müəyyən etdi :
Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2013-cü il tarixli qərarı ilə (hakim S.
Zeynalova) iddiaçı Abbasov Eldar Mövsüm oğlunun cavabdeh Mingəçevir şəhər 2 saylı
notariat kontorunun xüsusi notariusuna, üçüncü şəxslər Abbasova Zülfiyyə Məhyəddin
qızına, Abbasov Elməddin Eldar oğluna və Əhmədova (Abbasova) Hüsniyyə Eldar qızına
qarşı iddiası təmin edilərək cavabdeh Mingəçevir şəhər 2 saylı notariat kontorunun xüsusi
notariusuna Mingəçevir şəhəri H.Əliyev prospekti ev 49 ünvanda yerləşən 4 saylı mənzilin
alqı-satqı əməliyyatının, həmin mənzildə yaşayış yeri üzrə daimi qeydiyyatda olan yetkinlik
yaşına çatmış ailə üzvlərinin - Abbasova Zülfiyyə Məhyəddin qızının, Abbasov Elməddin
Eldar oğlunun, Abbasova Hüsniyyə Eldar qızının razılığı alınmadan aparılması vəzifəsi
həvalə olunmuş və Mingəçevir şəhər 2 saylı notariat kontorunun xüsusi notariusundan 10
(on) manat dövlət rüsumunun alınaraq dövlət hesabına ödənilməsi qərara alınmışdır.
İşin halları
İddiaçı Abbasov Eldar Mövsüm oğlu (bundan sonra mətndə iddiaçı) cavabdeh
Mingəçevir şəhər 2 saylı notariat kontorunun xüsusi notariusuna (bundan sonra mətndə
cavabdeh və ya Mingəçevir şəhər 2 saglı NKXN) qarşı «Mingəçevir şəhəri H.Əliyev
prospekti ev 49 ünvanda yerləşən ona məxsus evin uşaqlarının qeydiyyatda olmasından asılı
olmayaraq alqı-satqısının notarius tərəfindən aparılmasına icazə verilməsi» tələbinə dair
iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.01.2013-cü il tarixli qərardadı ilə Abbasova
Zülfiyyə Məhyəddin qızı, Abbasov Elməddin Eldar oğlu və Abbasova Hüsniyyə Eldar qızı
üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər.
İddiaçı 01.07.2013-cü il tarixli məhkəmə iclası zamanı iddia tələbinin dəyişdirilməsi
barədə ərizə təqdim edərək iddia tələbinin «ailə üzvlərinin razılığı olmadan xüsusi
mülkiyyətində olan evin alqı-satqısının cavabdehə həvalə edilməsi» kimi oxunmasını xahiş
etmiş, məhkəmənin həmin tarixli iclas protokol qərarı ilə ərizə qəbul edilmişdir.
İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri H.Əliyev prospekti
ev 49 ünvanda yerləşən 4 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya
məxsusdur. İddiaçı həmin evin alqı-satqı edilməsi üçün Mingəçevir şəhər 2 saylı NKXN-yə
2
rəsmi müraciət etmiş, sonuncu bundan imtina edərək təlimata əsasən yetkinlik yaşına
çatmış ailə üzvlərinin razılığı alındıqdan sonra notariat hərəkətlərinin aparılmasının
mümkün olmasını bildirmişdir. Hesab edir ki, həmin təlimat qаnun olmadığından, habelə
qаnundа bu hərəkətin аpаrılmаsı üçün məhdudiyyət qoyulmаdığından nоtаriusun hərəkəti
əsaslı hesab edilə bilməz. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmək
məcburiyyətində qalmışdır.
İş üzrə yuxarıda qeyd edilən qərar qəbul edilmişdir.
Dostları ilə paylaş: |