SüNİ İntellektli Pİlotsuz uçUŞ aparatlarinin iNKİŞaf aspektləRi


Vətən müharibəsində PUA-ların tətbiqinin bəzi aspektləri



Yüklə 273,71 Kb.
səhifə5/6
tarix03.03.2022
ölçüsü273,71 Kb.
#53334
növüXülasə
1   2   3   4   5   6
PUA SUNİ İNTELLEKT 30082021

Vətən müharibəsində PUA-ların tətbiqinin bəzi aspektləri
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dünya ölkələrinin pilotsuz texnikanın, xüsusilə PUA-ların inkişafına və təkmilləşdirilməsinə olan marağı daha da güclənmişdir. Bir çox inkişaf etmiş ölkələrdə bu texnika artıq bir neçə onilliklər ərzində döyüş tapşırıqlarının icrasında istifadə edilməsinə baxmayaraq, Türkiyə istehsalı olan PUA-ların Ermənistan ordusunun silah və hərbi texnikasının, eləcə də canlı qüvvələrinin darmadağın edilməsində oynadığı rol xarici ölkə ordularının diqqətini özünə cəmləmiş oldu. Müharibədən sonrakı dövrdə ABŞ, Almaniya və bir çox digər NATO ölkələrinin hərbi təyinatlı strateji tədqiqat mərkəzləri tərəfindən Azərbaycan Ordusunun PUA-ların tətbiqi ilə keçirilən əməliyyatlarının araşdırılmasına başlanılmışdır. 44 günluk müharibənin təcrübəsini təhlil etmək üçün NATO-nun Berlində təşkil etdiyi fövqəladə və məxfi toplantı, bu toplantıya Pentaqonun yuksəkvəzifəli şəxslərinin qorunan internet kanallari üzərindən online qatılması bunu bir daha sübut edir [26,27]. Xarici hərbi ekspertlərin fikrincə, “Ermənistanla Azərbaycan arasında baş veran İkinci Qarabağ muharibəsi tarixdə dronla qazanilmiş ilk muharibədir” [27,28].

Hərbi ekspertlər qeyd edirlər ki, müharibə və silahlı münaqişələrin nəticələrinin tədqiqi gələcəkdə ölkənin müdafiə xərclərinin istiqamətlərini müəyyənləşdirib əsaslandırmağa xidmət edir. Bu baxımdan hazırda Ermənistan-Azərbaycan muharibəsi dərindən təhlil edilir və müxtəlif aspektlərdən qiymətləndirilir []. Hərbi ekspertlərin fikrincə, Avropanın əksər ölkələrinin orduları Ermənistanın düşdüyü acınacaqlı vəziyyətə düşməmək üçün bu müharibənin nəticələrindən dərs götürməlidirlər.AAAAAA

Vətən müharibəsi təkcə yüksək texnologiyalar əsasında hazırlanmış silahların tətbiqi ilə fərqlənmir. Bu müharibədə PUA-ların kəşfiyyat, atəşlə zərərvurma, eləcə də raket və artilleriya zərbələrinin yönləndirilməsi və birbaşa zərbə vasitəsi kimi istifadə edilməsi döyüş taktikasının dəyişməsinə səbəb olmuş, hərb sənətində genişmiqyaslı müharibələrin aparılması baxımından unikal bir yeniliyin əsasını qoymuşdur. Belə ki, Azərbaycan Ordusunun PUA-ları tətbiq etməklə istifadə etdiyi döyüş taktikası lokal silahlı münaqişələrədə istifadə edilən taktikadan xeyli fərqlənir. Bu fərq özünü müharibənin miqyasında, qarşı tərəflərin döyüş potensialında, həm də döyüşlərin dağlıq ərazidə, çətin relyef şəraitində aparılmasında göstərmişdir. Dağlıq ərazidə, relyef profilinin kəskin dəyişməsi şəraitində düşmən tərəfin canlı qüvvələrinin və döyüş texnikasının yerini təyin etmək çətinləşir, düşmən haqqında informasiyada qeyri-müəyyənlik yaranır. Bu, döyüş əməliyyatlarının planlaşdırılmasında, atəş nöqtələrinin təyin edilməsində, kəşfiyyatın aparılmasında və görünməyən düşmən obyektlərinin yerinin təyin edilməsində, son anda komandirlərin qərar etməsində problemlər yaradır [ELŞ]. Bu baxımdan Azərbaycan Ordusunda istifadə edilən kəşfiyyat və zərbə PUA-larının Vətən müharibəsində geniş tətbiqi yuxarıda göstərilən problemlərin həllində vasitə olmuşdur.

Qeyd etmək lazımdır ki, xarici ekspertlərin fikrincə, “Azərbaycanın döyüş meydanında istifadə etdiyi Harop, Orbiter 3, Orbiter 2, SkyStriker, Hermes 900, ThunderB, Orbiter 2M, Aerostar, Hermes 450 və Heron-1 ilə muqayisədə Ermənistanın “Krunk” və ya “Crane” dronlarının effektivliyi üç dəfə azdır” [40X].

Azərbaycan Ordusunun PUA-ları geniş miqyasda, həm də raket-artilleriya sistemləri (silahları) ilə birgə tətbiq etməsi düşmənin zirehli texnikasının və hava hücumundan müdafiə (HHM) vasitələrinin zəifliyini və gücsüzlüyünü göstərdi. Müasir radioelektron mübarizə (REM) vasitələri və HHM sistemləri olmayan düşmən ordusu böyük itkilərlə üzləşdi. Belə ki, müharibə dövründə düşmən 1500-dən çox HHM və artilleriya sistemlərini, eləcə də zirehli və avtomobil texnikasını itirmiş oldu [36X].

Vətən müharibəsində PUA sistemləri kəşfiyyat və zərbə tapşırıqları ilə bərabər raket və artilleriya atəşinin yönləndirilməsi (hədəfgöstərmə) məqsədi ilə də geniş tətbiq edilmişdir. Azərbaycan Ordusunun silahlanmasında olan bir çox yüksək dəqiqlikli raket-artilleriya sistemləri (RAS)– Spike, Qasırğa, Polonez və s. PUA-larla qarşılıqlı tətbiqdə daha effektiv istifadə edilmişdir. Belə ki, dağlıq və çətin relyef şəraitində düşmənin görünməyən (müşahidə edilməyən və koordinatları bilinməyən) hədəflərinin yerinin (koordinatlarının) PUA-larla təyin edilməsi və yüksək dəqiqlikli raket-artilleriya sistemlərinə verilməsi, eləcə də hərəkət edən hədəflərin hərəkət trayektoriyalarının və sürətlərinin təyin edilməsi, onların hərəkət zamanı vurulma nöqtələrinin müəyyənləşdirilməsi, bu məlumatların raket-artilleriya sistemlərinə ötürülməsi, zərbə nəticələrinin qiymətləndirilməsi, qiymətləndirmə nəticəsində qərar qəbul edilməsi və s. operativ fəaliyyətlərin həyata keçirilməsi Vətən müharibəsinin nəticələrinin təhlilində PUA-RAS kombinasiyasının effektivliyini göstərdi.

Vətən müharibəsi tarixinə yazılacaq hərb sənəti yeniliklərindən biri də düşmənin gizlənmiş, görünməyən HHM sistemlərinin yerinin PUA maketləri vasitəsilə aşkar edilməsi üsulu olmuşdur. Muharibanin yalniz ilk iki həftəsi ərzində Azərbaycan Ordusu Ermənistanın 60 HHM sistemini (əsasən, 9K33 OSA va 9K35 Strela) məhv etmişdi [Xəyal]. Rus ekspertlərinin sovet və rus istehsalı olan HHM sistemlərinin Türkiyə PUA-larına qarşı kifayət qədər effektiv olması iddialarına baxmayaraq,“Ikinci Qarabag muharibəsi Ermənistan ordusunun istifadə etdiyi sovet HHM sistemlərinin muasir PUA-larla mubarizədə əlverişsiz oldugunu göstərdi” [21X].

Düşmənin HHM sistemləri sırasında altı S-300 kompleksinin də məhv edildiyini qeyd etmək lazımdır. S-300 komplekslərinin məhv edilməsi üçün “kukuruznik” kimi tanınan birmotorlu yüngül sovet təyyarəsi AN-2 ilə İsrailin istehsal etdiyi “Harop” kamikadze-dronlarının kombinasiyasından istifadə olunmuşdur. Müharibənin ilk günlərində S-300 komplekslərini aşkar etmək çətin olmuşdur. Belə ki, bu komplekslər düşmən tərəfindən yaxşı maskalanmışdır və PUA-lar tərəfindən aşkar olunmurdu. Ona görə də S-300 komplekslərini məhv etmək üçün mürəkkəb və incə üsul tətbiq edilmişdir. Məsələnin həlli isə sadə olmuşdur: Azərbaycana S-300 komplekslərinin mövqe rayonlarını aşkar etmək üçün təyyarə-tələ lazım olmuşdur. Bu təyyarə-tələ qismində çoxdan istismardan çıxarılmış AN-2 təyyarələri çıxış etmişdir. Azərbaycan mühəndisləri təyyarələri pilotu əvəzləyən və məsafədən idarə olunan komplektin koməyi ilə pilotsuz təyyarəyə çevirmişdirlər. “AN-2 təyyarələri radarlarda qanuni döyüş təyyarəsi kimi görünürdü və S-300 sistemlərinin radarları aktivləşirdi. Nəticədə onların yerləri aşkarlanırdı. Sonra isə İsrail istehalı olan və kamikadze-dronlar adını alan “Harop”- uçan döyüş sursatları həmin kompleksləri məhv edirdi” [iiii]..

Türkiyədəki EDAM analitik mərkəzinin direktoru Can Kasapoğlu bu metodu şərh edərkən deyib ki, Azərbaycan heç “Antonov”ların faktiki formasını da dəyişməyə ehtiyac görməyib. Onlar sadəcə olaraq radarlarda hərbi döyüş təyyarələri kimi görünürdü. Ermənilər isə radarlarda təhlükə görən kimi hava-hücumundan müdafiə sistemlərini aktivləşdirirdi. [iiii]..



Nəticə
Beləliklə, 44 günlük Vətən müharibəsi və digər lokal münaqişələrin təcrübəsi aşağıdakı nəticələrə gəlməyə əsas verir:

  1. Süni intellekt əsasında silah komplekslərinin yaradılması və tətbiqi artıq döyüş əməliyyatlarının aparılması taktikasını dəyişmişdir.

  2. Döyüş əməliyyatlarında kəşfiyyat və zərbə PUA-larının geniş tətbiqi bölmələrin itkilərini, xüsusən canlı qüvvə itkilərini xeyli azaltmağa, eləcə də düşmən üzərində üstünlüyə - həm güc, həm də psixoloji baxımından üstünlüyə imkan yaratmışdır. Bu baxımdan dünyanın aparıcı ölkələrinin ordularının, eləcə də elmi tədqiqat və analitik mərkəzlərinin diqqəti son müharibələrdə uğurla tətbiq edilən PUA-lara, xüsusən Türkiyə istehsalı olan PUA-lara istiqmətlənmişdir.

  3. PUA-ların Suriyada, sonradan da II Qarabağ müharibəsində uğurlu tətbiqi nəticəsində bir çox ölkələr Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larının dərhal alınması və silahlanmaya qəbul edilməsi barədə artıq qərar qəbul etmişdir.

  4. PUA-ların quru qoşunları, xüsusilə artilleriya və raket vasitələri ilə koordinasiya edilmiş fəaliyyətini Vətən müharibəsinin xarakterik xüsusiyyəti hesab etmək olar. Müharibə göstərdi ki, müasir radioelektron mübarizə vasitələri və PUA-lara qarşı hava hücumundan müdafiə silahları olmadan düşmənlə təmas şəraitində ona qalib gəlmək mümkün deyildir.

  5. Dünyanın aparıcı ölkələrində hərbi təyinatlı strateji tədqiqat mərkəzləri tərəfindən 44 günlük Vətən muharibəsi dərindən təhlil edilir və müxtəlif aspektlərdən qiymətləndirilir. Əksər NATO ölkələrinin orduları Ermənistanın düşdüyü acınacaqlı vəziyyətə düşməmək üçün bu müharibənin nəticələrindən dərs götürməyə çalışırlar. Azərbaycanın müvafiq elmi-tədqiqat mərkəzləri və qurumları da müharibənin nəticələrini təhlil etməli, müvafiq qiymətləndirmələr aparmalı, ölkənin müdafiə qüdrətinin daha gücləndirilməsi istiqamətləri barədə ölkə rəhbərliyini məlumatlandırmalıdırlar. Belə ki, Azərbaycan Ordusunda silahlanmada olan və müharibənin gedişində fərqlənən müasir PUA sistemləri Türkiyə və İsrail istehsalı olan sistemlərdir. Analoji sistemlərin Azərbaycan Respublikasında yaradılması və istehsalı üçün respublikanın bir sıra elmi-tədqiqat müəssisələrində və özəl təşkilatlarında müvafiq işlər aparılsa da, lazımi nəticələr əldə edilməmişdir. Hazırda Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan PUA-ların effektivliyi müvafiq səviyyədə deyildir.

  6. Azərbaycan Milli Elmlər Akademiyasının elmi potensialı Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsində vacib rol oynaya bilər. Lakin AMEA-nın tərkibində milli təhlükəsizlik və hərb elminin inkişafı üçün müvafiq mərkəzin (institutun) olmaması bu istiqamətdə aparılan işləri koordinasiya etməyə imkan vermir. Bu baxımdan Azərbaycan Respublikasında müdafiə qabiliyyətinin inkişaf etdirlməsi üzrə işlərin koordinasiya edilməsi üçün müvafiq elmi-tədqiqat mərkəzinin (institutun) yaradılması süni intellekt əsaslı PUA komplekslərinin və bu komplekslərin yaradılması üçün müasir texnologiyaların işlənməsini tezləşdirə bilər.

  7. Gələcək müharibələrin parametrlərinin qeyri-müəyyənliyi şəraitində yaxın 10-15 il ərzində hərbi sahədə hansı dəyişikliklərin baş verəcəyi aydın deyildir, lakin digər dünya ölkələri kimi Azərbaycanın hərbi qurumları da texnoloji paradiqmaların qaçılmaz dəyişikliyinə hazır olmalıdır. Yeni texnologiyaların yaradılması güclü maliyyə yatırımları tələb edir, lakin bu prosesi sürətləndirmək imkanları vardır. Azərbaycanda müasir texnologiyaların, o cümlədən PUA texnologiyalarının işlənməsi üçün qardaş Türkiyənin potensialından istifadə edərək bəzi hazır texnologiyaları Azərbaycana gətirmək, yeni hərbi texnologiyaların yaradılmasında daxili elmi potensialdan istifadə etmək, eləcə də Türkiyədə fəaliyyət göstərən dövlət və qeyri-dövlət elmi-istehsalat qurum və təşkilatlarının təkliflərini müzakirə edib qərar qəbul etmək vaxtı çatmışdır.



Yüklə 273,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin