PUA sistemlərinin inkişafında süni intellektin tətbiqi
Son illərin müharibə və silahlı münaqişə təcrübəsi göstərir ki, setesentrik müharibə konsepsiyasına uyğun aparılann mühasir döyüş əməliyyatları aşağıdakı xüsusiyyətləri ilə fərqlənir: döyüş əməliyyatlarının aparılmasının qeyri ənənəvi formalarından istifadə edilməsi; tətbiq edilən silahların dəqiqliyinin və hədəfseçmə imkanlarının artırılması; informasiya qarşıdurmasına daha çox üstünlük verilməsi; kompüter modelləşdirilməsinin, yeni idarəetmə və kəşfiyyat sistemlərinin tətbiqi. Bu xüsusiyyətlərdən qaynaqlanaraq, silah və texnikanın ümumi texnoloji inkişaf tendensiyası kimi süni intellekt texnologiyalarından istifadəni, silah sistemlərinin miniatürləşdirilməsini (həcminin və çəkisinin kiçildilməsi) və enerji sərfinin azaldılmasını, onların çoxfunsionallığı və avtonomluğunun artırılmasını, eləcə də təchizatının asanlaşdırılmasını göstərmək olar [1].
Bir çox hərbi ekspertlərin və xarici mütəxəssislərin rəyinə görə yuxarıda göstərilən istiqamətləri özündə cəmləşdirən daha çox perspektiv silah və hərbi texnika növləri hərbi təyinatlı pilotsuz (ekipajsız) sistemlər və robot texnikası olacaqdır [1]. Bu halda güman edilir ki, süni intellekt və robot texnikasının genişmiqyaslı tətbiqi döyüş əməliyyatlarının aparılması üsullarını və perspektiv silah sistemlərinin texniki göstəricilərini dəyişəcək, onların tətbiqi effektivliyini artıracaq, eləcə də şəxsi heyətin itkilərini minimuma endirəcək.
2000-ci illərdə dördüncü texnologiya inqilabının başlanması ilə Sİ sahəsində dövlət proqramlarının maliyyələşdirilməsi kəskin artmışdır. Alimlərin fikrincə, dördüncü texnologiya inqilabı insanlıq tarixində yeni dövrün başlanğıcıdır və bu dövr fiziki, rəqəmsal və bioloji sahələrdəki fərqlərin silinməsi ilə xarakterizə olunur. Gələcəkdə biotexnologiyalar, süni intellekt, robot texnikası, nanotexnologiyalar və bu kimi digər sahələrdə baş verən texnoloji sıçrayış və onların sinergetik effekti insan fəaliyyətinin, praktiki olaraq, bütün formalarını dəyişəcəkdir [5].
Son beş ildə bir sıra ölkələr qabaqcıl süni intellektlə əlaqədə öz silah sistemlərinin effektivliyini artırmaq məqsədilə böyük investisiyalar yatırmaqda davam edirlər. Xarici KİV-lərin məlumatına görə, 40-a yaxın ölkədə insan iştırakı olmadan döyüşəbilən robot texnikasının hazırlanması istiqamətində işlər aparılır [6]. Bir çox proqramlar birgə layihələr əsasında reallaşdırılır. Təhlilər göstərir ki, Sİ əsaslı silah sistemləri və kompekslərinin işlənməsi, yaradılması və inkişaf etdirilməsi üzrə ABŞ, Çin, Rusiya, Cənubi Koreya və Avropa İttifaqı (Aİ) ilk sıradadır [7].
Müdafiə büdcəsi Çin, Rusiya, Cənubi Koreya və 28 Aİ üzv dövlətlərinin hərbi xərclərini üstələyən ABŞ Sİ-li silah sistemlərinin inkişafında dünya lideridir. Belə ki, ABŞ-ın süni intellekt industriyası ildə bir neçə milyon dollardan (19801988) bir neçə milyard dollara qədər artmışdır [8]. 2003-cü ildə İraqa girən ABŞ Silahlı Qüvvələri tərkibində 100-dən az PUA olduğu halda, 2009-cu ildə onların sayı 5300, 2013-cü ildə isə artıq 7000-dən çox olmuşdur. Süni intellektin hərbi potensialının tədqiqi fəaliyyətinə ABŞ-ın çoxsaylı hərbi və kəşfiyyat strukturları qatılmışdır.
ABŞ-ın texnologiya üzrə liderliyinə Çini təhlükəli rəqib hesab edir. Vaşinqtonda narahatlıqla qeyd edilir ki, Pekinin diqqət mərkəzi daima “informasiya” silahlanma sistemlərindən “ağıllı” silah sistemlərinə tərəf dəyişir. Amerikalılar belə sistemlərə kosmosda yerləşən silah sistemlərini, PUA-ları, istiqamətləndirilmiş enerji silahlarını, elektromaqnit topları, eləcə də fərdi tuşlama blokları olan bölünəbilən başlıqlı raket sistemlərini aid edirlər [9].
Rus mütəxəssislərinin fikrincə, Çinin həm mülki, həm də hərbi texnologiyalarının təhlili ABŞ və Çin arasında süni intellekt texnologiyalarının inkişafı üzrə nisbətin bərabər olduğunu göstərir [10].
Sİ-nin ən inadlı tərəfdarı kimi Rusiya bu silahlanma yarışında dünya liderlərindən biridir. Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bildirmişdir ki, Sİ sahəsində lider olan hər kəs “dünyanın hökmdarı olacaq”. Lakin Rusiyanın Sİ-yə yatırdığı sərmayənin həcmi çox azdır. Belə ki, Rusiyanın Sİ üçün ayrılmış daxili hərbi xərcləri ildə 12,5 milyon dollar dəyərindədir. Bu da ABŞ Ordusu üçün açıq mənbələrdə verilən Sİ büdcəsinin yalnız 0,01 faizini təşkil edir [11,12].
Dostları ilə paylaş: |