Surətin hesablanması



Yüklə 294,34 Kb.
səhifə1/4
tarix28.12.2021
ölçüsü294,34 Kb.
#48169
  1   2   3   4
sürət



Surətin hesablanması

Axını səciyyələndirən əsas göstəricilərdən biri sürətdir. Sərfin ölçülməsi, hidrotexniki qurğuların layihələşdirilməsi, böyük çaylarda və kanallarda gəmilərin hərəkəti, elmi və təcrübi məsələlərin öyrənilməsi işlərində suyun sürətinə aid məlumatlardan geniş istifadə olunur.


Sürətin dəyişməsi, əsasən axının rejimindən asılıdır. Məcrada suyun qərarlaşmış hərəkəti rejimində, canlı en kəsiyin ayrı-ayrı nöqtələrində, sürət vaxtdan asılı olaraq dəyişmir. Turbulent axın rejimində isə sürət vaxtdan asılı olaraq həm qiymət, həm də istiqamətcə dəyişir. Hidrometriyada bu hadisəyə sürətin pulsasiyası deyilir. Turbulent axın rejimində ani vaxtda axının ixtiyari nöqtəsində olan sürətə ani sürət deyilir.
Yuxarıda qeyd olunduğu kimi, ani sürət vaxtdan asılı olaraq həm qiymət və həm də istiqamətcə dəyişir. Hesablamalarda ən çox axının ani deyil, orta sürətini təyin etmək lazım gəlir. Müəyyən vaxtda axının ixtiyari nöqtəsində olan orta sürətinə yerli sürət deyilir. Suyun sürətini ölçmək üçün müxtəlif cihaz və alətlərdən istifadə edilir. Ölçmə xüsusiyyətlərinə görə onlar aşağıdakı siniflərə bölünür:
a)Hidrometrik üzgəclər. Burada sürət, su ilə axıdılan kütlənin sürətini ölçməklə müəyyən olunur;
b)Hidrometrik boru. Suyun axma sürəti hesabına yaranan təzyiqə görə sürət ölçülür;
c)Batometr-taximetr. Bu cihazla sürət ona vahid vaxtda daxil olan suyun həcminə görə müəyyən olunur;
d)Hidrometrik fırlanğıc. Burada suyun axma srəti təsirindən cihazın pərinin vahid vaxtda etdiyi dövrlər sayına görə sürət təyin edilir;
e)Termohidrometr. Bu cihazla sürət, suyun temperaturu ilə qızdırılaraq suya salınmış elementin temperaturu arasında olan fərqə görə əmələ gələn istilik mübadiləsinə əsasən təyin olunur;
ə)Ultrasəslərə görə sürətin ölçülməsində əsas şərt axan suda tezliyi ultrasəs tezliyinə uyğun olan pulsasiya yaratmaqdan ibarətdir.
Suanbarlarinda, kanallarda və çaylarda aparılan hidrometrik ölçmə işlərində yuxarıdakı cihaz və alətlərdən ən çox hidrometrik firlanğıclar və üzğəclərdən isifadə olunur. Qalan cihazlar isə ancaq labaratoriyalarda, elmi-tədqiqat işlərind isifadə edilir və onların tətbiqi məhduddur.



Yüklə 294,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin