Susma danış, ay ana!



Yüklə 16.51 Kb.
PDF просмотр
tarix01.06.2017
ölçüsü16.51 Kb.

“Susma danış, ay ana!” 

H. İsaxanlı poeziyasından 

Ana məhəbbəti, ana sevgisi dünyanın ən ali, ən zəngin hissidir. Ana övlad 

məhəbbəti sonsuzdur. İbrahim peyğəmbərin qadını Həcərin öz övladına olan 

tükənməz sevgisi ilə duyduğumuz bu hisslər əbədidir. 

Həcərin özü ilə götürdüyü çörək, su tezliklə qurtardı, səhrada uşağı ilə bərabər ac-

susuz qaldı. Uşaq bərk ağlayıb sızıldamağa başladı. Yazıq ana bu mənzərədən oda 

atılmış üzərlik kimi yandı, Pərişan halda gözlərindən yaş seli axdı. O, arzu etdi ki, 

kaş canının şirəsindən, ürəyinin qanından və gözünün yaşından ciyərparası üçün su 

və yemək hazırlaya biləydi. Tanrı bu müqəddəs sevgini qiymətləndirdi. Qəflətən 

uşaq ayağını toxundurduğu yerdən su fəvvarə vurur. Ananın sevinci yerə-göyə 

sığmır. Şair Hmlet İsaxanlı “susma danış, ay ana!” şerində belə fədakar analardan 

birinin surətini yaradıbdır. 

 Ananın yoxluğunu və ya səssiz fədakarlığını duyarkən qəlbində yaranan inilti hissi 

şair H. İsaxanlının “Susma danış, ay ana!” şerini oxuyarkən göz yaşlarına çevirir. 

Sakit, səssiz, məzlum ana surəti və qarşı tərəfdə qayğıkeş,həssas, ananın şəkdiyi 

əziyyətlərdən sarsılan, ana sevgisinə qiymət verməyi bacaran övlad. Minnətdarlıq 

hissi çəkilən zəhmətə dəyər verir. Övladın mərhəməti, qayğısı ana üçün xoşbəxtlik

biganəliyi isə bəlkə də faciədir. 

Ananın müqəddəs səsini eşitmək, duymaq, gülən simasını görmək şair üçün 

xoşbəxtlikdir. 

Səssizliyin səsi- 

O deyilmi? 

Səsin ən yüksək mərtəbəsi? 

Gözlərim qaralır; 

Danış, ay ana, dillən, 

Səbrim daralır. 


Səsinin qanadları 

Alsın məni qoynuna, 

Sarılım boynuna, 

Eşidim həzin səsini, 

Duyum doğma nəfəsini, ay ana! 

Şair ananın səssizliyinin səsini səsin ən yüksək mərtəbəsi hesab edir. Ən yüksək 

səs daxilində olan kədərin səsidir, öz övladlarının qayğısını çəkən, onların səadəti 

üçün çıxış yolu axtaran ananın səssizliyidir. Həssas şair qəlbi ananın səssizliyinə 

dözə bilmir. Ananın kədəri, səssizliyi şairin dincliyini pozur, qəlbində fəryad 

aparır! 


Danışanda gülür həyat

Səssizliyin qəlbimdə qoparır 

Fırtına, tufan, fəryad. 

Ananın çəkdiyi əziyyətləri uşaqlıqdan duyan insnların qəlbində bütün insanlara 

qarşı mərhəmətli olmaq hissi daha güclü olur. Şair gənc yaşlarından ananın çəkdiyi 

əziyyəti və “səssizliyi” duyubdur. 

Səssizliyinlə keçən gəncliyimi 

Həmişəlik qoydum arxada, 

Ay ana. 

İndi sənsən mənə 

Təsəlli də, arxa da. 

“Taleyin qəm mürgüsü”, yaşadığı keşməkeşli həyat ananın qəlbini sındırıbdır. 

Keçmişə baxanda gördüyü intizarlı, həyəcanlı günlər ananın baxışlarında 

məhzunluq yaradıbdır. Daxilində qəm yükü olanda üzü gülsə də, qəlbi ağlayır. 

Zaman-zaman çəkdiyi üzüntü, köməyə möhtaclıq, acı günlərdə qəlbində olan daxili 

tənhalıq və kövrəklik hissi ananın “gülüşünü qüssə ilə qonşu” edibdir. Heç kəs 

başqasının həyatını yaşaya bilməz. Ananın həyat qismətində ürəkdən gülmək 


yazılmayıbmış. Ananın qədərinə düşən sevinc payı mərhəmətli və qayğıkeş 

övladın sevgisidir. Həssas qəlbli şair ananın səsini eşitmək istəyir. 

Sən susanda 

Canımı oda yaxırsan, ay ana, 

Danışanda 

Ruhuna sığal çəkən 

Mələkləri andırırsan, ay ana. 

Şair onun qarşısında baş əyib, səcdəgahı bilir. Qoca naya şairin münasibəti illər 

boyu sıxıntı çəkib qəm yükü daşıyan ananı xöşbəxtlik zirvəsinə qaldırır. 

Yamanca qocaldın, ay ana, 

Bükülüb kiçildin; 

Kiçikdikcə sən böyüdün gözümdə. 

Qarşında baş əydim

Səcdəgahımsan ümdə. 

Qocalıbsan, ay ana, 

Yaman qocalıbsan; 

Qocalığın da səssizliyin kimi 

Göynədir içimi. 

Gücsüzlükdən kəsər qalmır sözümdə , 

Ay ana.... 

Gücsüzlükdən kiçilirəm 

Öz gözümdə özümdə, 

Ay ana... 


Şair özü artıq yaşa dolmasına baxmayaraq zəif, gücsüz ana əllərinə ehtiyac duyur

bəlkə də zamanın keşməkeşlərinə dözmək dərsin alıb anasından 

Baxma uşaq olmayan yaşıma, 

Əlini çək başıma, ay ana, 

Gücsüz əllərinə ehtiyacım var... 

H. İsaxanlının “Susma, danış, ay ana!” şeri müqəddəs ana varlığına verilən ən 

dəyərli qiymətdir. Azərbaycan poeziyasında Cəfər Cabbarlının “Ana” şeri ilə 

yanaşı durmağa layiq əsərdir şairin “Susma, danış, ay ana!” şeiri. Bu kiçik yazını 

bitirdikdən sonra xalq şairimiz Nəriman Həsənzadənin də eyni fikirdə olduğunu 

bildim. 


                                                                               Zöhrə Əliyeva   


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə