Tablo: Edvard Munch



Yüklə 121.5 Kb.
PDF просмотр
tarix22.07.2017
ölçüsü121.5 Kb.

1

 

 



 

MƏCHUL HECA

 

(Donuq Şeir tarzı)



 

Nadir Əzhəri

 

Təbriz 2011-2012



 

Tablo: Edvard Munch

 


2

 

 



2

 

DONUQ ŞEİR PLANI

 

1- Günümüzdə xusus 20ci yüzilliğin başlanışından bəri sənayeləşmək

 

prasesındə şeir,ədəbiyat və incəsənət üçün başqa baxış açıları açılmış olsa da

 

insanlar və özəlliklə şeir,ədəbiyat və incəsənətlə uğraşanların duyğu və

 

şeirsəlliklə doğal ya istədiği anda və istədiği formətdə ilişgisi istər-istəməz

 

ilan olunmamamış bir biçimdə daha artıq əngəllənmışdır,bu olayı qalib estetik baxış

 

açısının dəyişilməsi doğrultusunda da yorumlamaq mümkündür, bu olay

 

sənayeləşmək doğrultusunda yuruyən və batı ölkələrinin Demokratik

 

ilkələrindən də yoxsun qalmış toplumlarda ən şiddətli halda görünür,bu

 

toplumlarda xusus çeşidli Krizlərə uğrayan toplumlarda hanki sinifdən(təbəqədən)

 

olursunuz olun,yaşamaq sürəcində toplumsal davranışlarda gizli və əşkar

 

şidət və rəzalətlərə hər an raslamalısınız,düşüncə gözəlliyi insanların içində

 

məhv olmuş bir durmdadır,gözəllik bulunsa belə təkcə satılır,ciddiyə

 

alınmır,genel olaraq estetik hissi insanlarda və hətta hünərmətlərdə məhv

 

olmağa başlayır ya fəlakət bir duruma düşür,insanlar şair ya qeyri şair "Froğ

 

fərroxzad" demişkən "kiçik qatillər"ə dönüşürrlər,və Diktatorlar görən işləri öz

 

aylə,dost,əmkdaş və toplumlarına qarşı görürlər,hətta bu rəzalətlər hünərmətlər

 

arasında bə'zən Normal adamlar arasında gedənlərdən də artıq görükür,şeirə

 

ayıd danışdığımızda bu durumda şeirimizi qurtarmaq ya onun qanamasını

 

durdurmaq üçün uyğun Formətlər tapmalıyıq,şeir Teorilərinə dayanaraq hətmən və hər

 

zaman gözəl şeir yaratmaq olmaz amma şeir Teorilərinə ayıq halda dayanaraq yanlışların

 

bir daha tuzaqına düşməmək mümkün olur.

 

2- Donuq şeir tərzi dediymdə zahirdə öncədən görülmüş bir işə yeni bir izah

 


3

 

 



3

 

vermək və sonra o yeni izahdan hərəkətə keçərək keyfiyətdə yeni bir tərz

 

yaratmağı qəsd edirəm,düzyazı və şeirdən fikrimizdə yerləşmiş Formətlərin

 

fasiləsini aradan qaldırmaq təməl başlanış önərilərimin birisidir,Demokrasisiz

 

və çeşidli Krizlərdə yaşayan şair sürəkli olaraq,hətta bir iki gün,hətta bir neçə

 

saat ya dəqiqə özgürcəsinə istədiyi şeir havasında qalmaq imkanını bulmur,bir ya neçə

 

sətir gözəl şeir yazdığında şeirinin əlində avara qalmış kimi,hörümcək misali o bir ya neçə

 

sətir şeirin çevrəsində Normal sandığı həşv və həşvləri toxumağa məcbur

 

qalır,güclü gücsüz az-çox indi hamımız bu işlə məşğul olmuşuq ya məşquluq

 

,illərdir bir iki sətir şeir bulmaya 20-30 sətiri oxumağımız gərəkir,və bu hələ

 

güclü şairlərimizin əhvalatıdı,(bəzən o bir iki sətirə də qonaq oluruq)deyirəm

 

bu işin əvəzinə özümüzü yerə qoyub şeirin Normal Formətində bitdiyi ani

 

tanıyıb şeirsəlliğimiz bitmədisə o anda şeirsəl duzyazıya köçək ya lazim olursa düzyazı

 

formətindən eşiyə çıxmayaq,bu işi ehtiyac olursa görək,,Donuq şeir tərzini ilzamən hər

 

zaman üçün tövsiyə etmirəm,zamandan zamana və şairdən şairə fərq edər bu qonu.

 

3- Dünya şerində illər öncədən Normal düşündüğümüz şeir və duzyazını

 

birlikdə qullananlar olmuş,onların niyətindən və gördükləri işlərdən xəbər

 

bilməğimiz lazımdı,azaraq gördüyüm o nümünələrdə şeir düzyazıdan çox

 

işlənmiş,başqa yöndən bə'zi böyük şairlər duzyazıdan başlamış yeni bir şerə

 

və öz tərzlərinə doğru ilərləmişlər, dünyada və bizim kimi toplumlarda şair

 

qırıq - qırıq hislərini hər zaman tanıdığımız bütöv bir şeir Formətinə yerləşdirə

 

bilmir,sonunda şeir dediyi yazı bütün həşv və şe'riyəti nəqz edən sözlərlə

 

dolur,mən o şe'riyəti qurtarmaq üçün əsər içrə vaxtında Normal şeirin

 

zahirindən vaz geçib onu duzyazıda dondurmağa çalışıram, bu tərzdə və bu

 


4

 

 



çalışmada duzyazı bölümləri işin hasant yeri yox tərsinə işin ən çətin yeri

 

olmalıdır,bu iş nəzərə hasant gəlir amma elə dəğil,hər şair duzyazı

 

bölümlərində də özünə Normal şeir kimi bir Ton və ləhn

 

bulmalıdır.duyğularımız tam bir şeirə çevrilmək imkanını bulmadığlarında

 

Donuq şeirdən faydalana bilərik,gülünc olsa da bu təmsil yersiz dəyil,donuq

 

toyuq fasid olmasın diyə dondurulmuşdur ,donuq şeirdə dediğim toplumsal

 

nədənlərə görə içinizdə qırıq və tikə-tikə olunmuş duyğular və düşüncələr

 

mərsum və bütöv şeir Formətini əldə edə bilmədiğində aradan getməsinlər diyə özünüzə

 

özəl düzyazıda ifa edilə bilirlər,və başqa Formətə qovuşaraq Normal şeirlə

 

fərqli və yeni bir tərz yarada bilərlər.

 

4-Donuq şeirdə mərsum şeir yazılış tərzi və duzyazının kəmmiyəti şairin kişisəl

 

qonusudur,birinci təcrübədə Normal şeir və Normal duzyazıya ayıd baxışınızın

 

dəyişilməsini his etməlisiniz,şeir düşündüyünüz sətirlər duzyazı və duzyazı düşündüyünüz

 

sətirlər şeir kimi gələcək sizə də.(özünüz bu tür şeir yazdığınız zamanından

 

bəhs edirəm)

 

5- Donuq şeirdə hislərinizin və yazdığlarınızın gərçəkləşdiğini artıq his

 

edəcəksiniz.

 

6- Bu tərzdə önəmli olan,düzyazılardaki özəllik və yığcamlıqdır,bunun

 

üzerində çox çalışmaq olur.Normal şeir musiqisinə uymayan münfərid bir

 

hissi ya düşüncəni çürümədən unutulmadan dərhal düzyazıda

 

döndürmalısınız,sonra bunları hissiniz coşduqca Normal şeir Formətində

 

yazdığlarınızla tərkib edə bilib,ya tam ardı ardına düzyazı formətində yaza bilirsiz.

 

7-Normal şeir bölümlər və düzyazı bölümləri arasında çeşidli Harmonilər və

 

başqa yeniliklər yaratmaq sözqonusu və Donuq şeir tərzinin çox önəmli

 


5

 

 



5

 

imkanlarındandır.

 

8- "Diskors"(mühavirə) şeirini rahatca qullanmaq alanına və onda yenilikləri denəmək

 

imkanına sahib olan tərzdir Donuq şeir tərzi.

 

9- Bu donuq şeir tərzi bir inkar dəğil imkandır,hər zaman özünü üstün

 

bir tərz olaraq təqdim etmək amacında dəğil,bu tərzin gərəkdiğini his edən

 

bu tərzi diqqətə ala bilir əlbət,Normal şeir alanında çoxlu gəzdikdən sonra

 

bu nuqtəyə gəlmək daha doğru bir iş ola bilir məncə.

 

10- Şeir və düzyazı təkcə yazılış tərzilə birbirindən ayrılmazlar əlbət

 

bilirik.şeirin "təqti"(modern anlamında)işini oxucuya da tapışırmaq, Normal

 

şeir və düzyazını birlikdə işlətmək başqa dillərin Modern və postmodern

 

şeirlərində sınırlı olsa da denənmişdır,mən bunları çağdaş şeir Teknikləri olaraq

 

qullanmaqdan əlavə,şeiri onun gözümüz almış yazı tərzindən ayırıram və

 

sətir-sətir və bir birinin altında yaza bildiyim şeiri tam musiqisilə və özəlliklərilə bir başa

 

Normal  düzyazı süfətində yazıram(buna birinci örnək:Məchul hica şeiri),nəçun bu işi

 

gordüm? bu iş  oxucunun (və bə'zən şairin özünün də) şeir oxunuşunda

 

özgürlüyünü bundan öncəki tərzlərə nisbət daha çox artırır(neçə sözcüyü  bir

 

birilə,ya ayrı-ayrı Formətdə oxumaq yönündən və bir cümlə ya neçə sözcüyü

 

neçə havada oxumaq yönündən) və bunlarla bərabər mətnin yorum

 

Potansiyilini də yüksəltir,gözümüzə Normal gələn, "şeir"in suri yazılış tərzinin

 

suri fəxamətini qurban verərkən,dediyim puanlardan əlavə oxucuya

 

səmimiyət və doğruluq hissini şeirin təkcə mə'nasila yox,şeirin yazılış

 

formətilə də ilqa etmək imkanina sahib ola bilərik.

 

siz şeiri dönüb düzyazı kimi yazanda ilkində bir sıra suri məharətlər ,bacarıqlar, göz və

 


6

 

 



qulaq adətlərinizdən yoxsun qalırsınız,beynizin yazı düzənini pozursunuz və sanki çox

 

cazibəsiz bir alana girirsiniz,his edirsiniz yazmaq silahlarınızın çoxunu sizdən almışlar,

 

məncə bu olaydan sonar  yeni biir tarza doğru getməyə  bekr yollar açılır,bu iş dediyim

 

kimi sadəcə şeiri düz yazı kimi yazmağla əldə edilməz dilin zat'n istiari olduğuna inanaraq

 

Modern istiarə Donuq şeirin ruhu və içərigi və bu izah etdiyim duzyazı quralları onun

 

gövdə biçimidir sərbəst insan haqlarından faydalana bilmədiyim üçün şeirimi düzyazı

 

kimi yazıram demək daha şairin toplumda əski Perestiji mahv olmuş(buna hükümətlər

 

səbəbdi də)  bir şair kimi yaşamaq imkanim olmadığı üçün  şeirimi düzyazı kimi yazıram,

 

basqılara itiraz olaraq itiraz olaraq özəl adları kiçik və normal sözcükləri böyük hərflə

 

yazıram  heç nüqtə və başqa əlamətlərdən  faydalanmıram bu halda şeirin oxumağı

 

çətinləşir amma yorum və yozum Potansiyeli yüksəlir,bir şeir neçə cürə oxuna bilir.

 

11-"İstiarə"də deyilən sözün amacı eynən o deyilmiş söz dəyil,əyər"Haydger"demişkən

 

dili "varlığın evi" ya alanı olaraq qəbul etsək,istiarə dilin qavramsal alanını

 

genişləndirərək əslində insanın varlıq alanını da genişləndirə bilmək gücünə

 

sahibdir,"DONUQ ŞEİR" tərzinin "imaj" qonusunda "plastik(təcəssümi) şeir"

 

tərzilə oxşarlığı ilkində İmajların Obyektiv(eyni) olduğunda və onunla

 

fərqləndiyi,"DONUQ ŞEİR" tərzində İmajın artıq istiarə qulluğunda  olduğundadır.

 

"DONUQ ŞEİR" tərzində" "həcm şeir"(Espacementalisme) tərzinə rəğmən

 

İmajlar qrup olaraq və çoxlu sayıda işlənmir,xusus imajlar Subyektiv(zehni) təməlli

 

dəyil,obyektivdir, "həcm şeir" tərzində gərçəgin qayi nədəninə varmaq

 

amacında və doğrultusunda(şeirsəl şuhuda varmaq doğrultusunda) gərçəgin

 

özü bilərək qurban verilir,sorğu budur:Avrupa Romantiklərindən

 

öyrəndiyimiz və sonralar Modernləşmiş "istiarə" qavramının təməl

 


7

 

 



qaydalarında dəyişiklik yaratmaq imkanlarını arayıb gərçəkləşdirməklə ya "dil

 

oyunlarına" əsaslanaraq yox,"dil oyunlarına" əsaslanan "istiarə"ilə,gərçəgin

 

özünü qurban vermədən gərçəgin qayi nədənlərinə(şeirsəl şuhuda) doğru

 

getmək mümkündür ya yox?!,bu başqa bir qonudur və bəlkə gələcəkdəkilər bu sorğunu

 

cavablaya bildilər.

 

12- Bu Donuq şeir planı yeni anladığımız qonulara dayanaraq hər tür Edit və

 

artırmalara açıqdır.hamımıza ,özümüzü söyləmək arzısıla

 

Nadir Əzhəri - Təbriz -2011.05.22

 


8

 

 



8

 

Məchul heca

 

Hər kəlmədə bir heca əksik



 

səni heç zaman çağıranmayacağam

 

saçılmaz bir günəş görünməz bir sevgili



 

məchul hecanı his edirəm

 

GECƏLİĞİNİ ÇIĞNINDƏN ZÜYÜŞDÜRÜB DÖNDÜYÜN ANDA BAŞQA BİRİSİ OLDUQUNUN 



İHTİMALINDAN BƏHS EDİRƏM 

Aynalar çalışmaz oldu 

aynalar Boykot etdi süfətlərimizi 

gözlərinə inanma 

Photoshopda görüşürlər Ň aşiqlər

 

masalar altında ərkəklik fışqırır 



çərqətli Postmodern dişilərə 

YALNIZLIQ TEKNOLOJİSİNDƏN OLDUQCA FAYDALANIRIQ VƏ MƏN YAŞADIĞIM ZAMAN SONUNCU 

DƏLQƏYIN ADI CİDDİYƏTİDİ DÜŞMƏ QALIRIQ HƏR ZAD SƏKTƏ ETMİŞ SƏSZİLİĞİN SÜRƏKLİ DU U U U 

ÇƏKDİĞİNƏ QULAĞASIRIQ SÖZ ÖLMÜŞ BƏLKƏ MƏN DƏ KİFSƏNMƏSİN DİYƏ DONDURURAM SÖZÜ 



9

 

 



9

 

Donmuş şeir



 

dəliso tərzimdir

 

faydasız və əziz



 

eynən yaşam kimi

 

QUYLANMAZ ÖLÜDÜR SÖZÜN ÖLÜSÜ KİMSƏ ALMAZ BOYNUNA BİZDƏ SÖZ ÇOXDAN ÖLMÜŞ AD 



YAZDIRACAĞDIM İNTİHAR ÜÇÜN AMA İNTİHAR DA XƏSTƏLƏRİNDƏN ZAMİN İSTƏYƏN KİMİDİR SƏN 

OLURSAN MI 

Məchul bir sözü

 

məchul bir hərf



 

bir hecanı axtarıram

 

X

 



(1)

 

bir qadın furmulları çaşdıran



 

unudulmuş bir nəfəs

 

son itirdiğini



 

kilid iş hər nəyini

 

axtarıram



 

SƏNİ GÖRMƏDƏN UNUTMAĞA ÇALIŞIRAM SƏN SEVDİĞİM HEÇ BİRİSİSƏN BƏLKƏ DƏ CANIMI 

SIXMAQ ÜÇÜN QITMIR-QITMIR QIZLARA QADINLARA BAĞIŞLADIN VUCUDUNUN PARÇALARINI 

İki Şiftdi cinsəllik yorğunuq 

buna sevgi fabrikası da deyərlər 

mənə cinsəllikdən izin al 

məni adət günlərinə məhrəm bil 

ey döş çıxartmış royam

 

MƏNƏ QADIN ŞƏKLİNDƏ GÖRÜNMƏYƏ DƏVAM EDİRSƏN                   XƏT    



(2)

 

DƏ BƏLKƏ SƏNİN QAŞ-GÖZÜNDƏN



      

 

KOPYƏ ÇƏKMİŞİDİ O MÜHƏSSİL QIZ İKİ GÖZÜMƏ BAXARKƏN DÖRDLÜK TEST VURURDU



 

(3)


 

S ANKİ 


QUŞQULANIRDI TAPIB İTİRİRDİ ŞAŞIRDI BƏLKƏ SƏNƏ BƏNZƏYİR BƏNZƏYƏCƏK BAŞQALARI DA EY

 

 



11

 

 



MƏCHUL SEVGİLİ BU QƏDƏR QADINI NECƏ NƏCUR SEVƏCƏYƏM 

Dana-dana xət səfindəki qızları 

qaça-qaça öpəcəğəm 

YENİYETMƏ ÇAĞLARINDA QADINLARIN YAXINLAQ ANINDA  AĞRIDAN  AĞLADIĞINI XƏYAL EDƏN KİŞİ 

İNDİ QADINLARLA YAXINLIQ ANINDA AĞLAMAĞDAN QALIR BƏ'ZƏN ADAM BİLMİR KİMİ SEVİR KİMİ 

ALIR BUTİKDƏN EVƏ DÖNDÜYÜNDƏ BƏYƏNMƏDİYİN ƏLBİSƏ KİMİ VƏ BÖYLƏLİKLƏ YAŞAM SƏNƏ 

QISA GƏLİR YA DA UZUN VƏ HƏR ZAD QAYTARILMAZ OLUR İNDİ İŞ ARAMAĞA BƏLKƏ SEVGİLİMİ 

GÖRMƏYƏ BƏLKƏ DƏ ƏSGƏR GETMƏYƏ GEDİRƏM HƏR YERƏ GETDİYİMDƏ DÖNDÜYÜMDƏ DƏ 

YOLDA ENDİM YOLDA ENDİRİLDİM SONRA GÖRDÜM HEÇ ZDAI UNUTMAMIŞAM DAHA HEÇ ZADA 

DÖNƏMƏDİM GEDƏMƏDİM BÜTÜN İSQAT MAŞINLARIN YOLCUSU MƏNƏM VƏ GƏRÇƏYİN 

MOTORU UNUTMAQ YANDIRIR YETƏRİNCƏ UNUDA BİLMƏMİŞƏM XATİRƏLƏRLƏ GECƏLƏR YOLDA 

YATIRAM DAŞ DÜZMÜŞƏM SÖZCÜKLƏRDƏN ƏSKİ SEVGİMİN ÇEVRƏSİNƏ YOLDA QALMIŞ KÖHNƏ 

MAŞINA KİMSƏ ÇARPMASIN DİYƏ YELSİZ TƏYƏRLƏRƏ BAXIRAM İNAMLARIMI DÜŞÜNURKƏN KEÇMİŞ 

ƏL QAVZAMAQDI SAXLAMAYAN MAŞINLARA eynaliDA 

(4)

 

YOX AYNALI QURBƏTLƏRDƏ GƏZİRƏM



 

KEÇMİŞƏ BEL BAĞLAYIRAM GƏLİN DONU QƏBRİSTANLIĞDAN SOVUŞUR FƏQƏT BAŞMAQIMI 

QAYTARIRAM MƏN TEY SƏNİNLƏ QALIRAM eynaliDA YOX AYNALI QURBƏTLƏRDƏ GƏZİRƏM 

GÜNƏŞ BATARKƏN TANRILARIN İÇ QANAMASI BAŞLAYIR ÜRƏYİM NƏM-HARDADIR AYAQLARIM 

GECƏDƏN EŞİKDƏ QALIR ÖNƏMSINMƏMIŞ TARIXCIKI DÜŞÜNMƏK KİŞİSƏL BAŞKƏNDLƏRİ 

SAVUNMAQ İLLƏR ÖNCƏYƏ QƏDƏR BU DƏQİQƏ BU SAAT BUGÜNKÜGÜN KİM SEVDİ KİM AYRILDI 

NƏLƏR NƏLƏR 

Kim anar 

onları kim anar

 

mənimlə qaz bu günü 



quyuya düşmüş üzükləri düşünürəm 

ümüdsüz onlar qədər ümüdsüzəm 

səni doğru kim anar 


11

 

 



11

 

bəlkə də tanrı işinə qarışıram 



tanrını tanırdın mı 

zamanı ölçməğə getdi də gəlmədi 

hərə başqa vəsiyətini tapır 

tanrı başqa sevgililər 

varolmayanlar üçün varlığıma inandım 

get-gedə soldu 

dərilmiş məchulidi gözəlllik 

BİZ OLMAYAN YERLƏRƏ DƏ'VTLİDİK AYAQLARIMIZ İTƏ DÖNDÜ ZIQLI OTURACIDI DÜNYA NEÇƏSİLƏ 

OTURMADIQ UÇURTDUĞUMUZ UÇAQLARIN TƏYƏRİ AÇILMADI YÜZSƏKSƏN DƏRƏCƏ YALNIZLIQ 

BÜTÜN RADARLARDAN İTDİ ÜRƏYİMİZ ONDAN SONRASI GÖZÜM QARALIR YIXILDIĞIMIZİ BİLDİM 

ULDUZLARDAN BOYNUNA MİNMİŞDİK SEVGİNİN BOYNUNA MİNMİŞIK XUSUS GECƏLƏR GÖYƏ 

YIXILIRAM XƏTALI QURŞUNLARDI ULDUZLAR TANRIZIN ULDUZLARI BURUQ VERƏRKƏN YAŞIRAM 

SƏHƏR FİKRİMDƏ İŞƏ GEDƏRKƏN DOP- DOLU XƏTDƏ SIRTIMDAKI XƏNCƏRDƏN YAPIŞIRLAR 

YOLCULAR YIXILMASINLAR DİYƏ 

Mənim kimi pıçaqlan 

geri vermə xəncəri vurana 

yaralı şe'r oxu yə'ni 

istəyəndə qana 

BOYASI ÇIXAR ƏLİZƏ BİR GÜN BU ŞEİRİN BƏLKƏ SİZİNLƏ DANIŞMAMALIDIM PESİKOLOQ KİMİ 

DİNLƏYIRSIZ MƏNİ XUSUS GÜNDÜZLƏR YERƏ BULUDLANIRAM HÜNDÜRLÜYÜ ƏLƏ QOYDUM 

GÖYDƏN GETMƏĞƏ GƏRƏK YOX BULUDLANIRAM NƏ BİLİM BİR HƏFTƏ BİR AY İLLƏR SÜRƏR TAM 

EVƏ DÖNÜB ÖZÜMDƏ TAPMACA-TAPMACA TOPARLANMAĞIM BULUD-BULUD DURAQLARDA 

DURUB QANIB-QANIB QANAYIRAM UTUBUSLARDA PARÇA-PARÇA GEDİB LAXTA-LAXTA QAYIDIRAM 


12

 

 



DOP-DOLU XƏT DƏ SIRTIMDAKI XƏNCƏRLƏRDƏN YAPIŞIRLAR YOLCULAR YIXILIRAM GÖYƏ 

AXŞAMDAN XƏTALI QURŞUNLARDI ULDUZLAR BURUQ VERƏRKƏN YAŞIRAM BİR YERƏ ÇATMIR 

BABAM NƏ ƏLİNDƏ QALDIĞIM SEVGİ NƏ UNUTMAQ PLAN PROJƏLƏRİM VAR-YOX TARAQQASI 

PARTLAMAMIŞ UŞAQ MƏNİM KİMİ DARIXIR MƏNİ HEÇ ZAD GÖZLƏMİR BİR YERƏ ÇATMIR BABAM 

DƏNİZ YIĞIŞILDI GEDİR KÖÇDÜ SEVGİ MAVISI GÖZLƏRDƏN QIRMIZILAR QANSIZ ÇANTALARDA 

MATIK ADLI Bİ ŞƏHİD HANGİ MATİK HANGİ ŞƏHİD HANGİ SEVGİLİ AX MƏCHUL SEVGİLİM MƏCHUL 

GÖZLƏMƏYƏNİM ÜRƏYİM HEYF OLUB ÜRƏYİMDƏ QARIŞQALAR MURABBİYA DARAŞIB HƏR 

ZADDAN BİRAZ SAXLAMAQ TƏLAŞINDAYAM ƏLLƏRİNDƏN GÜLÜŞLƏRİNDƏN HƏR ZAD QARIŞQA 

DARAŞMIŞ MURABBA BANKASIDIR FƏQƏT FASİLƏ SALİM QALIB FƏQƏT FASİLƏ SALİM QALIB 

YASAQLADIM SEVGİNİ ÖZÜMƏ GÖZLERİNİ BİR PİŞİK KİMİ QOVDUM BÜTÜN ŞEİRLƏRİMİN YAYIN 

HAQQINI BAĞIŞLAMIŞDIM GECƏYƏ İNDİ YAVAN GÖYLƏRƏ BAXARKƏN BÜTÜN MAVİ GÖZLƏRDƏN 

ÜZÜR DİLƏYİRƏM BİR TİKƏ IŞIQDA ŞEİR YAZMAQ İSTƏYİRƏM MƏN don kişot MƏZARINI TANIYA 

BİLİRƏM ÇIX EŞİYƏ ÖZÜNÜ SƏRİ GED EVƏ HEÇ ZAD GÖZLƏMİR SƏNİ SON ÖNƏMLİ OLAY 

YANDIRDIĞIN ƏT SINIQ SİGARAN ALDIĞIN TAZA MAŞININ İNADCASINA CIZILMAĞI BİR QIZ YA 

OĞLANLA CİBLƏRİNİZİN AXTARILMAĞI O SON NEÇƏ MİN TÜMƏNİN RÜŞVƏTƏ GETMƏĞİ BƏKARƏT 

DOKTORLARININ NƏMNƏMƏNƏLƏRİ YENİ İŞDƏN DƏ QOVULDUĞUN YA HAYAT YOLDAŞININ GİZLİ 

İLİŞGİSİNİ UNUDA BİLMƏDİĞİN SON CİNSƏL İLİŞGİNƏ EŞQ BOYDA SPONSOR BULDUĞUN MƏDƏNİ 

BİR ADAM OLDUĞUN NƏ VAXT CƏHƏNNƏM OLACAQSAN NƏ VAXT SON KƏZ NƏ VAXT ÖLƏCƏKSƏN 

SƏNİNLƏ MƏN BƏLKƏ YOXLUQ YAĞIŞINA İSLANMAYAQ DİYƏ BU DÜNYANIN KÖHNƏ DAMININ 

ALTINA SIQINIB TEZ-TEZ PALTAR DƏYİŞİRİK O MƏCHUL YAĞIŞ HƏR KƏS ÜÇÜN BAŞQA BİR ZAMANDA 

KƏSİLƏ BİLƏ BİLİR KƏSİLİR BUDUR Kİ BU SƏFƏR YOLA DÜŞMƏK ÜÇÜN ÖLÜRÜK ATÜŞKƏ YAY AÇIQI 

SƏSLƏR SOYUNUR ÇƏKDİYİM MƏLƏFƏ ÖLÜM PROBU 

(5)

 

ÜSTÜMDƏN İLLƏRİ ATIB YATANMADIĞIMI



 

ÖLƏNMƏDİYİMİ QƏBUL EDİRƏM GEDƏNLƏRİMİN VAXTINI ALIRAM SONRA SÖZLƏRİNƏ BAXIRAM O 

YARIMÇILIIQ GÜLÜŞLƏRİNƏ ƏSƏBLƏŞİB SEVİRƏM AXTARILAN NƏSNƏYİ HƏMANKİ YERDƏ BOŞUNA 

AXTARMAQDAYAM KİMSƏNİ BULMADAN SEVİRƏM ÖLƏNLƏRİMİN VAXTINI ALIRAM AYAQLARI 

MƏZARLIQLARDAN EŞİKDƏ QALIR BƏ'ZİLƏRİN BƏ'ZİLƏRƏ TORPAQ  QISA GƏLİR NƏDİR YAŞAMIM 

BÖYÜK QONAQLIQDA XƏFİF BAŞAĞRID

YAŞAMIM HƏR KƏSİN VUCUDUNDA TƏRK EDİRSƏN MƏNİ 



13

 

 



BUNDAN ONDAN STAMİNOFEN 

(6)


 

AXTARIRAM BƏXTƏVƏRLİYİ MƏN ŞE'R OXUMURAM YA

 

GURULDAMIR GÖY İTƏNLƏRİ ÇAĞIRIRAM MƏN QALDIĞIM YERDƏN BAŞLAYIR YAĞIŞ SÖZLƏRİM 



CORABDAN PIRTLAMIŞ BARMAQ SÖZLƏRİMİ QONAQLIQLARA APARANMIRAM SƏN MƏNDƏN 

ÜRƏYİNƏ YAMAQ SALMA GÖZLƏRİMDƏ PARDƏ RƏNGİ BƏYƏNMƏ  AVUCLARINDA NIFRƏT 

NƏFTALIN QOXUMASIN EY MƏCHUL SƏS DAD HƏR ZAD MƏN AXŞAMLARI BÖYÜDÜRƏM 

KÖLGƏLƏRƏ ŞAH SEÇİRƏM BÜTÜN DÜNYAM BOŞ ODKOLONLARLA DOLU TÖKÜLMÜŞ LAMPALARI 

SAXLAYIRAM HANSI İŞƏ YARADI HƏQİQƏT  O SƏHVƏN YANIQ QALMIŞ ÇIRAQ MƏNDƏ GECƏ 

BEVAXTLIĞINI İTİRİR  MƏNDƏ BİRDƏN BİR ŞÜŞƏ ŞARAB TAPILIR MƏN ƏLLİDƏ ƏLLƏRİMİ HƏR YERDƏ 

BUYUR ETMİŞƏM BUYUR ÜRƏYİMİN YAXŞI YERİNDƏN KƏS DOSTUM ƏLİNİ İTİLDİRSƏN ƏL VERƏNDƏ 

MƏNİMLƏ KƏSİK KƏSİGƏM BUYUR ÜRƏYİMİN YAXŞ

YERİNDƏN KƏS VƏ EY MƏCHUL SEVGİLİM 



SƏNSİZ UZANDIRIM GECƏNİ HANSİ NAĞIL ÜÇÜN KÖÇÜRDÜM KÖLGƏEƏLƏRİ HANSI ROYA QIŞLAĞI 

ÜÇÜN MƏN QARANLIQLAR ÇOBANIYAM SƏSSİZLİYİ SAĞIRAM SAĞIR SƏSLƏR ARASINDA SUSDUM 

SIĞIR SƏSLƏR ARASINDA ASILDIM MƏN BARMAQLARIM ÜSTƏ YAŞADIM VƏ YAVAŞ ÖLDÜM 

GƏLƏCƏKDƏN O ZAMANLARDAN TİK-TAK ÜZÜR DİLƏYİRƏM MƏN ÇOXDANDI ÖLMÜŞƏM VƏ ŞE'RİM 

ÖLÜ SAQQALI TƏK UZANIR MƏN  ALLAHİ BAĞIŞLAMAĞLA MƏŞQULAM BELƏ SƏSSİZƏM BAŞARISIZ 

İNTİHARAM MÜ'STƏFİ BOYA GÜMRAH FELEŞ HƏSRƏT REZERVASİYONU ŞƏHADƏTƏ VARMIŞ 

ŞƏHVƏTƏM ƏMƏKLİ MƏLƏK BÜTÜN HAYATIM BİR TƏƏSSÜFDƏ YERLƏŞƏ BİLİR ÜZGÜNƏM VƏ 

BUDUR DÜNYADAKİ ƏN QISA BİYOQRAFİ ÜZGÜNƏM ŞAİR OLSAM DA KİMƏM QURUR YASINDA 

KƏLMƏLƏRİN BAŞMAQ CÜTDÜYƏNİ HƏR ZAD ÖLÜM XƏBƏRİ ANCAQ YAVAŞ-YAVAŞ ANLATILIR 

GECEYLƏ YARIŞMADA ÖZÜMDƏ PİLLƏKAN ÇIXIRAM LƏHLƏYƏN LAMPAYAM ÖLMƏYƏ ÖLMƏYƏ BAŞ 

VURURAM SÖZCÜKLER ASILMIŞDI QƏZETƏLƏRDƏN SÖNMÜŞ GÜNƏŞLƏR ARXASINDA KİTAB 

OXURDUQ HOVUXRAX SƏRGİSİNDƏ TƏRLİ RUHLARIMIZ SƏTƏLCƏM NƏSİLDƏ SON TİTRƏYİŞ VƏ QIŞ 

QIŞ YENƏ QIŞ VƏ ŞE'Rİ YOLDA QOYDU KƏLMƏLƏR  HƏR SÖZ  VƏRŞİKƏSTÇİLİK XƏBƏRİ ADAM 

HƏQARƏT ƏTİQƏÇİSİDİ ZƏRƏRİNƏ SATIR HƏR KƏS ÖZÜNÜ SAATINI İTİRMİŞ  OLDU FƏSİLLƏRİMİZ 

NƏ VAXTINDA DOĞULDQ NƏ VAXTINDA ÖLƏ BİLDİK HAMISI NƏFTDƏNDİ HƏR ZADA GECƏN XEYR 

DEMƏK VAXTI GƏLMİŞ VAXTINDA E'DAM OLMADIM CƏNNƏTƏ GEDƏN UÇAQ GƏLMƏDİ 

CƏHƏNNƏMƏ GEDƏN TERƏNLƏRƏ DƏ ÇATMADIM İNDİ DURAQSIZ DÜNYANI KİM DURDURACAQ 


14

 

 



ÜSTÜMƏ ÜSTÜMƏ GƏLİR HƏR ZAD HƏRƏ BİR POX OLDU MƏN AĞA OĞLU AĞA QALDIM SÖZÜMDƏ 

QALDIM BİR ADAM OLMADIM DÜNYAYƏ GƏLMƏDİM Kİ QƏSSABA GƏLDİM HƏYATIMI ÇƏRXƏ 

VERMƏK ÜÇÜN VƏ ÇILXA HƏQİQƏT ƏT DEMƏKDİR BİZDƏ ADAM YİYƏNLƏRİN DİLİNDƏ MƏNİM 

ZAMANIMDA SİYASƏT POX YİYƏRDİ FƏLSƏFƏ çips VƏ TARİX MİLADDAN ÖNCƏKİ QURD GÖZÜNƏ 

VURULMUŞDU MƏNİM ZAMANIMDA ZAM ZƏMZƏM MƏZAR TROMPETLƏRDƏ AZAN MƏNİM 

ZAMANIM TARİXİN BÖYRƏYİNDƏKİ DAŞ ONDA DÜNYA EV PALTARINDA GƏZƏRDİ GECƏ HƏR ZAD 

EVİNƏ DÖNƏRDİ SİYASƏT DEDİYİN ÇOXU TOP OYNARDI DÜNYAMIZ MƏHƏLLƏ DAVASINA DÖNÜŞDÜ 

SƏN GÖZLƏRİNİ İTİRDİN MƏN ŞEİRLƏRİMİ BÜTÜN DEDİKLƏRİMİZ SÜKÜTDAN ÜZÜR DİLƏYİR 

AZADLIĞIMIZ İNTİHAR ARACLARIMIZI  SEÇMƏKDƏDİR VƏ FƏXR EDƏNDƏ HƏQARƏTİMİZDƏN ÖTRÜ 

ÜRƏYİMİZ KEÇİR HƏR ZADI DA BACARIRIQ BEKARÇILIQDI YAŞIRIQ EŞİKDƏ GÜLLƏ AÇILIR EŞİKDƏ 

GÜLLƏR AÇIR TARIXI YALN

 



EŞİDİRİK BİZ SONDAN SONRAKİ NOSTALJİ KİÇİK KEÇİNMƏKLƏR ÇİMDİKİ 

CƏVANLIĞIMIZ O ÇƏNBƏRƏ YANLIŞ DÜŞMÜŞLƏRİN SON QURŞUNU DAĞÇININ SON KİBRİTİ 

EVLƏNMƏDƏN SON RAKİ QALMADI KİMSƏDƏ DİKSİNMƏK YETƏNƏYİ BƏLKƏ DƏ BİZ SUKUTU 

BANLAMIŞIQ BEÇƏ BOYNUDU BARMAQLARIM KƏSİK VƏ FİKRİMDƏ BEÇƏ SAXLAYIRAM AÇAR 

CİBİMDƏ DARIXIRAM BİR ŞƏHƏRLİK KÜÇƏDƏ QALMIŞAM LAMPALARI TÖKÜLMÜŞ DARISQALLAŞAN 

KÜÇƏ GÖZÜM YOL ÇƏKİR LAMPALARI ƏSKİLİR ŞƏHƏRİN MƏNİM DƏ SİGARALARIM ƏSKİLİR 

SİGARASİ QURTULMUŞ BİR MƏNİ SÖNMÜŞ ŞƏHƏR TƏRK EDİR HƏR ZAD ÖZÜNDƏN ÇIXIR ÇIRPMAYIR 

MƏNSİZ YEL HEÇ QAPINI KEÇMİŞ ÖRTÜLÜR ƏLİM ŞE'R ARASINDA QALIR ŞƏHƏRLƏR ŞEYTANIN QAN 

İZLƏRİDİ DÜNYA QARANLIQLAR ÇƏMƏNLİYİNDƏ İTMİŞ BİR KÖHNƏ TOP TANRI ŞEYTANIN BURNUNA 

ÇIRPMIŞ BİZİ TANRI ÇOX UŞAQDI İNSAN KİBRİT QUTUSUNDA BİR KƏPƏNƏK KİMƏM Kİ HEÇ KİM 

ÜÇÜN YARIM AÇIQ BİR QAPI SANKİ İNSANDAN ÖNCƏ YAŞADIM MƏNDƏKİ ŞAİR MEYMUN KİMİ 

SƏSLƏRDƏN DIRMAŞIB VƏ TANRI EVDƏ OLMADIĞINI SUKUTA TAPŞIRIB adəm URƏTİNİ MƏN 

YALNIZLIĞIMI GİZLƏTDİK SUBSİDİ YOX BU SƏSSİZLİYİN VAXT AYIRMIŞAM ŞEİR YAZIRAM HƏFTƏDƏ 

YARIM SAAT NƏM-KİMİ SEVİRƏM BU ÇAĞDAŞ ŞAİRİ KİM ALĞIŞLAMAZ SÖZLƏR TAXMA DIŞDI SEVGİ 

ŞƏFA TÜPÜRCƏYİ HƏR ZADDAN TANRI SÜZÜR BÜTÜN TƏLAŞIM ŞAİRİN OLA BİLMƏDİYİNİ 

İNANDIRMAQ MƏN HƏR KƏLMƏDƏN İP ASLAMIŞAM KİMİSİ ONDAN  ÖZÜNÜ ASIR KİMİSİ ONUNLA 

KUF GEDİR MƏNƏ NƏ İPİMİ MÖHKƏM TOXUMAQ İSTƏMİŞƏM SƏNƏ TƏFREH YA CAN VERMƏYİNDƏ 


15

 

 



15

 

YARDIMCI OLMUŞAM ŞEİR DEMİŞƏM UCADAN ÖLMƏK İSTƏMİŞƏM TƏFREHİNƏ HEÇ VAXT ÖZÜMÜ



 

YETƏRİNCƏ ÖLDÜRMƏDİM AMATOR İNTİHARLARLA MƏŞĞULAM MƏDƏNİ İNTİHARLARLA SƏNƏ 

ŞE'R OXUMAQLA MƏSƏLƏN HƏR KƏS ŞEİRLƏRİLƏ SAAT QABAĞINA 

(7)


 

GƏLSİN ORADA İKİ PAXLAÇI

 

VAR BU SABAH YETERİNCƏ MUTSUZAM NEÇƏ NİFRƏT SİFARİŞİ ALMIŞAM NƏDƏN İNTİHAR 



BORCUMU ÖDƏYƏNMİRƏM BU QƏDƏR QƏDƏRLƏ  EY QƏLBİM HEÇ BİR TANRINI BAĞIŞLAMA 

LÜTFƏN AZ ÖNCƏ bethoven ATDİ PƏNCƏRƏMDƏN ÖZÜNÜ MƏN ÜÇÜN İNSANLAR 

EŞİTMƏMƏZLİYİN MİN BİR OYUNU BƏRKİDİ HƏR BİR ACIM BETONDA bethoven ŞƏHƏR GÖYÜNDƏ 

BULUDLARI BASDIRDIM YAĞIŞ CƏNAZƏSİNİ GÖZLƏRİMDƏ DAŞIDIM GEDİM ACIMLA KEÇİNİM TARİXİ 

KEÇMİŞ

 

(8)



 

ÜMÜDLƏRDƏN ZƏHƏRLƏNDİM OLUB-BİTƏNLƏRƏ EVİMDƏ YER VERDİM VƏ ÖZÜMDƏ     

 

BOMBALI SAATLARA RAS GƏLDİM XATİRƏM QANAYIB ƏLBOMBASI TƏK ATMAQ İSTƏDİM ÖZÜMÜ 



SƏSİM MƏRMİ TƏK YADLARDA QALIR ÜRƏK ƏZİLMİŞ YASTIQ KİMİ BOŞ BACARDIĞIM İŞ ROYALARİ 

BİTİRMƏK OLMUŞ MƏNDƏ HƏR ZAD ROYADAN AYILMIŞ MƏN BÜZÜLMÜŞ BİR YASTIQ KİMİ YALNIZ 

ROYASIZ DAHA HEÇ ZAD MƏNDƏ DİNCƏLMƏYƏCƏK ROYALAR KƏSİLDİ VƏ HƏR KƏS KƏLLƏ PAÇAÇI 

KİMİ OYANDI SEVGİLİNİN SAÇLARI  BİRDƏN OXTAPOSA BƏNZƏR SEVİŞMİŞ İLANDİ YAŞAM SEVİŞMİŞ 

İLANA SANCILMAĞDI SEVGİ YOL PİS QADINDI CORABLARINI ÇIXARIR GENƏLEVDİ AYRILIQ HAMIMIZ 

ORDAYIQ YAZILI TUVALETLER QAPISIDI HAFİZƏM  AMCIQ ÜRƏK OX YAŞASIN FİLAN POX VƏ 

(9)

 

تسا رخ ذناوخب ار نیا سک ره تسا نم راگدای نیا



 

 

MƏN MALLALARLA ŞAHMATA DÖŞƏDİM ACILARLA SİMOLTANE 



(10)

 

OYNADIM NƏ QƏDƏR



 

DODAQ VARİSA AÇMAZDAN  ÇIXSIN DEDİM BÖYÜK BAŞI EŞŞƏK BOYDA ADAMIN ÇİZGİ FİLMƏ 

BAXDIĞIDI BURALAR VƏ DÜNYA GÖRÜŞÜ MANTOLARIN AÇIQ DÜYMƏSİNDƏN QAYNAQLANIR 

ŞEİRLƏRİNDƏ SOVZU ARIDAN XANIMLARI CURRAMAQDAN BEZMİŞƏM ƏSLİNDƏ SİKDİRMİŞƏM 

YALNIZLIĞIMI ZƏNGİLƏŞDİRİRƏM CÜMƏ QURTARIR GECƏDİR HƏMƏŞƏKİ VAXTA QURURAM 

ATAMIN SAATINI İŞDƏN QOVULMAQ ARZUSUYLA İŞSİZLİKDƏN QORXARAQ YATIRAM KİMDİ HAVADA 

QAPI DÖYÜLÜR İŞDƏN ÇIXARILMIŞ TANRILAR GƏLMIŞ afrodit 

(11)


 

bakus


 

(12)


 

herkules


 

(13)


 

SEVGİ


 

SƏRXOŞLUQ VƏ GÜC DAMLARDAKI BORULAR QƏDƏR YALNIZ DÜZ-DÜZ DURUB BİLMƏMƏZLİYƏ 

VURURLAR ÖZLƏRİNİ BUNA İNANMAQ ÇOX ZOR DƏYİL DAHA afrodit BİR ƏTƏK herkules BİSKLET 

(14)


 

ADIDIR BİZ QURULUQLAR taytanikİ BAX ÖZÜMÜZDƏ BATIRIQ QAYITMAZ YOLCUNUN ƏŞYASIDI 



16

 

 



DÜNYAM EY MƏ'LUM SEVGİLİM  GƏLİB BU ŞƏHƏRƏ BOŞALTDIĞIN EVDƏN SON KƏZ GETDİGİN 

YOLDAN TƏK SAYIDA ÇIXAN EŞQ QƏZETƏMƏ FOTO ÇƏKİB DAM-DUVARLA SÖYLƏŞİ APARARDIM BU 

İL KƏRPİCLƏRİ LİSTƏ ALIRAM SƏNDƏN ELÇİLİK ETDİYİM NÜQTƏNİ BƏLİRLƏYİRƏM YERDƏKİ 

QAPINIZI DÖYÜRƏM AYAQ SƏSLƏRIN GƏLINCƏ  BU ŞEİR BİTİR GECƏ QARIŞQA KİMİ EVİMƏ 

DÖNÜRƏM İRİ GÖZLƏRİNİ DAŞIDIĞIMI GÖRÜRƏM ZUMAR AYINDA ARZULARIMI YIĞIRAM KİMSƏDƏ 

SEVGİ BU QƏDƏR KÜÇÜMSƏMƏSİN SƏN ADƏTDƏN MƏN SEVGİDƏN KƏSİLİRİK UZUN ZAMANDI 

BİRBİRİMİZLƏ YALNIZ QALIRIQ BİZ ILDIRIMLAR AYRICINDA DURURUQ TERƏNLƏR KEÇƏNDƏ 

QIŞQIRIRIQ KİMSƏ EŞİTMİR KİMSƏSİZLİYİMİZİ VƏ SEVGİ SAVAŞINDA YOXKEN li ŞALVARIN YARALI 

OLAY XANIMDI ADIN YAŞ FƏRQİMİZ ŞİDDƏTLƏNƏN YAĞIŞDI BİR QIZLA TAKSIDA OTURMUŞUQ HƏR 

ZADI KEÇMİŞİ BİR TAKSIDA YOLA SALA BİLSƏYDİM SEVƏNMƏYƏCƏYƏM YAĞIŞ YAŞLANACAQ 

SƏNİNLƏ DƏ HEÇ ZAD BAŞLANMAYACAQ VƏ HEÇ ZAD BİTMƏYƏCƏK DƏ SƏNİ SEVMƏYƏ BİRAZ 

SƏFEYLƏMƏYƏ EHTİYACIM INANILMAZDI BARMAQLARIN SAÇINLA MƏNİ ARALAŞDIRIR AMMA ONA 

NƏ MƏN HADİSƏ ALMLALARINI TOPLARKƏN AYAQLARINI GÖRDÜM AMA UŞAQSAN AMA ANLATDIN 

QIRXDAN ÜSTƏKİLƏRƏ SEVMƏK FİLMİ YASAQDI SİFARİŞLƏRİ GECİKDİRƏN DƏRZİDİR QƏDƏRİMİZ 

MƏNƏ HƏR ZAMAN MAVILIK OLMASA HAFİZƏLİ PƏNCƏRƏLƏR LAZİM GÖZƏLSƏN LAZİM SƏN LAZİM 

ƏN LAZİM SƏNİNLƏ BÜTÜN İZLƏDİYİM FİLİMLƏRİ BİR DAHA İZLƏMƏYİM LAZİM VƏ SEVGİ ÇİZGİ 

FİLİM QƏDƏR DOĞRUDUR EY DIRNAQLARIN KƏLSİYOMLAR KRALI DIRNAĞIN BƏRKİMİŞ RUHDU 

SƏNİN DIRNAQLARINDA ZAMAN LAK KİMİ QURUMUŞ ERKƏNCİL MƏMƏLƏRİN DURMUŞ SÜTÜL 

SƏSİNLƏ GÜLDANIN SUYUNU MƏNİM ŞEİRİMİ DƏYİŞİRSƏN TƏNİMDƏ BURXULUR TOPUĞUN 

GECEYLE ÜSTÜMƏ YIXILIR SEVGİN VƏ BOYNUMA GƏLİR ŞƏHVƏT SƏNİNLƏ SEVGİLİ OLDUQ SEVGİ 

BİR DUVAR OLDU ƏYİLMİŞ KÖLGƏSİNDƏ YATDIQ YAŞADIQ BİZ BİRBİRİMİZLE TƏK QALDIQ BİZ KİMİ 

SEVİRİK Kİ BİZİM ƏLLƏRİMİZ ÖZBAŞINA ZƏNG AÇIR BİLƏR-BİLMƏZ ACIQ ÇIXMAQ ÜÇÜN AŞİQ 

OLURUQ YA ÇATLAĞI GİZLƏDƏK DİYƏ SEVGİLİ ŞƏKLİNİ ÜRƏYİMİZDƏN ASIRIQ BİZ AYRI PAXILIQ BİZ 

BİR ZƏNCİRİN YALNIZ PAXLALARIYIQ QIŞDI BU QƏDƏR SƏN ƏLLƏRİNƏ ƏLCƏK ALIRSAN MƏN GAZ 

QƏBZİNƏ İNTİHAR NOTU YAZIRAM UNUTQANLIĞIMA ÇOXLARI QAN VERİR YALNIZLIQLA HAMAMDA 

SOYUNURAM KİMSƏZİLİYİMƏ KİSƏ ÇƏKİRƏM AYAQDAŞI BOYDA QAYADI İNSAN QUYUYA GEDƏN 

TÜKLƏRƏ FİKİRLƏŞİRƏM BUXARLA HAMAMDAN ÇIXIRAM ƏN YAXINLIĞINDA İTİRƏM BÜTÜN 


17

 

 



17

 

ŞEİRLƏRİMİ YAZMAMIŞ KİMİYƏM ÖZÜMÜ TAPMAMIŞ KİMİ ADINI GERİ AL SEVGİYƏ NƏ DEYƏRDİK 



YADINA SAL QƏZETƏLƏRƏ İTMİŞ CƏSARƏTİMİZ ÜÇÜN E'LAN VER VƏ İNDİ YALNIZLIQ everestİNDƏ EY 

MƏCHUL HECA EY MƏCHUL SEVGİLİ DODAĞLARIMI BOŞURAM SƏNİNLƏ BAŞQA BİR SƏTİRDƏ DƏ ÜZ- 

ÜZƏ GƏLƏ BİLİRDİK SEVGİNİ İSBATLAMAĞA DANMAĞA NƏ BİLİM QAPILARI SƏNƏ YEL AÇAR MƏN 

OLMAYANDA BU EV BİRİSİNİ YAŞAR NƏFƏS ALIRAM AĞLIMA GƏLMƏYƏN ODKOLON ADISAN BİRİ 

GƏLMƏZ SƏN GƏL BU TƏRBİYƏSİZ SƏNSİZLİYİ ÖTÜR EŞİYƏ VƏ HEÇ KİMƏ DEMƏ Kİ ƏSLİNDƏ MƏN 

BU SÖZLƏRİ HEÇ KİMƏ DEMİRƏM BAX GÖRDÜN DEDİM GÖZLƏRİN  MƏNƏ ÇOXA BAXDI GÖZLƏRİN 

ŞE'R AXŞAMI MƏN ORDA YOXAM İÇİMDƏ HƏR SƏHƏR BAŞQA YERLƏRDƏ AYILIRAM HAVA 

LİMANLARİNDAKİ UÇUŞ E'LANİYAM YANLIŞ MİNMİŞ YOLCU QƏDƏR SƏFİL  ASĞI SORĞU ŞƏKLİNDƏ 

KOTUMDAN MƏNİ SORUŞUR MƏN DALİYA QALDIM ÖMÜRBOYU XANIMLARA YOL VERDİM GƏLİN 

MAŞINLARINA TƏNGƏ 

(15)

 

PİŞİKLƏRİNƏ KÜLƏKLƏRƏ ÖZÜNÜ YELDƏ İTİRMİŞ TİKANA BELƏ YOL    



 

VERDİM HAMI GETSİN ƏLLƏRİNİ GİZLİCƏ YAPIŞIM DİYƏ DALIYA QALDIM GƏLƏCƏYİ ÖTƏNDƏ 

GÖRDÜM SƏNİ SAXLAYANACAQ GƏNCLİYİMİ KEÇMİŞDİK BOŞA GETMİŞ TORMOZ KİMİ BİR YAŞAM 

YAŞADIM HƏR TƏRƏFDƏN DOLMUŞ BİR MƏZARLIQAM SƏNİ BASDIRMAĞA YERİM YOX SEVGİ YUAN 

ƏLLƏRİMDƏ QALMISAN SƏNİ SEVMİŞƏM DEMƏYƏ ÜZÜM YOX VƏ HİS EDİRƏM QIZIL DİŞLİ ÖLÜLƏR 

MƏNƏ GÜLÜRLƏR ÇOX ODAMDA QƏRİBƏ KÖLGƏLƏR GƏZİŞİR HƏR ZAMAN BİLƏRKƏN 

DÖNMƏDİYİNİ BİLƏRKƏN OLMADIĞINI İÇİMDƏ HEÇ ZADA ƏL DƏYMİRƏM SƏNDƏ HEÇ MUSAFİR 

DÖNMƏDİ SƏNDƏ DÜNKİ GÖRÜŞLƏRİMİZƏ ÇOX QALIR İNDİ Kİ ŞEİR SEVGİ VƏ SƏN NƏFƏSİ 

SAXLAMAQ QƏDƏR ÇƏTİNSİZ İNDİ Kİ SƏADƏT BİR AVUC SIMIŞKA VƏ TELVİZİYON DİZİLƏRİNİ SEYR 

ETMƏK ŞANSIDI İNDİ Kİ ADAM YATANDA SEVİNİR MƏNİM ÇOXDAN YUXUM GƏLİR NƏDƏN MƏN 

ÖLMÜRƏM  HAVA BU QƏDƏR AZ DƏYİŞİR ƏSİNTİ QITLIĞINDA TƏKCƏ GEÇİŞİNİ GÖZLƏMİŞƏM 

BOĞAZIMDA ZAMAN QALMIŞ ÜRƏYİMDƏ DƏNİZ ÇEÇİMİŞ ƏSKİLƏRİ ÖSKÜRMÜŞƏM BƏLKƏ DƏ SİL 

KİMİ BİR SEVGİ TUTMUŞAM O QƏDƏR DƏ IŞIQ DƏYİL GÜNDÜZ PƏNİRİNİ ARTIQ QOYUR BİZ GÖZ 

YUMANDA BİRBİRİMİZİ GÖRƏ BİLİRİK METRO DUVARLARI KİMİ SƏFƏRLƏRDƏYƏM HANSIMIZ GEDİR 

BİLMİRƏM HƏR ZAD ÖPÜŞ HƏVƏSİ QƏDƏR HIZLANIR BİR POSTERIN DUVARDAKİ QAÇQIN BOYASIYIQ 

HƏR ZAD ÖPÜŞ HƏVƏSİ HIZINDA ƏLDƏN GEDİR GƏCƏ BOYALARI ƏZBƏRLƏYİR ZƏLZƏLƏ OLANDA 

HARDAYDIN VƏ MƏN SƏNİ SEVƏNDƏ HARDA SONUNDA QƏLBİNƏ DÖNƏCƏYƏM KİMSƏ 

DEPRƏMDƏN VƏ SƏN EŞQİMDƏN QAÇANMAZSAN İL TAZALAŞIR BUNU TƏBRİZ LƏHCƏSİNDƏ 



18

 

 



18

 

YAZDIM İL TƏZƏLƏŞİR BUNU ƏRDƏBİL LƏHCƏSİNDƏ YAZDIM NƏCUR DESƏN YAZDIM BURALARDA 



HEÇ ZAD TAZAŞDAN TƏZƏLƏŞMİR  DODAĞLARIN BAYRAM QABAĞI ÖPÜŞLƏRİN DƏ İL DÖNÜMÜ VƏ 

MƏN UNUTMAQ XİDMƏTÇİSİ İZLƏRİNİ SİLMƏYƏ MƏHKUMAM SİLİB SÜPÜRDÜM SƏNİ HƏR YER 

YUVULMUŞ QƏSSALXANA QƏDƏR TƏMİZ SƏNDƏN SONRA KEF KİFSƏDİ ŞARAPLAR PEŞABA GETDİ 

ÜZÜMLÜKLƏR ÜZÜMƏ DURDU DƏLİLSİZ DARIXIRAM KİM OLDUĞUNU BİLMƏYİRƏM  SƏNİ AD 

GÜNÜNDƏ UNUDURAM SƏN TƏRS BİR YAŞAM UNUDULDUĞUNDA VARSAN  EY MƏCHUL HƏR 

NƏYİM KEŞKE SUSSAYDIM VƏ HEÇ BİR KƏLMƏYƏ AĞIZ AÇMASAYDIM SƏN BİR DAMLA GÖZ YAŞINDA 

TANRILARIMI BOĞDUN MƏNİSƏ AXŞAMLARI AYNALARA DARADIM BƏLKƏ DƏ HEÇ BİR ŞEY 

OLMAMIŞ KİMİ GÖZLƏRİMİZİ SİLDİK KEŞKE SEVMƏSƏYDİM SANKİ BİR QATILIN ANASIYAM MƏNİ 

LƏ'NƏTLƏRƏ  YOLCU EDƏN MƏNİ QURŞUN KİMİ YOLCU EDƏN HEÇ BİR ZADA ÇARPMADAN QURŞUN 

TƏK MƏNİ YOLCU EDƏN OLMADIĞINI GİZLƏTMƏDİYİN DOLANDIR MƏNİ BAŞINA DOLANDIR AŞİQ 

YORULMAZ DAYİRƏDİ MƏN SƏSSİZLİK HƏNDƏSƏSİ OXUDUM MƏN BOŞLUQLAR ME'MARİYAM 

ŞƏKİLLƏRƏ ŞOK VERƏN BİR FELEŞ  DARISQALLIQLARDA SƏNƏ YER SAXLAYAN MƏN PEŞMANLIQ 

PORFOSORUYAM HAVA HEÇ DƏ İSTİ DƏYİL SƏNİNLƏ HEÇ ISLANMADIĞIMIZ  YAĞIŞLARI 

TƏRLƏYİRƏM O GÖZLƏRİNDƏKİ BOYLU BOYA HƏR YANA DAĞILMIŞ BAŞIM FIRLANIR HƏR ZAD 

DAYİRƏDİ GƏLƏCƏK DƏ XATİRƏDİ 

Təbriz –2011.05 -  2012.11

 

Ə                  Ətək yazıları: 

 

1-Iks (X)



 

2-Şəhər utubusu

 

3-Test sorğularını cavablamaq



 

4- Təbrizin dağlarından

 

 

5-Probe-burada ÖLÇMƏKLƏ ilgilidi 



6-Başağrı üçün ilac 

19

 

 



19

 

7-Təbrizin təməl meydanlarının birisinə də işarədir



 

8-Tükətim tarixi bitmiş

 

9- "Bu mənim yadigarimdi bunu oxuyan eşşəkdi"(bir zamanlar fars dilində Tuvalet qpılarında yazılan



 

məşhur saçma –sapan)

 

10-Şahmatda(şətrəncdə) bir nəfərin eyni zamanda neçə nəfərlə şahmat oynamağı



 

11-Aphrudite

 

12-Bakchos



 

13-Hercules

 

14-Doçərxə



 

15-darısqal küçə



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə