığının görkəmli nümayəndəsi: 

 

      Azərbaycan zadəgan-mülkədar tarixşünaslığının ən görkəmli nümayəndəsi 

Bakıxanovdur. Onun “Gülüstani –İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığı yeni yüksək 

bir mərhələyə qədəm qoymuşdur. A. Bakıxanovun Azərbaycan tarixşünaslığına gətirdiyi 

yeniliyin iki səciyyəvi xüsusiyyəti vardır.  

1-ci: Azərbaycan tarixi anlayışında müəllifin irəli sürdüyu konsepsiya; 

2-ci: Qəbul etdiyi tədqiq üsulunun yeniliyi.

 

       



 

      Bakıxanov tarixin nədən ibarət olduğunu, onun əhəmiyyətini xarakterizə edərək 

yazırdı: Tarix “insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini 

öyrədir. Buna görə onu mənəvi elmlərin nailiyyətlərindən hesab edib demək olar ki, bütün 

Adəm övladı onun əmrlərinə boyun əyməlidir... Tarix elə bir danışmayan natiqdir ki, 

sələflərin vəsiyyətini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah 

səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır”. 

Tarixi hadisələrin izahında, xalqların bir yerdən digər yerə köçməsinin şərhində A. 

Bakıxanov toponimikadan da böyük bir məharətlə istifadə etmişdir. Azərbaycan 

tarixşünaslığında ilk dəfə olaraq tarixi hadisələrin şərhində dilçiliyi yardıma çağırıb, dil 

materiallarına müraciət etmişdir. Bakıxanovun Azərbaycan tarixşünaslığına gətirdiyi 

yeniliklərdən biri də Azərbaycan tarixinin dövrləşdirilməsidir. İlk dəfə Azərbaycan tarixini 

dövrlərə bölmək şərəfi A.Bakıxanova nəsib olmuşdur. Bu gün üçün köhnəlmiş olan bu 

dövrləşdirmə o zamankı  Azəbaycan tarixşünaslığında böyük elmi əhəmiyyətə malik ilk 

təşəbbüs idi. 1841-ci ildə A.Bakıxanov “Gülüstani-İrəm”in  rus dilinə tərcümə olunmasına 

çalışır. 1846-cı ildə o, “Gülüstani-İrəm əsasında “Nadir şahın Dağıstan səfəri” adlı bir 

məqalə dərc etdirməyə müvəffəq olur. “Gülüstani-İrəm” ilk dəfə olaraq Azərbaycanda 

Sovet hakimiyyəti qurulduqdan sonra, 1926-cı ildə rus dilində və 1951-ci ildə Azərbaycan 

dilində çap olunmuşdur. Bakıxanovun  “Gülüstani-İrəm” əsəri Azərbaycan 

tarixşünaslığının ən mühüm əsərlərindəndir. 

 

Abbasqulu ağa Bakıxanovun əsərləri: 

 

• “Gülüstani-İrəm”-Şirvan və Dağıstan tarixidir. 1841-ci ildə farsca yazılmışdır. Bir 

müqəddimə  və beş fəsildən ibarət olan bu əsər Dağıstan və Şirvan barəsində coğrafi və 

etnoqrafik baxımdan məlumat verir.  

• “Riyazül-Qüds” –Kərbəla faciəsi ətrafında yazılmış və Füzulinin “Hədiqətüssüəda”-sına 

türkcə nəzirədir. 1821-ci ildə, yəni Bakıxanov fərhəngi təsiri altında ikən yazmışdır.  



• “Qanuni-Qüdsi”- Fars dilinin qrammatikasına aid olan bu əsər müəllif tərəfindən 

ruscaya tərcümə edilmiş və imperator birinci Nikolaya təqdim edilərək onun əmri ilə hər 

iki dildə Tiflisdə çap olunmuşdur. Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik, 

lakin dərin məzmunlu girişindən, "Hərflər", "Kəlmələr" və "Cümlə" adları altında ayrı-ayrı 

üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə 

münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın 

elmi izahat verir. Həmin girişdən yenə aydın görünür ki, müasir dilçilik elminin tələbləri 

nöqteyi-nəzərindən çıxış edən alim bu əsərini yazarkən fars dilinin qanunlarını kitablardan 

deyil, canlı danışıq dilindən öyrənmişdir. 

• “Kəşfül-qərayib”- Amerikanın kəşfinə və əhvalına aid bir risalədir. Xristofor Kolumbun 

(1451-1506) başına gələn əhvalatlar, o zamankı Amerika ərazisində yaşayan qəbilələrin 

ənənə və mərasimlərindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitindən geniş bəhs 

edilir. Əsər sadə xalq dilində qələmə alındığından maraqla oxunur və tarixi oçerk təsiri 

bağışlayır. 

• “Təhzibül-əxlaq”-Yunan,İslam və Avropa müəlliflərindən istifadə edilərək yazılmış 

əxlaqi risalədir. Bu risalədə bəhs edilən məsələlərdən biri də elm ilə əməlin və ya 

nəzəriyyə ilə təcrübənin münasibəti məsələsidir.  

• “Eynül-mizan” -ərəbcə məntiq risalədir.  

• “Əsrarül-mələkut”- Bakıxanov nücum elminə aid olan bu əsəri farsca yazmış və 

ərəbcəyə tərcümə etmiş və əlavə etdiyi bir müqəddimə ilə Məkkə səfərində İstanbulda 

Sultan Əbdülməcidə təqdim etmişdir. Türkcə tərcüməsi hicri 1265-ci ildə İstanbulda çap 

olunmuşdur. Bu əsər onun yazmaq niyyətində olduğu “Umumi coğrafiya” əsərinin riyazi 

hissəsini təşkil edir.  

•“Mişkatül-ənvar”- bəzi əxlaqi hekayələrdən ibarət farsca mənzum bir əsərdir. 

• “Nəsihətnamə” -1827-ci ildə uşaqlar üçün yazılmışdır. Dili sadə və türkçədir.   

  • “Kitabi-Əsgəriyyə” – Quba əhalisindən dəmirçi oğlu Əsgər adlı gəncin hekayəsidir. 

Nəzm və nəsrlə yazılan bu əsərin azəri nəşrinin inkişafında əhəmiyyətli bir yeri vardır. 

 “Ümumi coğrafiya” əsərində Bakıxanovun astronomik və kosmoqrafik baxışları ətraflı 

şərh olunmuşdur.  Bu əsər bizə gəlib çatmamışdır.  

 

 

Bakıxanovun astronomik əsərləri 



 

• “Əsrarül-mələkut”əsəri - 3 fəsildən ibarətdir: 

1-ci fəsil- “Yerin vəziyyəti”- “Yerin hərəkəti haqqında”, “Dünyanın qütbləri və oxu 

haqqında, üfüq haqqında” 



2-ci fəsil-“Səma cisimləri” 

3-cü fəsil- “Kepler qanunu və Nyutonun ümumdünya cazibə qanunun şərhinə həsr 

edilmişdir.  

    • “Ümumi coğrafiya” 

 

 



 

 

 



 

 


 

 

Mənzum hekayələr: 



 

       Bu hekayələrində xalq nağılı sujetindən istifadə edərək ağıllı hakim surəti yaratmaq 

istəmişdir. O, hekayəsinin sonunda yazır: 

Nə yaxşı olardı hər ölkədə, ah, 

   

 

 



 

     Olaydı belə bir vəzir ilə şah. 

 

• “Hind əfsanəsi” 

 •Hikmət fəziləti” 

• “Qarı və Harun” 

• “Uşaq və günəş” 

•Ümidin boşa çıxması”   

Alleqorik əsərləri 

• “Yersiz iftixar” 

• “Qurd və ilbiz” 

• “Tülkü və qoyun” 

• “Eşşək və bülbül”-Krılovdan tərcümə 

 

 

 

 

A.

 

Bakıxanovun 25 ilə qədər davam edən 

səyahət dövrü 

 

Səfər sənə tanıdar bu dünyanı, 

Öyrədər o sənə elmü ürfanı. 

Yadındamı Rum elində, İranda, 

Bir düşkünlük görmüşdün hər insanda. 

 

    A.Bakıxanov ilk dəfə səyahətə 1819-cu ildə öz doğma vətənindən Tiflisə gedərkən 

etmişdir. Ehtimal olunan ən düzgün marşurut aşağıdakını hesab etmək olar. 25 ilə qədər 

davam edən səyahət dövrü belə başlayır: 



1820-ci ildə iki yürüş – Birinci yürüş  Dağıstan və Azərbaycan.  

Ikinci yürüşün marşurutu: Tiflis, Qurbani, Qarayazı düzənliyi, Qazax, Ağstafa, Tovuz, 

Şamxor, Gəncə, Yevlax, Şirvan çölü, Şamaxı və s.  

 1824-cü il rus ordusunun Qafqaz xətti üzrə olan yürüşündə-Şimali Qafqaz və 

Zaqafqaziyada olmuşdur.  



1826-1829-cu il Rusiya-İran müharibəsi zamanı 4 aydan artıq cənubi Azərbaycanda 

olmuş, 1828-1829-cu il Rusiya-Türkiyə müharibəsi zamanı-Türkiyə şəhərlərindən –

Ərzurum, Bəyazit və s. şəhərlərdə olmuşdur.  

 

 

 

 

 


 

 

 

 Bakıxanovun səyahət marşurutu: 

 

 

 

1829-cu ilin payızında –Bakıxanov Tiflisdən Qubaya gəlir. 



1831-ci ildə Şimali Dağıstana olan hərbi yürüşdə iştirak edir. 

1833-cü ilin yayında-Rusiyanın mərkəzinə yola düşmək qərarına gəlir. Lakin onun yolu 

əvvəl Polşaya düşür.  



1834-cü ilin mayında Varşavadan Peterburqa yola düşür.  

1845-ci ildə Qubadan Tiflisə gəlir, O, Şərqdə olan səyahətini rəsmi şəkildə qeydə alırdı.  

1846-cı ilin mart ayında Qubadan İrana: 

 

Quba



 

 

 



 

 

 



 

 

 1846-cı ilin aprelində Tehrana gəlir. 

Abasqulu ağa Bakıxanovun fikri Tehrandan Bağdada, oradan Məkkəyə  

 

getmək idi. Laki Bakıxanovun marşurutunda dəyişiklik edilir. O, yenidən  



 

 

 

 

 

 

Quba



→Bakı→Salyan

→Lənkaran→Astara→

Ərdəbil 

Təbriz→

 

Ərzurum



Tranezonda  

(Trabzon)

 


 

 

 

Təbriz→Ərzurum→Tranezonda (Trabzon) gedir. 1846-cı ilin dekabrında Məkkəyə 

gəlir. 


 

A.

 

Bakıxanovun müdrik sözləri: 

 

 “Təvəzökarlıq insanın mənəvi cəhətcə təkmilləşməsinə kömək edir” 

İnsaf elə bir aynadır ki, insan öz işlərinin yaxşı və yamanını onda görə bilər” 

 “Bədbəxt o adama deyərlər ki,  başqasına yaxşılıq etməyi bacardığı halda, etməsin... 

 “Hər kəs mal-dövlət və cah-calalı sevirsə, o çox müqəyyədir, onunla dostluq yaramaz, 

çünki o həmişə öz xeyrinə və başqasının zərəinə çalışacaqdır” 



 “Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qurbanı edər” 

 “Gözü ac və həris adam həmişə şikayət edib, dərdli olar” 

Zülm, həsəd, hiylə ilə bu dünyada iş aşmaz” 

Paxıllıq insanın qəlb rahatlığını pozan can odudur” 

 

Günahkarın haqqında vasitəçilik etmək, ümumi asayişi pozan ən pis hərəkətdir”



 

Zehnin itiliyi fəsad və puç xəyalara qapılarsa, axmaqlığa çevrilər” 

 “Gözlü o adamdır ki, özünü görə bilsin” 

 “Qənaət puç olmaz, əbədi dövlət və sabit nemətdir” 

 “Vay o dirinin halına ki, ölü nəcabəti ilə fəxr edir” 

 “İnsaf qəlbin incəliyindən doğduğu üçün insaflı adam daşürəkli ola bilməz və ayağını 

etidal cızığından kənara qoymaz. 



 

Filmoqrafiya 

 

Səbuhi (film, 1941) 

Sonuncu orden (film, 2002) 

Əhməd Bakıxanov (film, 2003) 

Qüdsi (film, 2007) 

Daşdan tikilmiş şəhər (film, 2008) 

Sübhün səfiri (film, 2012) 

 

Kitabxanalarda təbliği 



 

A.A. Bakıxanovun 220 illik yubileyi ilə bağlı kitbxanalarda silsilə tədbirlər planı işlənib 

hazırlanmalı və həyata keçirilməlidir.  Əyani təbliğat formalarından biri də kitabxanalarda 

kitab sərgilərinin təşkilidir. Kitab sərgisi üçün adətən oxucuları maraqlandıran ən qiymətli 

ədəbiyyat seçilir.  İlk öncə A.A. Bakıxanovun kitablarından ibarət sərgi təşkil edilməli. 

Sərginin ümumi başlığı və yarımbaşlıq, tövsiyə olunan ədəbiyyat, sitat və şəkil. Bu başlıq 

qısa və aydın olmalıdır: Sərginin qurluşu aşğıdakı kimi ola bilər:  

“Kitab sərgisinin təxmini sxemini veririk. 

 



 



 

               

 

 

 



 

 

220 



              2                       

                              

  4                                       

                                    

  

 



 



1.

 

Başlıq:  

“A. Bakıxanov-220”, “Elmi fikir tarixinin görkəmli nümayəndəsi”, “Diyari – nəzmi-şeirə 

padişah”, “Görkəmli marifçi”, “Görkəmli elm xadimi”, “Şeir aləminin padşahı” , 

“Maarifpərvər dövlət xadimi”  və s. 

2.

 

A. Bakıxanovun şəkli. 



3.

 

A.Bakıxanovun seçilmiş əsərləri. 

 Sərgidə veriləcək sitatlar: 

 “Hər bir xalqın kеçmiş olduğu həyat yolunda  yaranmış müsbət mədəniyyət, ədəbiyyat 

zəminindən kənarda hеç bir  ədəbiyyat, kitab yarana bilməz” 

                                                                                         A.Bakıxanov  



4.

 

Haqqında kitablarda: 



5.

 

 Haqqında dövrü mətbuatda: 

      A.A. Bakıxanov  yaradıcılığını təbliğ etmək, inkişaf etdirmək  məqsədilə  tədbir 

formalarından: şifahi məlumatlandırma, biblioqrafik xülasə,  ədəbi-bədii gecə,  oxucu 

konfransı və s.  istifadə etmək olar. Kitabxanada A.Bakıxanov  günləri elan etmək daha 

məqsədəuyğundur.  Və gün ərzində daxil olan oxucuları A. Bakıxanov yaradıcılığını əhatə 

edən kitablarla tanış etmək təbliğatın ən yaxşı formalarından biridir

.  


Oxucu konfransı da 

böyük marağa səbəb olan tədbir formalarından biridir. Belə tədbir formalarını təşkil etmək 

üçün kitabxanaçı əvvəlcədən ayrıca proqram təşkil etməlidir. Proqramda keçirləcək 

tədbirin adını, giriş sözü və eləcə də çıxış edəcək başqa şəxslərin adı göstərilməlidir. 

Bütün bunlarla yanaşı tədbirin harada, nə vaxt keçiiləcəyi də qeyd edilməlidir.  

 

 Oxucu konfransını: 



 

1.“Bakıxanov  astronom kimi” 

 

2.Azərbaycanda zadəgan-mülkədar tarixşünaslığının  görkəmli nümayəndəsi” 

3. Azərbaycanda maarifçilik fəlsəfəsi 

4. Elmi fəaliyyəti və pedaqoji xidmətləri  və s. mövzular ətrafında keçirmək olar.  

    Bakıxanov yaradıcılığının uşaq kitabxanalarında da təbliğinə önəm vermək lazımdır. 

Belə ki, A. Bakıxanov  uşaqları da yaddan çıxarmamış: Məsələn: Bakıxanovun alleqorik 

əsərləri əsasında təmsil saatı təşkil etmək olar.  



Təmsil saatı - kiçik yaşlı oxucular  I-III sinif şagirdləri üçün təşkil olunmalıdır.  Bu tədbir  

zamanı  A. Bakıxanovun  “Tülkü və qoyun”, “Qurd və ilbiz” təmsilləri əsasında, eyni 

zamanda səhnəcik də təşkil etmək olar. Uşaq kitabxanalarında ucadan oxu, səhərcik, 

viktorina, portret axşamı keçirsək  Bakıxanov yaradıcılığını daha mükəmməl təbliğ etmiş 

olarıq.  

“A. A. Bakıxanov-220” adlı portret axşamı  uşaq kitabxanalarında maraqla qarşılana 

bilər. Bu tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında oxucular məlumatlandırılır. 

Bakıxanovu  eyni zamanda tarixçi, hüquqşünas, elm adamı kimi təbliğ etmək olar.  

Həmçinin A. Bakıxanovun  həyat və yaradıcılığını əhatə edən suallar əsasında sual-cavab 

gecəsi  tərtib oluna bilər.  

Sual –cavab gecəsi: 


1. Sual: Bakıxanov  Günəşin hərəkət etdiyini hansı əsərində elmi əsaslarla sübut etmişdir?

 

Cavab: Əsrarül-mələkut” əsərində yazırdı: Günəşin tacı üzərində görünən ləkələr əsasında 

yəqin etmək olar ki, o, hərəkət edir. 

2. Sual: Bakıxanov dünyanın oxu dedikdə nə nəzərdə  tutulur? 



  Cavab: “Şimal qütbü” və “Cənub qütbü” nöqtələrini birləşdirən xətt “dünya oxu” 

adlanır.  

3. Sual:“Mişkatül-ənvar” əsəri hansı janrda yazılmışdır? 

   Cavab: Bu əsər poemadır. 

4. Sual: A. Bakıxanovun hansı əsəri uşaqlara fars dilini sadə dildə öyrətmək məqsədilə  

yazılmışdır?  



Cavab:  “Qanuni-Qüdsi” əsəri 

5.Sual:  A. Bakıxanovun hansı əsəri Azərbaycan xalqının təfəkkür tarixində, habelə 

dünyagörüşünün təkmilləşməsində böyük rol oynamışdır?  

Cavab:  Ərəb dilində yazdığı “Əsrarül-Mələkut” əsəri. 

6.Sual: Mənzum əsərləri hansılardır?  



Cavab: “Hind əfsanəsi”, Hikmət fəziləti”,“Qarı və Harun”,“Uşaq və günəş”, “Ümidin 

boşa çıxması”.  

7.Sual: Bakıxanov hansı alleqorik əsəri tərcümə etmişdir? 

Cavab: Krılovdan “Eşşək və bülbül” təmsilini 

A.

 



Bakıxanov yaradıcılığının kitabxanalarda  təbliğat formalarından biri də ədəbi-bədii 

gecədir.  



Ədəbi-bədii gecə iki hissəyə bölünür. Tədbirin birinci hissəsində ədəbi mövzu və onun 

müəllifi haqqında rəsmi çıxışlar olmalı və məlumatlar verilməlidir. Ədəbi-bədii gecənin 

ikinci hissəsində tədbirin mövzusu ilə bağlı şeir, bədii qiraət, şeirlərə həsr olunmuş 

mahnılar səslənir və səhnəciklər göstərilir.  Bu tədbirdə A.Bakıxanovun  həyat və 

yaradıcılığını əhatə edən sərgi də olmalıdır.  Ədəbi-bədii gecənin ssenarisi yazılmalıdır. 

Keçiriləcək ədəbi-bədii gecələrin başlıqları müxtəlif cür ola bilər. Məsələn:  



“Görkəmli elm xadimi”,  “Elmi fikir tarixinin görkəmli nümayəndəsi”, “Diyari – 

nəzmi-şeirə padişah”, “Görkəmli maarifçi”,  “Şeir aləminin padşahı” və s.  

 

 

Ssenari: 

 

Aparıcılar səhnəyə daxil olur 

 

I ap: Salam hörmətli qonaqlar, əziz tədbir iştirakşıları! 

    Bu gün  ensiklopedik biliyə malik, elmi və ədəbi fikir tarixində müstəsna xidmətləri 

olan bir sənətkardan söhbət açacağıq.  

II  ap:  Bakı xanlarının nəslindən olub, Azərbaycan tarixində özünün xüsusi dəsti xətti, 

imzası olan,  ictiami-siyasi fikirləri ilə milləti maariflənməyə çağıran görkəmli elm 

xadimi, tarixçi, görkəmli maarifçi  A. Bakıxanovun 220 illik yubileyinə həsr olunub bu 

günkü tədbir.    



II ap:  A. Bakıxanov öz  elmi və ədəbi əsərlərində tərbiyə və təhsil məsələlərinə çox  geniş 

yer vermişdir. Onun  elmi və ədəbi əsərlərinin  demək olar ki, hər birində gənc nəslin 

əxlaqi tərbiyəsindən və əxlaq normalarından bəhs edilir. 

 

Səhnədə Bakıxanovun nəsihətamiz sözləri səslənir: 



 

 “Hər kəs mal-dövlət və cah-calalı

 

sevirsə, o çox müqəyyədir, onunla dostluq yaramaz, 



çünki o həmişə öz xeyrinə və başqasının zərərinə

 

çalışacaqdır” 



“Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qurbanı edər” 

“Gözü ac və həris adam həmişə şikayət edib, dərdli olar” 

Zülm, həsəd, hiylə ilə b dünyada iş aşmaz” 

Paxıllıq insanın qəlb rahatlığını pozan can odudur” 

“Günahkarın haqqında  vasitəçilik etmək, ümumi asayişi pozan ən pis hərəkətdir” 

Zehnin itiliyi fəsad və puç xəyalara qapılarsa, axmaqlığa çevrilər” 

“Gözlü o adamdır ki, özünü görə bilsin” və s.  

I ap: A. Bakıxanov istedadlı şair olmaqla bərabər böyük bir alim və mütəfəkkirdir. Rus-

İran müharibəsi illərində (1826-1828) Bakıxanov hərbi xidməti münasibətilə Təbrizə gəlir. 

Və orada gördüyü cəhalət və fanatizmin , zülm və təzyiqin hüdudsuz ağırlığı onu narahat 

etmiş və bu təsir altında “Təbriz əhlinə xitab” şeirini söyləmişdir.  



Oxucunun ifasında A. Bakıxanovun  şeiri səslənir. 

 

II ap: A. Bakıxanovun lirik əsərlərinin əksəriyyəti, xüsusilə qəzəlləri əsas etibarı ilə azad 

eşqi tərənnüm edir, lakin elə qəzəlləri də vardır ki, onlar siyasi mövzulara həsr olunmuş, 

dövrün ictimai vəziyyətini və şairin dövrdən şikayət səciyyəli etirazlarını ifadə edir. 

  

Şairin  qəzəllərindən biri səslənir.  



 

I ap: Öz vətənini iftixar hissi ilə sevən Bakıxanov yazır:  

                                         Ey Qüdsi gözəldir öz məskənin, 

Hər bir yerdən xoşdur sənin vətənin. 

I Iap: A. Bakıxanov  xalqlar arasında qarşılıqlı mədəni əlaqələrin getdikcə genişlənməsinə 

böyük əhəmiyyət vermişdir. Təsadüfi deyildir ki, bu meyl M. F. Axundov, S. Ə. Şirvani, 

A. Səhhət  və başqa klassiklərin əsərlərində daha da güclənmişdir. Bakıxanov 

yaradıcılığındakı ziddiyyətlərə baxmayaraq, mütərəqqi yol tutmuş və həmişə xalqın 

tərəfində olmuşdur. O deyir: 

Hər kəs həqdən əl üzə, hərgiz qovuşmaz xəlqə o, 

Xəlq ilə birləşsə olmaz heç zman həqdən kənar. 

I ap: A. Bakıxanov tüfeyli həyat sürən adamları ifşa edib, onları cəmiyyətin yaraları, 

namuslu əməyi isə səadətin açarı hesab edir. 

Əməksiz, bil, bu aləmdə iş aşmaz, ruzi bəxş olmaz, 

Bizimdir hər əməl, hər iş, bizə bunlar müyəssər edir. 



II ap: Şair yeri gəldikcə riyakar din xadimlərini də ifşa etməkdən çəkinməmişdir. O yazır:  

Məsciddə xudnümalıq adət olmuş hər kəsə . 

Təkəbbürlə öyünmək qəribə bir halətdir. 

Özgənin  zərərində axtarar öz xeyrini, 

Alçaqlıq və rəzalət onlara bir adətdir. 

Hanı özündən keçib millətə xidmət edən, 

Kimin işi göstərin, vətəninə xidmətdir? 

I ap: Düzgünlüyü, haqqı öz əsərində əsas tutan sənətkarın “Yersiz minnət qoymaq” 

məzum hekayəsi səhnələşdirilmiş formada sizlərə təqdim olunacaq. Bu mənzum hekayədə 

savadsız həkimlər tənqid olunur. 


 

Səhnəcik  ifa olunur 

 

Eşitdim pul verib yələbə səhər 

Bir xəstə üstünə dəvət etdilər. 

Xəstənin qüvvəti getmişdi tamam. 

Hərarət içində yanırdı müdam. 

Qürurla sorurdu kef, əhval,  

Xəstəyə verdi o bir neçə sual. 

Nəhayət, guya ki, tapdı dərdi, 

Xəstədən qan almaq əmrini verdi. 

Yazığın qolundan alındıqda qan, 

Qanıyla bərabər axıb getdi can. 

 

II ap:  Əziz dostlar, Bakıxanovun çox ibrətamz nəsihətləri var ki, onlardan  bəzilərini 

məhz  uşaqlara ünvanlamışdı.   Gəlin bu nəsihətlərin səhnələşdirilmiş variantını  oxucunun 

ifasında  dinləyək: 

 

Pərdə arxasından  gələn səs: 

 

Uşaqlara üz tutub deyirəm: 

    Ey mənim əzizim! Sən insansan. İnsan dünyada hər şeydən üstün yaranmışdır. İnsanlar 

arasında  hər kəs çox bilikli və iş bilən olsa, həmişə hörmətli olar. Onlar həyatda təcrübəli 

və qabiliyyətli olmuşlar. Belə adamların sözləri bizə nəsihətdir... 

-Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyüksə ona hörmət elə ta ki, səndən kiçiklər də 

sənə hörmət etsinılər... 

-Hər kəsi görən zaman ona

 

salam ver. Əgər o sənə bir söz desə ədəb və təvazölə ona cavab 



ver ki, hamı səni sevsin. 

-Elə adamlarla otur –dur ki, böyüklər onları yaxşı hesab edirlər.. 

-Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xüsusiyyətini bilsə doğru sözünə də 

inanmaz.  

-Tənbəllikdən qorx  ki, bütün eyblərdən daha pisdir. Çünki, bu dünyada heç şey izsiz 

deyildir.  

-Hər kəsin pisliyini başqasına söyləmə. Çünki əgər o şəxs sənə düşməndirsə bu sözləri 

həmin adama çatdırar. Əgər dostdursa sənin haqqında pis fikrə düşər.  



II ap: A.Bakıxanov gələcək nəsillərin inkişaf və tərəqqisi üçün çalışan, öz əməyi ilə 

onlara bir mənəvi yadigar qoyub gеdən şəxsləri xoşbəxt hеsab  еdirdi.  



I ap: A.Bakıxanov kitabları insanlara doğru yol göstərən, onlara inkişaf  yolunu göstərən 

bir vasitə hеsab еdir. O göstərir ki, gözəl qələmi olan sənətkarların borcu kеçmişdə baş 

vеrən hadisələrin nəticələrini ümumiləşdirərək gələcək nəslə yadigar qoymaq üçün 

kitablar yazmaqdır.  



II ap: Həmin fikirlər belə ifadə olunmuşdur: 

 Gözəl əsərlər yazan sənətkarın qələmi,  

Əski rəsm və ayindən yеni bir tərh yaratmazsa, 

Kеçmişlərdən kim bir nişan və xəbər vеrə bilər, 

Və kim gələcək nəslə yadigar olaraq bir töhfə  

qoya bilər? 



I ap: A. Bakıxanovu müasir bədii nəsrimizin banisi adlandırmaq olar. O, klassik 

Azərbaycan poeziyasının və əruzun bütün incəliklərini bilmiş və öz şeirlərində Xaqani, 

Nizami, Füzuli ədəbi məktəbinin ən müqtədir davamçılarından biri olmuşdur və olaraq 

qalacaq. 



Son 

 

 

 

 

 

İstifadə olunmuş ədəbiyyat: 

 

     

www.google.az

 

 

1.Qılman İlkin 

Şəxsiyyət. B. “Şur” nəşriyyatı, 1995, 176 səh. 

2.Qara Namazov  

Azərbaycan uşaq ədəbiyyatı. Ali məktəblər üçün dərslik. Bakı. BDU, 2007, 444 s. 

3.Azərbaycan ədəbiyyatına bir baxış. B. Yazıçı. 1993-176 s. 

4.Əli Hüseynzadə 

XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı. Elmlər Akademiyası, 1967. 

5.Kərəmov N.K 

Odlar yurdunun səyyah və coğrafiyaşünasları (X-XIX əsrlər) –B. Azərnəşr, 1984. 206 s. 

6.Məlikova M.F. Bayramov E.R. 

Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi. (oçerklər) -- B.Maarif. 1984 

7.Vəliyev 

Azərbaycan iqtisadi fikir tarixi. B. Azərnəşr. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Tərtib edən:  MBŞ-nin metodisti Axundzadə Natəvan 



 

Redaktor:  Elmi katib Qasımova Pərvanə 



 

Document Outline

  • 4. Elmi fəaliyyəti və pedaqoji xidmətləri  və s. mövzular ətrafında keçirmək olar. 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə