Surəti 2(104)-963/2017



Yüklə 95.04 Kb.
Pdf просмотр
tarix11.06.2017
ölçüsü95.04 Kb.

   

 

 



 

 

 



 

 

 



                                 Surəti 

   


 

 

 



 

 

 



 

 

  



      2(104)-963/2017 

   


 

 

 



 

 

                 



 

 

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN 



 

Q  Ə  T  N  A  M  Ə 

 

02 mart 2017-ci ил  

                                                                                   Gəncə şəhəri 

 

Gəncə Apellyasiya Məhkəməsinin Mülki kоllegiyası 



 Hаким Süleymanov Loğman Srac оьлуnun сядрлиyi və məruzəsi, hakimlər Şəfiyev 

İspəndiyar  Əsəd  оьлу  və  Bayramov  Azər  Vahid  oğluндан  ибарят  тяркибдя,  Musayev 

Röyal İman katibliyi ilə,  

İddiaçı Xəlilov Əvəz Nurəddin oğlunun iştirakı ilə,    

Kəlbəcər  Район  Мящкямясинин  07  noyabr  2016-cı  il  tarixli  qəтнамясиндян 

cavabdeh  Xəlilzadə  Aygün  Kərəm  qızı  tərəfindən  verilmiş  apellyasiya  şikayətinə 

Эянъя  Апеллйасийа  Мящкямясинин  binasında  ачыг  мящкямя  иъласында  бахараг, 

məhkəmə kollegiyası 



MÜƏYYƏN   ETDİ: 

 

Иддиачыlar  Xəlilov  Əvəz  Nurəddin  oğlu  və  Xəlilova  Sevda  İdris  qızı  cavabdeh 



Xəlilzadə  Aygün  Kərəm  qızına  гаршы  иддиа  яризяси  иля  мящкямяйя  мцраъият  едяряк 

cavabdeh  Xəlilzadə  Aygün  Kərəm  qızının  onlara  məxsus  Göygöl  rayonunun 

Murovdağ  qəsəbəsində  yerləşən  204  saylı  yaşayış  sahəsindən  çıxarılmasına  dair 

qətnamə çıxarılmasını məhkəmədən хащиш етмишlər.   

Kəlbəcər Район Мящкямясинин 07 noyabr 2016-cı il qəтнамяси ilə (sədrlik edən 

hakim  H.Qəniyev,  iш  №  2(040)–1704/2016)  iddia  təmin  edilmiş  və  cavabdeh 

Xəlilzadə  Aygün  Kərəm  qızı  iddiaçılar  Xəlilov  Əvəz  Nurəddin  oğlu  və  Xəlilova 

Sevda  İdris  qızının  məcburi  köçkün  statusunda  məskunlaşdıqları,  Göygöl 

rayonunun  Murovdağ  qəsəbəsində  yerləşən  204  saylı  xüsusi  təyinatlı  yaşayış 

sahəsindən çıxarılması qət edilmişdir. 

Cavabdeh  Xəlilzadə  (Qasımova)  Aygün  Kərəm  qızı  həmin  qətnamədən 

apellyasiya  şikayəti  verərək,  Kəlbəcər  Район  Мящкямясинин  07  noyabr  2016-cı  il 

qəтнамясиnin ləğv edilməsini xahiş etmişdir. 

Apellyasiya  şikayəti  onunla  əsaslandırılmışdır  ki,  o,  valideynləri  ilə  Ağdaş 

rayonunu  Mürsəl  kəndində  yerləşən  mal  fermasında  məskunlaşmışdır.  O,  2013-cü 

ilin  aprel  ayında  Göygöl  şəhərinə  qohumlarının  toy  məclisinə  gəlmiş,  Xəlilzadə 

Rüstəm  Əvəz  oğlu  onu  evlənmək  məqsədi  ilə  nənəsinin  Goranboy  rayonunda 

qaçqınlar  üçün  inşa  edilmiş  4  otaqlı  yaşayış  evinə  qaçırmışdır.  Onlar  bir  müddət 

həmin  evdə  yaşadıqdan  sonra  iddiaçılar  onu  Göygöl  rayonu,  Murovdağ  kəndində 

yerləşən  mübahisəli  evə  köçürmüşlər  və  bildirmişlər  ki,  Rüstəm  burada  işlədiyinə 



 

görə hələ ki həmin kənddə yaşayacaqlar. Onlar Rüstəm Xəlilzadə ilə nikahlarını  17 



aprel 2014-cü il tarixdə Gəncə ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində qeydə 

aldırmaqla rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 12 iyul 2014-cü il tarixdə 

Yağmur adlı bir uşaqları doğulmuşdur.  Xəlilzadə Rüstəm Əvəz oğlu ilə xasiyyətləri 

uyğun  gəlmədiyindən  Kəlbəcər  Rayon  Məhkəməsinin  11  iyul  2016-cı  il  tarixli 

qətnaməsi  ilə  nikahları  pozulmuşdur.  Xəlilzadə  Rüstəm  Əvəz  oğlu  ilə  ailə  quran 

zaman,  o,  Göygöl  rayonunun  Murovdağ  qəsəbəsində  yerləşən  204  saylı  xüsusi 

təyinatlı  yaşayış  sahəsində  yaşamış  və  iddiaçıların  razılığı  ilə  həmin  evə  məcburi 

köçkün kimi qeydə alınmışdır. Ona dövlət tərəfindən verilən bütün kommunal haqq 

həmin  ünvanda  yerləşən  sayğaclara  köçürülür.  Onunla  Rüstəm  Xəlilzadə  arasında 

nikaha  xitam  verilən  kimi  R.Xəlilzadə  Kəlbəcər  rayon  İHB-nın  Qamışlı  kənd  İƏV 

üzrə  nümayəndəsinin  köməkliyilə  ayrı  təsərrüfat  kimi  qeydə  alınmışdır.  Qüvvədə 

olan  Mənzil  Məcəlləsinin  99-5-ci  maddəsinə  görə,  xüsusi  təyinatlı  mənzil  fonduna 

aid  yaşayış  sahəsindən  istifadə  məsələləri  həmin  Məcəllənin  64,  66.3,  66.4  və  68-ci 

maddələri  ilə  tənzimlənir.  Lakin  məhkəmə  68-ci  maddənin  1,2  və  3-cü  bəndlərini 

tətbiq etməmiş,4-cü bəndi barədə isə mövqe bildirməmişdir. Onun hazırda yaşamağa 

yeri  yoxdur.  Ata-anası  Ağdaş  rayonunun  Mürsəl  kəndində  yerləşən  mal  fermasında  bir 

otaqda məskunlaşmışlar. Həmin bir otaqlı sağınçı evi hazırda qəza vəziyyətindədir.   

Иддиачы Xəlilova Sevda İdris qızına, cavabdeh Xəlilzadə Aygün Kərəm qızı və 

nümayəndəsi Bağırov Səyavuş Qasım oğluna, mübahisə predmeti barəsində müstəqil 

tələblər irəli sürməyən üçüncü şəxslər Xəlilzadə Rüstəm Əvəz oğluna və Azərbaycan 

Respublikası  Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsinin 

Göygöl  rayon  şöbəsinə  işə  baxılmanın  vaxtı  və  yeri  haqqında  lazımi  qaydada 

xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə 

iclasına  gəlməmişlər.  Məhkəmə  kollegiyası  Azərbaycan  Respublikası  MPM-nin 

376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan 

baxılmasını mümkün hesab etmişdir. 

İddiaçı  Xəlilov  Əvəz  Nurəddin  oğlu  məhkəmə  kollegiyasının  iclasında 

apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iддиачы Xəlilova Sevda İdris qızı onun 

həyat  yoldaşı,  Xəlilzadə  Rüstəm  Əvəz  oğlu  onların  oğlu,  cavabdeh  Xəlilzadə  Aygün 

Kərəm qızı isə keçmiş gəlinləridir. Oğlu Xəlilzadə Rüstəm Əvəz oğlu 14 aprel 2013-cü 

il  tarixdə  cavabdeh  Xəlilzadə  Aygün  Kərəm  qızı  ilə  faktiki  evlənmiş,  nikahlarını  isə 

17  aprel  2014-cü  il  tarixdə  Gəncə  ASAN  xidmət  mərkəzinin  Qeydiyyat  şöbəsində 

rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 12 iyul 2014-cü il tarixdə Yağmur adlı 

bir  uşaqları  doğulmuşdur.  Rüstəm  Xəlilzadə  Aygün  Xəlizadə  ilə  xasiyyətləri  uyğun 

gəlmədiyindən Kəlbəcər Rayon  Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qətnaməsi ilə 

nikahları  pozulmuşdur.  Xəlilzadə  Rüstəm  Əvəz  oğlu  ilə  cavabdeh  arasında  nikahın 

pozulmasına  və  onların  ayrılmasına  baxmayaraq,  cavabdeh  onlara  məxsus  evdən 

çıxmaq  istəmir.  Göygöl  rayonunun  Murovdağ  qəsəbəsində  yerləşən  204  saylı  xüsusi 

təyinatlı  yaşayış  sahəsi  (bir  otaq)  2000-ci  ildə  dövlət  tərəfindən  kirayə  müqaviləsi 

əsasında  məcburi  köçkün  ailəsi  olaraq  onlara  verilmişdir.  Onlar  cavabdehə  könüllü 

olaraq  həmin  evdən  çıxmağı  təklif  etmiş,  lakin  cavabdeh  bundan  imtina  etmişdir. 

Ona  görə  də,  apellyasiya  şikayətinin  təmin  edilməməsini  və  Kəlbəcər  Район 



 

Мящкямясинин  07  noyabr  2016-cı  il  qəтнамясиnin  dəyişdirilmədən  saxlanılmasını 



xahiş etdi. 

Məhkəmə  kollegiyası  iş  materiallarını  araşdırıb,  məruzəçi  hakimi,  məhkəmə 

kollegiyasının  iclasında  iştirak  edən  şəxsi  dinləyərək,  hesab  edir  ki,  apellyasiya 

şikayəti  təmin  edilməli,  Kəlbəcər  Район  Мящкямясинин  07  noyabr  2016-cı  il 

qəтнамясиnin ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. 

Azərbaycan  Respublikası  MPM-nin  372.6-cı  maddəsinə  əsasən,  apellyasiya 

instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  əsaslılığını 

onun  düzünə  və  ya  dolayısı  ilə  mübahisələndirilən  hissəsində,  şikayət  qərarın  ləğv 

edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş 

dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 

Həmin  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən,  apellyasiya  instansiyası 

məhkəməsi  şikayətin  dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin  maddi  və 

prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 

Işdə  olan  Kəlbəcər  Rayon  Qeydiyyat  Şöbəsi  tərəfindən  28  sentyabr  2016-cı  il 

tarixdə верилмиш nikahın pozulması haqqında şəhadətnamənin surətindən эюрцнцр ки, 

Xəlilzadə  Rüstəm  Əvəz  oğlu  ilə  Xəlilzadə  Aygün  Kərəm  qızı  арасында  olan  nikah 

ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 

sentyabr 2016-cı il tarixdə “61” nömrə ilə qeyd edilmişdir.  

İş  materiallarında  olan  Qaçqınların  və Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət 

Komitəsi  Göygöl  rayon  şöbəsi  tərəfindən  13.07.2016-cı  il  tarixdə  verilmiş  517 

nömrəli  arayışdan  görünür  ki,  Xəlilov  Əvəz  Nurəddin  oğlu  hazırda  Göygöl 

rayonunun Murovdağ qəsəbəsində  204 saylı evdə müvəqqəti qeydiyyatdadır.  

İş  materiallarında  olan  Qaçqınların  və Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət 

Komitəsi  Göygöl  rayon  şöbəsi  tərəfindən  30.06.2016-cı  il  tarixdə  verilmiş  478 

nömrəli  arayışdan  görünür  ki,  Xəlilova  Sevda  İdris  qızı  hazırda  Göygöl  rayonunun 

Murovdağ qəsəbəsində müvəqqəti qeydiyyatdadır. 

İş  materiallarında  olan  Qaçqınların  və Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət 

Komitəsi  Göygöl  rayon  şöbəsi  tərəfindən  03.10.2016-cı  il  tarixdə  verilmiş  735 

nömrəli  arayışdan  görünür  ki,  Xəlilzadə  Aygün  Kərəm  qızı  hazırda  Göygöl 

rayonunun Murovdağ qəsəbəsində müvəqqəti qeydiyyatdadır. 

İş  materiallarında  olan  Qaçqınların  və Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət 

Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən 01.11.2016-cı il tarixdə Kəlbəcər Rayon 

Məhkəməsinə ünvanlanmış 55 nömrəli məktubdan görünür ki, Kəlbəcər Rayon İcra 

Hakimiyyəti  başçısının  keçmiş  Xanlar  Rayon  İcra  Hakimiyyəti  başçısına 

ünvanladığı  19.10.2001-ci  il  tarixli  sə-1/667  saylı  məktubuna  və  məktuba  əlavə 

edilmiş  siyahıya  əsasən,  Kəlbəcər  rayonundan  məcburi  köçkün  Xəlilov  Əvəz 

Nurəddin  oğlu  5  nəfər  ailə  tərkibi  ilə  birlikdə  Xanlar  (indiki  Göygöl)  rayonunun 

Zurnabad  kəndindən  köçürülərək  “Murovdağ”  qəsəbəsində  204  saylı  evlə  təmin 

olunmuşdur.  06.05.2016-cı  il  tarixdə  Ağdaş  rayonundan  verilmiş  01.04.2015-ci  il 

tarixli  məcburi  köçkünlərin  miqrasiyasının  qeydiyyata  alınması  haqqında  sənədin 

təqdim  olunması  nəticəsində  Kəlbəcər  rayon  məcburi  köçkünü  Xəlilzadə  Aygün 

Kərəm  qızı  AZ-1-№  948301  saylı  nikah  haqqında  şəhadətnaməyə  əsasən,  əri-

Xəlilzadə  Rüstəm  Əvəz  oğlunun  yaşadığı  “Murovdağ”  qəsəbəsindəki  204  saylı  evə 


 

yaşayışçı  kimi  müvəqqəti  qeydiyyata  alınmış,  06.06.2016-cı  il  tarixdə  Xəlilzadə 



Yağmur  Rüstəm  qızının  sənədləri  təqdim  olunduqdan  sonra  o  da  “Murovdağ” 

qəsəbəsindəki 204 saylı evə yaşayışçı kimi müvəqqəti qeydiyyata alınmışdır. Hazırda 

Göygöl  rayonunun  Murovdağ  qəsəbəsindəki  204  saylı  evdə  5  nəfər  yaşayışçı  kimi 

qeydiyyatdadır. 

İş materiallarında olan Kəlbəcər Rayon İcra Hakimiyətinin Aparatı tərəfindən 

27.10.2016-cı  il  tarixdə  Kəlbəcər  Rayon  Məhkəməsinə  ünvanlanmış  AR-4/2435 

nömrəli məktubdan görünür ki, Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşən 

məcburi köçkünlər  üçün salınmış qəsəbə 2000-2001-ci illərdə “Relyef İnternational” 

beynəlxalq  humanitar  təşkilatı  tərəfindən  tikilərək,  Kəlbəcər  rayonundan  olan 

məcburi  köçkün  ailələrinin  istifadəsinə  verilmişdir.  Göygöl  rayonunun  Murovdağ 

qəsəbəsində  yerləşən  204  saylı  mənzil  Xəlilov  Əvəz  Nurəddin  oğlunun  adına 

verilmişdir. 

  Birinci  instansiya  məhkəməsi  tərəfindən  Göygöl  rayonunun  Murovdağ 

qəsəbəsində  yerləşən,  Azərbaycan  Respublikası  Qaçqınların  və  Məcburi 

Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsi  tərəfindən  iddiaçılara  verilmiş  204  saylı 

xüsusi  təyinatlı  yaşayış  sahəsinə  yerində  baxış  keçirilmiş  və  baxış  zamanı  yaşayış 

sahəsinin  24  (iyirmi  dörd)  kvadratmetrlik  1(bir)  otaqdan  və  19,5  kvadratmetrlik 

köməkçi  sahədən  ibarət  olması,  əlavə  özbaşına  tikililərin  olmaması  müəyyən 

edilmişdir. 

Birinci  instansiya  məhkəməsi  gəldiyi  nəticəsini  Mənzil  Məcəlləsinin  96,  98.1-

98.2,  99.1-99.8-ci  maddələrinə  istiand  etməklə,  iş  materiallarında  cavabdehin 

iddianın  predmeti  olan  yaşayış  sahəsinin  -  Göygöl  rayonunun  Murovdağ 

qəsəbəsində  yerləşən  204  saylı  xüsusi  təyinatlı  yaşayış  sahəsinin  kirayəçisi  və  ya 

kirayəçinin ailə üzvü statusunda olmasını təsdiq edən müqavilənin aşkar edilməməsi 

əsası ilə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. 

Məhkəmə  kollegiyası  birinci  instansiya  məhkəməsinin  gəldiyi  həmin  nəticə  ilə 

razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi 

əsaslarını  düzgün  müəyyən  edə  bilməmiş  və  müəyyən  edilmiş  faktlardan  tərəflərin 

qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. 

Belə  ki,  məhkəmə  kollegiyasının  iclasında  müəyyən  edildi  ki, 

cavabdeh 

Xəlilzadə  Aygün  Kərəm  qızı

 

14  aprel  2013-cü  il  tarixdə 



iddiaçıların  oğlu 

Xəlilzadə 

Rüstəm  Əvəz  oğlu  ilə  faktiki  evlənmiş  və  iddiaçılar  tərəfindən  Göygöl  rayonunun 

Murovdağ  qəsəbəsində  yerləşən  204  saylı  xüsusi  təyinatlı  yaşayış  sahəsinə 

köçürülmüşdür.  Onlar  nikahlarını  17  aprel  2014-cü  il  tarixdə  Gəncə  ASAN  xidmət 

mərkəzinin  Qeydiyyat  şöbəsində  rəsmiləşdirmişlər.  Birgə  nikahlarından  12  iyul 

2014-cü  il  tarixdə  Yağmur  adlı  bir  uşaqları  doğulmuşdur. 

Cavabdeh  iddiaçılar 

tərəfindən  mübahisəli  mənzilə  köçürülməklə,  hямин  мцддят  ярзиндя  qeyd  olunan 

mənzildə  йашамış  və  айрылмаз  тясяррцфата  малик  олмушдур.

  Rüstəm  Xəlilzadə  ilə 

Aygün 


Xəlizadənin 

xasiyyətləri 

uyğun 

gəlmədiyindən 



Kəlbəcər 

Rayon 


Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 

Azərbaycan  Respublikası  MPM-nin  217.2-ci  maddəsinə  əsasən,  qətnamə 

mübahisəli  hüquq  münasibətinin  yarandığı  zaman  qüvvədə  olan  maddi  hüquq 


 

normalarına  və  işin  baxılması  zamanı  qüvvədə  olan  prosessual  hüquq  normalarına 



uyğun çıxarılmalıdır. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  tərəflər  arasında  olan  mübahisəli  hüquq 

münasibətləri  iddiaçının  14.04.2013-cü  ildə  ailə  qurub  mübahisələndirilən  evə  gəlin 

köçdüyü vaxtdan  yarandığına və mübahisəli ev xüsusi təyinatlı yaşayış  fonduna aid 

mənzil  kimi  mülkiyyət  kimi  dövlət  qeydiyyatına  alınmadığına  olduğuna  görə  01 

oktyabr  2009-cu  il  tarixdən  qüvvədə  olan  Azərbaycan  Respublikasının  Mənzil 

Məcəlləsinin normaları tətbiq edilməlidir. 

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.2-ci maddəsinə görə, mülkiyyət 

formasına görə mənzil fondu aşağıdakılara bölünür:  

17.2.1.  özəl  mənzil  fondu  –  fiziki  və  hüquqi  şəxslərin  mülkiyyətində  olan  yaşayış 

sahələrinin məcmusu;  

17.2.2.  dövlət  mənzil  fondu  –  mülkiyyət  hüququ  əsasında  Azərbaycan 

Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu;  

17.2.3. bələdiyyə  mənzil  fondu – bələdiyyələrə  mülkiyyət  hüququ əsasında  məxsus 

olan yaşayış sahələrinin məcmusu.  

17.3.  İstifadə  məqsədlərinə  görə  dövlət  və  bələdiyyə  mənzil  fondu  aşağıdakılara 

bölünür:  

17.3.1.  sosial  təyinatlı  mənzil  fondu  –  dövlət  və  bələdiyyə  mənzil  fondlarından 

sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu;  

17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun 

olaraq  verilən  ayrı-ayrı  kateqoriyalardan  olan  vətəndaşların  yaşaması  üçün  nəzərdə 

tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.  

Buna  uyğun  olaraq  yaşayış  sahəsindən  istifadənin  hüquqi  əsaslarını  nəzərdə 

tutan  Azərbaycan  Respublikası  Mənzil  Məcəlləsinin  30-cu  maddəsində  yalnız 

mülkiyyətçiyə  məxsus  olan  yaşayış  sahələrindən,  yəni  özəl  mənzil  fonduna  aid 

mənzillərdən,  IX  fəslində  (91-108-cı  maddələr)  isə  xüsusi  təyinatlı  mənzil  fondunun 

yaşayış  sahələrinin

 

sosial  kirayə  müqaviləsi  əsasında    fiziki  və  hüquqi  şəxslərin 

istifadəsinə verilməsindən bəhs edilir. 

Azərbaycan  Respublikası  Mənzil  Məcəlləsinin  91.2-ci  maddəsinə  görə,  xüsusi 

təyinatlı  yaşayış  sahələri  qismində  dövlət  və  bələdiyyə  mənzil  fondunun  yaşayış 

sahələri  istifadə  edilir.  Yaşayış  sahəsinin  xüsusi  təyinatlı  yaşayış  sahəsi  qismində 

istifadəsinə  yalnız  həmin  sahə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilmiş  qayda  və  tələblərə  riayət  etməklə  xüsusi  təyinatlı  mənzil  fonduna  aid 

edildikdən  sonra  yol  verilir.  Yaşayış  sahəsinin  xüsusi  təyinatlı  yaşayış  sahələrinin 

növlərindən  birinə  aid  edilməklə  xüsusi  təyinatlı  mənzil  fonduna  daxil  edilməsi  və 

ondan  çıxarılması  dövlət  və  ya  bələdiyyə  mənzil  fondunun  idarəetməsini  həyata 

keçirən orqanın qərarı əsasında həyata keçirilir.  

Həmin  Məcəllənin  99.1-ci  maddəsinə  görə,  xüsusi  təyinatlı  yaşayış  sahəsinin 

kirayə  müqaviləsinə  görə  bir  tərəf  xüsusi  təyinatlı  yaşayış  sahəsinin  mülkiyyətçisi 

(mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya 

onun  səlahiyyətli  şəxsi  (kirayəyə  verən)  həmin  yaşayış  sahəsini  haqqı  ödənilməklə 

müvəqqəti  yaşamaq  üçün  digər  tərəfə  -  vətəndaşın  (kirayəçinin)  sahibliyinə  və 

istifadəsinə verir.  



 

Həmin  Məcəllənin  99.5-ci  maddəsinə  görə,  kirayə  müqaviləsi  əsasında  xüsusi 



təyinatlı  yaşayış  sahəsindən  istifadəyə  dair  bu  Məcəllənin  64-cü,  66.3-cü,  66.4-cü  və 

68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.  

Həmin  Məcəllənin  99.6-cı  maddəsinə  görə,  xüsusi  təyinatlı  yaşayış  sahəsinin 

kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.  

Göründüyü  kimi,  mənzil  qanunvericiliyində  hazırki  münasibətlərə  kirayə 

müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 

64-cü,  66.3-cü,  66.4-cü  və  68-ci  maddələrində  nəzərdə  tutulmuş  qaydaların  tətbiq 

edilməsi  nəzərdə  tutulur.

  Ona  görə  də,  məhkəmə  kollegiyası  hesab  edir  ki, 

mübahisənin  həllinə  Azərbaycan  Respublikası  Mənzil  Məcəlləsinin  68-ci  maddəsi 

tətbiq edilməlidir. 

Azərbaycan Respublikası  Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial 

kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə 

yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, 

əmək  qabiliyyəti  olmayan  himayədə  olanlar  o  halda  sosial  kirayə  müqaviləsi  üzrə 

yaşayış  sahəsi  kirayəçisinin  ailə  üzvləri  hesab  edilir  ki,  onlar  kirayəçi  tərəfindən 

yaşayış  sahəsinə  köçürülmüşlər  və  onunla  birgə  təsərrüfat  aparırlar.  Müstəsna 

hallarda  digər  şəxslər  məhkəmə  qaydasında  sosial  kirayə  müqaviləsi  üzrə  yaşayış 

sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 

Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış 

sahəsi  kirayəçisinin  ailə  üzvləri  kirayəçi  ilə  bərabər  hüquq  və  vəzifələrə  malikdirlər. 

Sosial  kirayə  müqaviləsi  üzrə  yaşayış  sahəsi  kirayəçisinin  mülki  hüquqi  fəaliyyət 

qabiliyyətli  ailə  üzvləri  sosial  kirayə  müqaviləsindən  irəli  gələn  öhdəliklər  üzrə 

kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 

Həmin Məcəllənin 68.3-cü maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış 

sahəsi  kirayəçisinin  ailə  üzvləri  yaşayış  sahəsinin  sosial  kirayə  müqaviləsində 

göstərilməlidirlər.  

Həmin Məcəllənin 68.4-cü maddəsinə görə, vətəndaş sosial kirayə müqaviləsi ilə 

yaşayış  sahəsinin  kirayəçisinin  ailə  üzvləri  tərkibindən  çıxıb,  lakin  qanuni  əsaslarla 

həmin  yaşayış  sahəsində  yaşayışını  davam  etdirdikdə  o,  kirayəçi  və  onun  ailə 

üzvlərinə  məxsus  olan  eyni  hüquqlara  malikdir.  Həmin  vətəndaş  özünün  müvafiq 

sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.  

Azərbaycan  Respublikası  Konstitusiyaının  33,  43  və  71-ci  maddələrinin 

tələbinə  görə,  hər  kəsin  mənzil  toxunulmazlığı  hüququ  vardır.  Heç  kəs  yaşadığı 

mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan  və 

vətəndaş  hüquqlarını  və  azadlıqlarını  gözləmək  və  qorumaq  qanunvericilik,  icra  və 

məhkəmə hakimiyyəti orqanlarının borcudur. 

 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, 14 

yaşına  çatmamış  şəxslərin  yaşayış  yeri  valideynlik  hüquqlarını  itirməmiş 

valideynlərinin yaşayış yeri sayılır. 

Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsinin  49-cu  maddəsinə  əsasən,  hər 

bir  uşaq  ailədə  yaşamaq  və  tərbiyə  almaq,  öz  valideynlərini  tanımaq  və  onların 

qayğısından  istifadə  etmək,  uşağın  maraqlarına  zidd  olan  hallar  istisna  olmaqla 

onlarla birgə yaşamaq hüququna malikdir. 



 

 “Uşaq  hüquqları  haqqında”  Azərbaycan  Respublikasının  19  may  1998-ci  il 



tarixli Qanunun 17-ci maddəsinə görə, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, 

onlardan qayğı görmək hüququ vardır.  

“Uşaq  Hüquqları  haqqında“  BMT-nin  Konvensiyasının  3-cü  maddəsinə 

əsasən, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı 

təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur.  

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi 

cavabdehə 

mübahisəli  xüsusi  təyinatlı  yaşayış  sahəsinə  hüquq  verən  müqavilənin  aşkar 

edilməməsi əsası ilə iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, i

ş materiallarında 

olan  Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsinin  Göygöl 

rayon  şöbəsi  tərəfindən  01.11.2016-cı  il  tarixdə  Kəlbəcər  Rayon  Məhkəməsinə 

ünvanlanmış  55  nömrəli  məktubdan  görünür  ki,  Kəlbəcər  Rayon  İcra  Hakimiyyəti 

başçısının keçmiş Xanlar Rayon İcra Hakimiyyəti başçısına ünvanladığı 19.10.2001-

ci  il  tarixli  sə-1/667  saylı  məktubuna  və  məktuba  əlavə  edilmiş  siyahıya  əsasən, 

Kəlbəcər  rayonundan  məcburi  köçkün  Xəlilov  Əvəz  Nurəddin  oğlu  5  nəfər  ailə 

tərkibi  ilə  birlikdə  Xanlar  (indiki  Göygöl)  rayonunun  Zurnabad  kəndindən 

köçürülərək “Murovdağ” qəsəbəsində 204 saylı evlə təmin olunmuşdur. 06.05.2016-

cı il tarixdə Ağdaş rayonundan verilmiş 01.04.2015-ci il tarixli məcburi köçkünlərin 

miqrasiyasının  qeydiyyata  alınması  haqqında  sənədin  təqdim  olunması  nəticəsində 

Kəlbəcər rayon məcburi köçkünü Xəlilzadə Aygün Kərəm qızı AZ-1-№ 948301 saylı 

nikah haqqında şəhadətnaməyə əsasən, əri-Xəlilzadə Rüstəm Əvəz oğlunun yaşadığı 

“Murovdağ”  qəsəbəsindəki  204  saylı  evə  yaşayışçı  kimi  müvəqqəti  qeydiyyata 

alınmış,  06.06.2016-cı  il  tarixdə  Xəlilzadə  Yağmur  Rüstəm  qızının  sənədləri  təqdim 

olunduqdan  sonra  o  da  “Murovdağ”  qəsəbəsindəki  204  saylı  evə  yaşayışçı  kimi 

müvəqqəti  qeydiyyata  alınmışdır.  Hazırda  Göygöl  rayonunun  Murovdağ 

qəsəbəsindəki 204 saylı evdə 5 nəfər yaşayışçı kimi qeydiyyatdadır. 

Göründüyü  kimi, 

Xəlilzadə  Aygün  Kərəm  qızı  iddiaçılar  tərəfindən  mübahisəli 

mənzilə  köçürülmüş  və  əri  Xəlilzadə  Rüstəm  Əvəz  oğlunun  yaşadığı  “Murovdağ” 

qəsəbəsindəki 204 saylı evə yaşayışçı kimi müvəqqəti qeydiyyata alınmışdır.  

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  27.1-ci  maddəsinə  görə  fiziki 

şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 

Azərbaycan  Respublikası  MPM-nin  385.1.1.-ci  maddəsinə  əsasən,  maddi 

hüquq  normalarının  və  ya  prosessual  hüquq  normalarının  pozulması  və  ya  düzgün 

tətbiq  edilməməsi  məhkəmə  qətnaməsinin  apellyasiya  qaydasında  ləğv  edilməsi 

üçün əsasdır. 

Həmin  Məcəllənin  386-cı  maddəsinə  görə,  maddi  hüquq  normaları  o  halda 

pozulmuş  və  ya  düzgün  tətbiq  olunmamış  hesab  edilir  ki,  birinci  instansiya 

məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu 

və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 

Həmin 


Məcəllənin 

385.1.2-ci 

maddəsinə 

əsasən, 


birinci 

instansiya 

məhkəməsinin  qətnamədə  göstərilmiş  nəticələrinin  işin  hallarına  uyğun  gəlməməsi 

məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 

Həmin  Məcəllənin  390-cı  maddəsinə  əsasən,  məhkəmənin  qətnamədə 

göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə 



 

müəyyən  edilmiş  faktlardan  tərəflərin  qarşılıqlı  münasibətləri  üzrə  səhv  nəticəyə 



gəlmiş olur. 

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə 

gəldiyi  nəticə  işin  faktiki  hallarına  uyğun  olmamış,  məhkəmə  müəyyən  edilmiş 

hallardan  tərəflərin  qarşılıqlı  münasibətləri  üzrə  səhv  nəticəyə  gəlmiş  və 

mübahisənin  maddi-hüquqi  əsasları  düzgün  müəyyən  edilməmişdir.  Ona  görə  də, 

apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Район Мящкямясинин 07 noyabr 2016-

cı  il  tarixli  qəтнамяси  ləğv  edilməli  və  yeni  qətnamə  qəbul  edilməli,  iddia  rədd 

edilməlidir. 

  Qeyd  edilənlərə  əsasən  və  Azərbaycan  Respublikası  MPM-nin  384-386,  390, 

392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq,  məhkəmə kollegiyası 



 

Q Ə T   E T D İ : 

 

Cavabdeh Xəlilzadə Aygün Kərəm qızının apellyasiya şikayəti təmin edilsin. 



Kəlbəcər  Район  Мящкямясинин  07  noyabr  2016-cı  il  tarixli  qəтнамяси  ləğv 

edilsin və yeni qətnamə qəbul edilsin. 

Иддиачыlar  Xəlilov  Əvəz  Nurəddin  oğlu  və  Xəlilova  Sevda  İdris  qızının 

cavabdeh  Xəlilzadə  Aygün  Kərəm  qızına  гаршы  cavabdehin  onlara  məxsus  Göygöl 

rayonunun  Murovdağ  qəsəbəsində  yerləşən  204  saylı  yaşayış  sahəsindən 

çıxarılmasına dair iddia tələbi rədd edilsin. 

Qətnamədən  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay 

müddətində  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Mülki  kollegiyasına 

kassasiya şikayəti verilə bilər.  

Qətnamədən  şikayət  verilməzsə,  qəbul  edildiyi  gündən  2  ay  keçdikdən  sonra 

qanuni qüvvəyə minir. 

 

Sədrlik edən: imza var   



 

 

 

Hakimlər: imza var 

Düzdür: 

Hakim 

 

 

 

 

 

Loğman Süleymanov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 



 

  Sədrlik edən:                                   

 

Loğman Süleymanov 

 

  Hakimlər:                                     

 

İspəndiyar Şəfiyev 

 

                                                       

 

Azər Bayramov 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə