T Ə L i m a t I i



Yüklə 27.86 Kb.
PDF просмотр
tarix07.12.2016
ölçüsü27.86 Kb.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim-laborantın nümunəvi vəzifə 

T Ə L İ M A T I 

 

I.



 

Ümumi müddəalar 

 

1.  



Bu  vəzifə  təlimatı  həkim-laborantın vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir. 

2.  

Həkim-laborant vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.  



Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarda), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada “laboratoriya işi”  ixtisası üzrə peşə hazırlığı  keçmiş, 

ixtisası üzrə ən azı 2 il əmək stajına malik  şəxs təyin edilir.  

3.  

Həkim-laborant Azərbaycan Respublikasının qüvvədə olan 



qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  

Həkim-laborant bilavasitə laboratoriyanın müdirinə olmaqla, tibb 



müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  


Həkim-laborant aşağıdakıları bilməlidir: 

5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   laboratoriya işi xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə 

bağlı məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.   həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  


5.12.   təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.   sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.   daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

 

II.



 

Vəzifə öhdəlikləri 

 

6.  


Həkim-laborant ona həvalə edilmiş öhdəliklərə müvafiq olaraq 

laboratoriya tədqiqatlarını aparır. 

7.   

Analitik və diaqnostik cəhətdən etibarlı metodların istifadəsini təmin edir. 



8.  

Tədqiqatların yeni metodlarının və avadanlıqların öyrənilməsi və 

tətbiqində iştirak edir. 

9.  


Digər ixtisaslı  həkimlərə laboratoriya diaqnostikası  məsələləri üzrə 

məsləhətlər verir. 

10.   Müalicə-profilaktika müəssisəsinin müalicə bölmələrinin heyəti üçün 

bioloji materialın götürülməsi və laboratoriyaya çatdırılması qaydaları üzrə tövsiyələr 

tərtib edir. 

11.   Laboratoriya  tədqiqatlarının nəticələrinin aydınlaşdırılmasında iştirak 

edir. 

12.    Tədqiqatların keyfiyyətinə laboratoriyadaxili və laboratoriyadan kənar 



nəzarətin aparılması üzrə tədbirləri həyata keçirir. 

13.    Öz  işinin və ona tabe orta tibb təhsilli mütəxəssislərin işlərinin təhlilini 

aparır, onları  iş yerində cihaz və reaktivlərlə  təhlükəsiz davranma qaydaları barədə 

təlimatlandırır. 

14.   Öz işi barədə aylıq hesabatları hazırlayır, laboratoriyanın illik hesabatının 

tərtibində iştirak edir. 

15.    İxtisaslarının  artırılması  məqsədi ilə  həkimlər və  orta tibb təhsilli 

mütəxəssislər üçün  onların öz ixtisasları üzrə məşğələlər aparır. 

16.   Orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası qaydalarının və 

sanitar-epidemioloji rejimin yerinə yetirilməsinə nəzarət edir.  

17.   Ona tabe orta və kiçik tibb heyətinin işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

18.    Alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının 

səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası  və 

əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. 

19.    Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. Tibbi və 

digər sənədlərin, o cümlədən laboratoriya tədqiqatları üzrə  sənədlərin müəyyən 

edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.  

20.   Sanitar-maarifləndirmə  işini aparır. Həkim etikasının qayda və 

prinsiplərinə riayət edir. 

21.   Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, eləcə  də öz 

peşəkar fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə  və vaxtında icra 

edir. 

22.   Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 



təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

23.   Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

24. 

 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. 

25. Tibb 

müəssisəsinin fəaliyyətinə, işçilərinə və müştərilərə təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər görür.  

 

III.

 

Hüquqlar 

 

26.   Həkim-laborant aşağıdakı hüquqları vardır: 

26.1.  müstəqil surətdə laboratoriya tədqiqatları aparmaq və onların nəticələrini 

aydınlaşdırmaq; 

26.2.   laboratoriya  tədqiqatları aparılması prosesinin təkmilləşdirilməsi, o 

cümlədən  özünün əmək fəaliyyətinin təşkilinin və  şərtlərinin yaxşılaşdırılması üzrə 

rəhbərliyə təkliflər vermək;  

26.3.   öz  səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, onların həvəsləndirilmə və tənbeh edilmə üzrə rəhbərliyə təkliflər vermək; 

26.4.   öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək;  

26.5.   onun  işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək

26.6.   laboratoriya əməkdaşlarının rəhbərliyi altında elmi iş aparmaq; 

26.7.   müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. 

27.   Həkim-laborant Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV.



 

Məsuliyyət 

 

28.   Həkim-laborant aşağıdakılara görə məsuliyyət daşıyır: 

28.1.   ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

28.2.   öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

28.3. 

 

daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına riayət edilməsinə; 

28.4.   qiymətli laboratoriya avadanlıqlarının mükəmməl istifadəsinə, elektrik 

enerjisi, su və reaktivlərə  qənaət edilməsinə,  laboratoriya avadanlıqlarının və 

otaqlarının qorunub saxlanılmasına; 

28.5   qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

28.6.   öz  fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

28.7.   ona  tabe  işçilərin nizam-intizam qaydalarına və  vəzifə öhdəliklərinin 

yerinə yetirilməsinə; 



28.8.   tibb  müəssisəsinin fəaliyyətinə, işçilərin və müştərilərə  təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə; 

29.   Həkim-laborant  əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə  əsasən, təqsirin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə  cəlb 



edilə bilər. 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə