7.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən və imtahanda topladıqları
ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər imtahanların nəticəsi elan
olunduqdan sonra DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/qabiliyyet
internet səhifəsinə daxil olaraq seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu
komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent tələb
olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi
kabinetindəki hesabına əlavə etməlidir.
Elanın 3-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin cari ildə seçdikləri
(qeydiyyatdan keçdikləri) ilk komissiya üzrə, 4-cü bəndində göstərilən kateqoriyadan olan
abituriyentlərin isə seçdikləri (qeydiyyatdan keçdikləri) bütün komissiyalar üzrə qabiliyyət
imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən və
imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini
ödəyən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu
komissiya üzrə qeydiyyatdan keçir və müəyyən edilmiş cədvəl üzrə
qabiliyyət imtahanı verirlər.
Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə DİM tərəfindən elan
olunacaq müddətdə qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM
tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir və imtahanların nəticəsi “məqbul” və ya “qeyri-
məqbul”la qiymətləndirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən
qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi
qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət
imatahanları haqqında ətraflı məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi
Dostları ilə paylaş: |