SÜRƏTLİ oxu birinci müzakirə Biz necə oxuyuruq oxunun dinamikasi



Yüklə 0,89 Mb.
səhifə6/11
tarix25.03.2017
ölçüsü0,89 Mb.
#12640
1   2   3   4   5   6   7   8   9   10   11

ALTINCI MÜZAKİRƏ:

Oxu zamanı gözlərin hərəkəti
MƏTNİN GÖRMƏ İLƏ QAVRANILMASl
Məşhur türk şairi Nazim Hikmət öz əsərləridən birində yazırdı: "Oxu görməni, eşitmə, iybilmə və təfəkkürü birləşdirən bir şeydir". Oxu prosesinin bir tərifinimüxbir üzvü V.P. Zinçenko elmi konfransda cıxarışlarından birində təklif edib. O deyib:

"Elə insanlar var ki, qulaqları ilə oxuyurlar. Bu, cox ləng və qeyri-məhsuldar oxudur. Əksər insanlar gözləri ilə oxuyur və öz qavrayışlarının bu imkanlarını məhduduldşdırılar. Əsl incəsənət "burunla" oxunu tələb edir. Bu hec də hərfi mənada burunu sətirlər boyu gəzdirmək deınmək deyil. Bu cür oxu özünəməxsus "hissiyyat"dan istifadə edilməsini tələb edir, bu zaman isə mətndə ani olaraq, daha doğrusu, bir göz qırpımında informativ bloklar tanınır və emal edilir.

Bu hissənin əvvəlində sətirləri sitat gətiriləntürk şairi və Sovet alimi öz fikirlərini fərqli şəkildə ifadə ediblər, bu fikirlərin dominantası da bu müddəa ola bilər: sürətli oxu texnikasının mənimsənilməsi ayrx-ayrı analizatorların, insanın psixi və neyro-fizioloji funksiyalarının məşqindən daha artıq bir şey tələb edir. Görünür, burada əsas şey oxu ilə əlaqəli olan bütün məqsədlər kompleksinin keyfiyyətcə yeni bir səviyyədə yerinə yetirilməsini təmin edən bütün orqanizmin inteqrasiya fəaliyyətinin formalaşdırılmasıdır. Kitabın yekun bölmələri, təlim kompleksinin sonuncu söhbətləri də məhz buna həsr olunub.

Görmə qavrayışının öyrənilməsi tarixinin böyük olmasına baxmayaraq, elm bu gün də hələ onun bütün sirlərini tapmayıb. İnsan onu əlıatə edən bütün aləmdən .aldığı informasiyanın 90%-ni görmə sayəsində əldə edir. Lakın hesab edirlər ki, insanlar hec də həmişə görmədən effektiv şəkildə istifadə etmirlər. Görmə proseslərini tədqiq edən mütəxəssislərin fikri bir şeydə yekdildir ki, gözlər irəli çıxarılmış beyindir. Bəs mətnin qavranılması və beyinə ötürülməsi necə başa düşülür? Bunu iki əsas mərhələyə ayırmaq olar: Mətnin gözlərinin ilkin qavranılması və onun emalı.

Araşdırmalar göstərib ki, oxu zamanı insanın gözləri iki vəziyyətdən yalnız birində olur: təsbit (dayanma) və ya təsbit nşqtələrinin novbələşməsi (hərəkət).

Mətnin qavranılması yalnız ya dayanma, ya da gözlərin təsbiti anında baş verir. İnsan gözünün gün ərzində etdiyi 100 mintəsbitin böyük bir hissəsi informativ, yəni məhsuldar deyil. Görmə təsbiti öz müddətinə görə çox dəyişkəndir və əhəmiyyətli dərəcədə müşahidə obyektindən və müşahidəçi nöqteyi–nəzərindən dəyərli olmağından asılıdır. Hesablamalara görə, oxucunun gözləri bir saat ərzində 57 dəqiqə nisbi sakitlikdə olurr - mətnə baxır.

Təbii ki, belə şəraitdə informasiyanın emalının sürəti dayanma anında hansı miqdarda informasiyanın qavranacağından asılı olur. Beləliklə də, oxunun sürətinin artırılması - oxu zamanı gözlərin dayandığı bir zaman vahidi çərçivəsindı böyük həcmdə informasiyanı qavramaq qabiliyyətinin yüksəldilməsidir.

İnsan, adətən, oxu zamanı gözlərin hərəkətini dərk etmir. Bunun səbələrindən biri dərkedilən, ixtiyari olaraq idarə edilən əks əlaqənin olmamasıdır ki, bu əlaqə də gözlərin mikrohərəkətləri barədə məlumatların beyinə ötürüləcəyi vasitə olacaqdı. İnsan öz baxışının istiqamətini yalnız müşahidə olunan obyektlərin vəziyyətinə əsasən və bəzi digər amillərin, məsələn, başın çevrilməsi, yaxud əyilməsi kimi amillərin təsiri altında bilir. Yenə də gözlərin qeyri-iradi hərəkətlərin görmə qavrayısında böyük rol oynayır. İnsanın görmə sistemində baş verən proseslər kompleksini qiymətləndirərkən tədqiqatçılar əbəs yerə belə qeyd etmirlər: "Biz çox vaxt baxdığımızı bilənə kimi nə gördüyümüzü bilmirik".

Gözlərin mikrohərəkətlərinin üç növü var: dreyf mərkəzdən olan (dalğalı xətlər); geriyə mərkəzə olan cəld sıçrayışlarla (düz kəsiklər); əsas dreyfin üstünə qoyulan yüksək tezlikli. Bütün bu hərəkətlərin amplitudası çox azdır. Gözün torlu qişasının mərkəzi çuxurunun diametri cəmi 0,05 mm təşkil edir. Buradan da oxu texnikasının təkmilləşdirilməsi üçün əhəmiyyətli olan mühüm bir nəticə çıxır: Sürətlə oxuyan insanla ləng oxuyan insan arasındakı fərq onların gözlərinin hərəkət sürətində deyil, oxucunun təsbit anında qavradığı materialın kəmiyyətindədir.
GÖZLƏRİN MİKRO HƏRƏKƏTLƏRİ
Müəyyən obyektə baxarkən göz onun cizgiləri üzrə saniyədə 2-5 dəfə tezlikli müntəzəm sıçrayışlar edir. Özü də, müşahidələrin göstərdiyi kimi, mətni oxuyarkən belə sıç rayışlar bir sətir boyunca saniyədə 3-4 dəfə edilir.

Əksər insanlar oxu zamanı baxışın sətirlər boyunca bərabər şəkildə gəzdiyini hesab edərək yanılırlar. Əslində, belə deyil. Oxu zamanı gözlər sıçrayışabənzər hərəkətlər edir, hər sətirdə yalnız iki-üç yerdə dayanır. Bundan başqa, görmə analizatoru istənilən təsvirdən, o cümlədən mətndən yalnız informativ hissəni çıxarır, yəni təsviri bir yerdən (torlu qişadan) başqa yerə (beyinə) olduğu kimi köçürür.

Görmə sinirinin 1 milyondan çox təcrid olunmuş lifi var, buna görə də göz mürəkkəb bir cihaz kimi seçici işləyir. İnsan gözünün torlu qişasını və onunla genetik olaraq bağlı olan baş beyin qabığının görmə matrisasının şəbəkələrini he- sablama sisteınləri ilə müqayisə etmək maraqlı olardı. Kəmiyyət baxımından bu müqayisə göstərir ki, torlu qişa (millisaniyə intervalları ilə paralel olaraq fəaliyyət göstərən ünsürlərinə görə) 70 m2 ərazini əhatə edən və 4 t ağırlığında mürəkkəb elektron təchizatdan istifadə edən müasir rəqəmsal hesablama sisteminə ekvivalent iş yerinə yetirir. Fiziki baxımdan isə, məlum olduğu kimi, torlu qişanın həcmi 12 sm2*0,01 sm, çəkisi isə təxminən 100 mq-dır. Bu rəqəmlər bioloji mikrominiatürləşmənin səviyyəsini və görmə sisteminə çatan informasiyanın emalı zamanı enerji qənaətinin dərəcəsini xarakterizə edir.

GÖZLƏRİN HƏRƏKƏTİNİN PARAMETRLƏRİ
Gözlərin hərəkətinin rasional texnikasını üzə çıxarmaq üçün sürətlə oxuyan insanla ləng oxuyan insanın gözlərinin necə hərəkət etdiyinə baxaq. Xüsusi aparat (Şəkil 7) oxu zamanı gözlərin hərəkətini ətraflı tədqiq etməyə imkan verir. Sınaqdan keçirilən şəxs maili panel üzərinə qoyulmuş sınaq mətnini oxuyur. Eyni vaxtda gözdə əks olunan işıq şüaları hərəkət edən kinolentdə təsbit edilir. Sınaq mətnlərinin oxunması zamanı gözlərin hərəkətinin qeydə alınması 50 sözdən ibarət beş sətirlik mətnin ləng oxunması zamanı baxışın hərəkəti ilə eyni müddət ərzində 700 sözdən ibarət iki səhifəlik mətnin sürətlə oxunması arasındakı fərq mövcuddur.

Sovet tədqiqatçısı A.L. Yarbus gözlərin hərəkətinin tədqiqinə dair kompleks işlər görüb. Onun işləyib hazırladığı metodika göz alınasının səthinə bərkidilən, güzgüsü olan xüsusi rezinsorucu başlığın köməyilə müxtəlif təfəkkür fəaliyyətləri zamanı gözlərin hərəkətinin xüsusiyyətlərini təsbit etməyə imkan verir. Şəkil 8-də A.L. Yarbusun ilk qeydlərindən biri göstərilib.

Sınaqdan keçirilən orta oxu xüsusiyyətləri olan bir tələbə idi. Qeydlərdən biri hərəkətsiz fotokağız üzərində (aşağıdan solda), digəri isə hərəkət edən kağız üzərində (sağda) edilib. Tələbə U. Şekspirin sonetinin 14 sətrinin hamısını 47 saniyəyə oxuyub.

Gözlərin hərəkətinin tədqiq edilməsi psixofiziklərin, fizioloqların, psixoloqların və neyrokibernetika sahəsinin mütəxəssislərinin diqqət mərkəzindədir.

Mütəxəssislərin araşdırmalarının təhlili göstərir ki, oxunun sürətini artırmaq üçün bunları etmək lazımdır: gözlərin təsbitinin saymı və onların müddətini azaltmaq; bir təsbitlə qavranılan sözlərin sayının artırmaq; reqressiyaların sayını azaltmaq.

Görünür, bu tələblərə elə oxu texnikası cavab verəcək ki, bu zaman oxucunun gözləri səhifənin ortasından çəkilmiş, cüzi olaraq sağda və solda kənara çıxmaları olan xəyali xətt üzrə şaquli olaraq yuxarıdan aşağıya hərəkət etsin. Ənənəvi ləng oxu zamanı gözlər səhifənin sətirləri boyunca soldan sağa bərabər şəkildə hərəkət edir və hər sətrin sonunda yenidən növbəti sətrin əvvəlinə keçir. Sürətli oxu zamanı isə gözlərin hərəkəti daha qənaətcildir, çünki gözlər bütün səhfədə qısa yolla düz xətt üzrə gəzir.



Təəssüf ki, şeirim yeni deyil. Gözlənilməz dəyişikliklərlə

dolu deyil. Bəlkə, başqa yol axtarım?

Yeni üsullar, birləşmələr?

Dediklərimi bir də təkrarlayım,

Yenə köhno paltarda gəzim.

Sanki məni adlandırmağa şeirdə hər bir söz yarayar.

Səbəbi odur ki, tokrar-təkrar eyni məsələni həll edirəm:

Sənin haqqında yazıram, sevgilim,

Eyni ürək, eyni güc sərf edirəm.

Başımtn üstündə eyni Günoş parlayır.

Heç onda da yeni bir şey yoxdur.
Şəkil 8. Şeirin oxunması zamanı gözlərin hərəkətinin qeydiyyatı
PERIFERIK GORMƏ NƏDIR ?
Sürətli oxu üçün yaxşı inkişaf etmiş periferik görməyə malik olmaq lazımdır. Bu termin altında nə başa düşülür? Nəzər mətnin sətirləri boyunca hərəkət edərkən görmənin maksimal itiliyi və qavrayışın tamlığı yalnız gözün torlu qişasının mərkəzi hissəsində, aydın görmə zonası adlandırılan yerdə meydana gəlir. Bu zonadan, periferiyadan kənarda yerləşən hər şey sanki dumanlı görünür.

Sürətli oxu üçün geniş görüş dairəsinin böyük əhəmiyyəti var. O, mətnin informativ hissələrinin axtarışını əsaslı dərəcədə azaldır.

Məsələn, bəzi heyvanlarda görüş dairəsi insanlardakından qat-qat böyükdür. Tədqiqatçılar müəyyənləşdiriblər ki, düşmənin, yaxud şikarın yaxınlaşmasını, əsasən, görmə ilə aşkar edən heyvanlarda təkamül prosesində panoram görmə inkişaf edib. Onların gözlərinin optik oxları müxtəlif istiqamətlərə yönəlib, ona görə də görüş dairələri yanlardan da, bədənlərinin arxasından da geniş məkanı əhatə edir. Belə heyvanın sağ və sol gözünün birlikdə görüş dairəsi bəzən 360°-yə çatan nəzər bucağı təşkil edir. Öndən bu sahələr sadəcə bir neçə dərəcə örtülür, hətta tamamilə örtülə də bilər. Panoram görmənin üstünlükləri aydındır: torlu qişada ətraf aləmin nə qədər böyük bir hissəsi fasiləsiz olaraq əks olunursa, təhlükə barədə xəbərdarlıq sistemi bir o qədər effektiv olur. Psixoloqlar tam əminliklə sübut ediblər ki, nəzərin təsbitinin həcmi və informasiyanın götürülməsinin baş verdiyi əməli sahənin ölçüsü təlimdən asılıdır.

Aydın görüş dairəsini əhəmiyyətli dərəcədə genişləndirən və oxu zamanı səhifənin mərkəzi ilə gözlərin şaquli hərəkəti məsələsini həll edən xüsusi metodiki vasitə tapa və məşğələlər hazırlaya bildik. Bu vasitə psixoloqlara yaxşı tanış olan Şultenin rəqəmli test cədvəlləri oldu. Bəzi kitablarda Şultenin müxtəlif cədvəlləri vardır. Onlarla işləyərkən nəzəri növbəti cədvəlin mərkəzində cəmləşdirərək onu tam görmək və görülən bütün rəqəmləri 25 saniyədən çox olmayan müddətdə artan sıra üzrə tapmaq lazımdır. Şulte cədvəlləri, adətən, qavrayışın psixi tempinin, xüsusilə də, görmənin təxmini-axtarış hərəkətlərinin sürətinin tədqiqi və inkişafı üçün tətbiq edilir. Hər cədvəl 25 xanaya bölünmüş və xanalarında 1-dən 25-dək rəqəmlər yazılmış 20X20 sm ölçülü kvadratdan ibarətdir. Siz cədvəllərin səkkizindən də istifadə etməli və nümunəyə (Şəkil 9) əsasən özünüz də onlardan hazırlamalısınız.

Hər cədvəldə rəqəmlərin tam sırasının axtarılmasına sərf edilən vaxt saniyəölçənlə ölçülür.

Şəkil 9. 60 saniyə ərzində Şulte cədvəli ilə iş zamanı gözlərin hərəkətinin qeydiyyatı
Yaxşı diqqət göstəriciləri və geniş görüş dairəsi olan oxucular bir cədvələ 25-30 saniyə vaxt sərf edirlər. Bütün cədvəl kompleksi ilə məşq edildikcə axtarış müddəti tədricən azalır və ayrı-ayrı şəxslərdə 11-12 saniyəyə, bəzi hallarda isə 7-8 saniyəyə çatır. Özü də, bir qayda olaraq, ümumi müddət yalnız hansısa ikirəqəmli sayın üzərində ləngimə səbəbindən artır, bütün yerdə qalan rəqəmlər isə tez tapılır, lakin sonra insan birdən yenə də növbəti rəqəmi tapa bilmir - ona baxır və görmür, dərhal ona elə gəlir ki, cədvəldə sadəcə bu rəqəm yoxdur. Şulte cədvəlləri ilə işin belə xüsusiyyətləri insanın psixi fəaliyyətinin tempinin qeyri-bərabərliyindən xəbər verir.

Sağlam və istirahət etmiş insan hər cədvələ təxminən eyni vaxt sərf edir. Son cədvəllərdə rəqəmlərin axtarılmasına sərf olunan vaxtın artması ondan xəbər verir ki, insan bir az yorulub. Məşq etdikcə, periferik görmənin inkişafı sayəsində rəqəmlərin tapılmasının sürəti tədricən artır. Cədvəllərlə iş zamanı gözlərin hərəkətindəki dəyişikliklərin xarakterinı müşahidə etmək maraqlı olardı. Şəkil 9-da cədvəllərlə iş barədə heç bir təlimatı olmayan insanın gözlərinin hərəkətinin qeydiyyatı göstərilib. Bütün rəqəmlərin axtarılmasının ümumi müddəti 60 saniyədir. Şəkildə göstərildiyi kimi, nəzər ardıcıl keçidlə rəqəmdən-rəqəmə keçir. Bu cür məşq periferik görüş dairəsinin inkişafı üçün, demək olar ki, heç nə vermir.



5

6

6

9

u

I

8



20

4

2

8

2




1

2

7

N

1

3

5

5

7

4

3

9

3

Şəkil 10.15-20 saniyə ərzində Şulte cədvəli ilə iş zamanı gözlərin hərəkətinin qeydiyyatı


5

6

6

9

4

1

8

0

4

2

8

2

w

1

2

7

I

3

5

5

7

4

3

9

3


Şəkil 11. 8-11 saniyə ərzində Şulte cədvəli ilə iş zamanı gözlərin hərəkətinin qeydiyyatı
Şəkil 10-da rəqəm axtarışının daha mükəmməl texnikası nümayiş etdirilir. Şagird yanakı nəzərlə bütün digər rəqəmləri təsbit edərək, nəzərini cədvəlin mərkəzi sahəsində saxlamağa çalışır. Bu, görüş dairəsinin genişləndirilməsini təmin edən effektiv məşqə bir misaldır. Bu halda cədvəllərlə iş müddəti 15-20 dəqiqə təşkil edir və nəhayət, Şəkil 11-də Şulte cədvəlləri ilə işdə mükəmməl səviyyəyə gəlib çatmış şagirdlərin rəqəm axtarışına nümunə göstərilib. Nəzər, demək olar ki, hərəkətsiz olaraq cədvəlin mərkəzi hissəsini təsbit edir. Bütün rəqəmlərin axtarış müddəti 8-11 saniyədir.

Şulte cədvəlləri ilə işləyərkən daim yadda saxlamaq lazımdır ki, burada məşq əsas məqsəd deyil. Əsas görüş dairəsinin genişləndirilməsidir ki, buna da yalnız cədvəllərlə iş qaydalarının səliqə ilə yerinə yetirilməsi ilə, sistemli və şüurlu məşqlərlə nail olmaq olar. Həmçinin yaddan çıxarılmamalıdır ki, Şulte cədvəlləri, demək olar ki, mətnin səhifəsinin modelidir. Cədvəllə iş iki mərhələdən ibarətdir: Hazırlıq və icra mərhələləri. Özü də burada birinci dərəcəli əhəmiyyətə hazırlıq ınərhələsi malikdir. O, aşağıdakı tələbdən ibarətdir: cədvəllə işə başlamazdan əvvəl nəzər onun mərkəzində təsbit edilir. Qarşıya bütün cədvəli tam görmək məqsədi qoyulur.

İcra mərhələsi 1-dən 25-dək bütün rəqəmlərin ardıcıl olaraq axtarışını tələb edir. Periferik görüş dairəsinin məşqinə gəldikdə isə, o yalnız siz nəzərinizi cədvəlin mərkəzində təsbit edəndə və baxışınızla onu tam ələ almağa çalışan anlarda baş verir. Məhz bu an gözün torlu qişasının periferik zonaları qıcıqlanır və dairənin ehtiyat hissələrindən informasiyanın qəbulu və emalını təmin edən neyron ansambllar formalaşır. Başqa sözlə, birinci mərhələ keyfiyyətli və effektiv şəkildə icra edilibsə, sonrakı işi yerinə yetirməmək də olar. Nəzəri cədvəlin mərkəzində təsbit edərkən siz sanki bütün cədvəlin görüntüsünü beyinin əməli yaddaşının matrisasına göndərirsiniz. Sonrakı fəaliyyət isə rəqəmlərin axtarışı deyil, sanki onların cədvəlin xanalarında yerləşməsinin yada salınmasıdır.
MƏŞGƏLƏ: PERİFERİK GÖRMƏNİN İNKİŞAFI
Şulte cədvəlləri ilə iş qaydaları.


  1. Məşqlər üçün 8 cədvəlin hamısından istifadə etmək.

  2. Rəqəmləri 1-dən 25-dək artan ardıcıllıqla səssiz hesablama ilə, yəni ürəyinizdə aparmaq lazımdır. 8 cədvəlin hamısını sıra ilə yığmaq. Tapılmış rəqəmlər yalnız baxışla göstərilir, bunun üçün əllər cədvəli bir az maili vəziyyətdə saxlayır. Belə məşq nəticəsində bir cədvəlin oxunması müddəti 25 saniyədən artıq olmamalıdır.

  3. Cədvəllə işə başlamazdan əvvəl cədvəli tam görmək üçün nəzər onun mərkəzində təsbit edilir (yaşıl nöqtə ilə məşqi və yuxarıda verilmiş tövsiyələri yada salın).

  4. Bir-birinin ardınca gələn rəqəmləri axtararkən gözlərin təsbitinə yalnız cədvəlin mərkəzində icazə verilir. Gözlərin üfüqi hərəkəti qadağandır. Cədvəldən gözə kimi məsafə adi mətni oxuyarkən olan məsafə qədərdir, yəni təxminən 25-30 sm.

  5. Məşqlərin vaxtını və müntəzəmliyini özünüz təyin edin, həm də unutmaym ki, yorulmaq olmaz.

Şulte cədvəlləri ilə məşq: Hər gün Şulte cədvəlləri komplekti ilə təyin olunmuş qaydalara əsasən işləmək lazımdır. İstənilən cədvəlin 25 saniyədən artıq olmayaraq, oxunmasına nail olmaq.

"Yaşıl nöqtənin müşahidə edilməsi" məşğələsi: İkinci söhbətdə göstərildiyi kimi (səh.24), bu məşğələ görüş dairəsinin genişləndirilməsi məsələsini də effektiv şəkildə həll edir. Şulte cədvəllərindən fərqli olaraq, o, statikdir. Görmə analizatorunun məşq edilməsində uğur qazanmağın sirri məhz Şulte cədvəllərinin dinamik məşğələləri ilə ahəngdə yaşıl nöqtənin müşahidə edilməsindədir.

Əgər siz bütün müddət ərzində səliqə ilə bu məşğələni yerinə yetirirdinizsə, bu gün yaşıl nöqtəni müşahidə edərkən siz "aydın şüurun ayrı-ayrı məqamlarında", demək olar ki, bütün səhifəni aydın görə bilirsiniz. Təkidlə tövsiyə edirik ki, Şulte cədvəlləri ilə məşq dövründə "Yaşıl nöqtənin müşahidə edilməsi" məşğələsinə diqqəti artırasınız. Öz uğurlarınızı təhlil edin. İkinci söhbət bölməsini bir də oxuyun (səh.24). Yalnız hər iki məşğələnin ahəngdar şəkildə uyğunlaşması məşğələlərin bu mərhələsinin əsas məsələsini həll edə bilər: periferik görüş sahəsinin inkişafı.

Şəkil 12. Görüş dairəsinin genişləndirilməsi üçün rəqəm piramidası.
Rəqəm piramidası yuxarıdan aşağıya bərabər məsafədə ayrılan təsadüfi ikirəqəmli sayların iki cərgəsindən və ortada yerləşən ardıcıl rəqəmlər (1-dən 12-dək) cərgəsindən ibarətdir.

Ox üzrə mərkəzdə olan rəqəmlər məşğələni yerinə yetirərkən sizi yönləndirir. Məşq ondan ibarətdir ki, nəzər xəttindən mərkəzdə yerləşən rəqəmlər üzərində nəzəri təsbit etdikdə eyni zamanda ayrılan cərgədə yerləşən rəqəmləri də tanımaq lazımdır.
Gözlərin şaquli hərəkəti ilə gündə bir qəzet oxumaq. Sizin artıq geniş görüş dairəniz var. Mətnin hər sətrinə göz gəzdirməyə ehtiyac yoxdur. Siz hər şeyi görür və mətni yaxşı başa düşürsünüz. Cəsarətlə oxuyun. Sizdə mütləq alınacaq.

Rəqəm piramidasından istifadə edilməsinə dair məşğələ (Şəkil 12).


MƏŞĞƏLƏ: GÖZLƏR ÜÇÜN GİMNASTİKA
Məktəbdəki tədris prosesində əsas ağırlıq görmə sistemı nə düşür. Görməni necə qorumaq olar? Burada professor E.S, Avetisovun rəhbərliyi altında Qelmqoli adına Moskva göz xəstəlikləri üzrə EAİ-nin alimləri tərəfindən yuxarı sinif şagirdləri üçün işlənib hazırlanmış məşğələləri tövsiyə edirik.

Əvvəlcə görmənin gigiyenasına dair ümumi tövsiyələri təqdim edək. Onlar çox asandır, onları yadda saxlayın və əməl edin.



Görmənin gigiyenasının beş qızıl qaydası:

Qayda 1. Televizora mümkün qədər az baxmaq.

Qayda 2. Heç vaxt fasiləsiz olaraq 30 dəqiqədən artıq oxumamaq. Mütləq ayağa qalxmaq, idman hərəkətləri etmək və yalnız bundan sonra oxuya davam etmək.

Qayda 3. Heç vaxt uzanaraq və digər narahat şəraitlərdə: pis işıqlandırmada, nəqliyyatda gedərkən və s. şəraitlərdə oxumamaq. Unutmayın, mətnlə gözlər arasında məsafə həmişə 33 sm olmalıdır.

Qayda 4. Orqanizmin ümumi möhkəmləndirilməsi və onun funksiyalarının işə salınması üçün mümkün qədər çox dinamik fiziki iş. Görmə üçün idmanın periferik görməni inkişaf etdirən oyun növləri: futbol, hokkey, basketbol, voleybol, tennis və s. daha məqsədəuyğundur.

Qayda 5. Məşğələlərin köməyilə daim görməni izləmək və gücləndirmək. ildə bir dəfə həkimə getmək, görməni yoxlatmaq.

Görmə yorğunluğu və zəif görmə barədə xəbərdarlıq üçün məşğələ.

E.S. Avetisov tərəfindən işlənib hazırlanmış məşğələlər kompleksini məktəbdə hər dərsin ortasında müəllimin rəhbərliyi altında 2-3 dəqiqə yerinə yetirmək tövsiyə olunur. Evdə isə bu məşğələləri görmə yorğunluğunu aradan qaldırmaq üçün ev tapşırıqlarının yerinə yetirilməsinin arasında sərbəst şəkildə icra edə bilərsiniz.

Bütün məşğələlər parta və ya yazı stolu arxasında oturaq voziyyətdə yerinə yetirilir.



  1. Partaya söykənmək. Dərindən nəfəs vermək. İrəli, partanın qabağına doğru əyilmək, gözləri açmaq. 5-6 dəfə təkrar etmək.

  2. Partaya söykənmək, göz qapaqlarını bacardığınız qədlər möhkəm bağlamaq. Gözləri yığmaq, sonra açmaq. 5-6 dəfə təkrarlamaq.

  3. Əlləri belə qoymaq. Başı sağa çevirmək, sağ qolun dir səyinə baxmaq. Başı sola çevirmək, sol qolun dirsəyinə baxmaq. Əvvəlki vəziyyətə qayıtmaq. 5-6 dəfə təkrar etmək.

  4. Gözləri yuxarı qaldırmaq, onlara saat istiqamətində dairəvi hərəkətlər etdirmək, sonra saat istiqamətinin əksinə dairəvi hərəkətlər etdirmək. 5-6 dəfə təkrar etmək.

  5. Əlləri qabağa uzatmaq, barmaqların uclarına baxmaq, əlləri yuxarı qaldırmaq, nəfəs almaq, başı qaldırmadan gözlərlə əlləri izləmək, əlləri yana buraxmaq, nəfəs vermək. 4-5 dəfə təkrar etmək.

  6. Düz önə, sinif lövhəsinə 2-3 saniyə boyunca baxmaq (evdə xəyali nəzər ekranına); bundan sonra nəzəri 3-5 saniyəlik burunun ucuna yönəltmək. 6-8 dəfə tokrar etmək.

7. Göz qapaqlarını bağlamaq. 30 saniyə ərzində onları şəhadət barmaqlarının ucları ilə masaj etmək

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin