fotoşəklin üzərinə təhsil müəssisəsinin möhürü vurulmalıdır) arayışı..
İmtahana bir neçə gün qalmış abituriyent internet vasitəsilə şəxsi
kabinetinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edir və
imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, tələb
olunan sənədləri də mütləq özü ilə gətirir.
11. Əlilliyi olan abituriyentlər üçün imtahan zamanı əlverişli şərait yaradılır. Bu abituriyentlər
imtahana 14 gün qalmış əlilliyi təsdiq edən sənədlərin əslini DİM-ə və ya onun regional
bölmələrinə təqdim etməli, və ya sənədlərin skan olunmuş surətini onlayn qaydada Mərkəzin
elektron poçtuna göndərməlidirlər.
12. Abituriyentlər müəyyən olunmuş müddətdə imtahan nəticələri ilə əlaqədar elektron ərizə
dolduraraq qeydiyyatdan keçməklə DİM tərəfindən yaradılan Apellyasiya Komissiyasına
müraciət edə bilərlər. Apellyasiya Komissiyası onlayn şəkildə fəaliyyət göstərir. Abituriyentlər
qeydiyyatdan keçərkən hansı şəkildə (videobağlantı proqramı və ya telefon əlaqəsi
vasitəsilə) apellyasiya prosesində iştirak edəcəklərini bildirirlər.
Dostları ilə paylaş: |