Donluq kostyumluq və kafi alıq parçalar. Bu qrup parçalar ipək parçaların çeşidində yüksək xüsusi çəkiyə malikdirlər, xammalına iplik və sapların strukturuna, toxunmasına görə rəngarəngdirlər.
Təbii ipəkdən olan parçalann öyrənilməsi zamanı krep- şifon, krep-jorjet, krepdeşin kimi-tipik parçaların quruluşuna diqqət yetirilir. Qeyd etmək lazımdır ki, polotno toxunması ilə hazırlanan bu parçalar nisbətən az sıxlığı və kütləsi ilə fərqlənirlər: saya parçalar yarımqrupunda əriş və arğacı ipək ipliklərdən olan parçalar, ərişi xam ipək saplardan arğacı burulmuş muslin saplardan olan parçalar nəzərdən keçirilir. Krep parçalardan fərqli olaraq bu parçalarda krep effekti olmur və daha çox yumşaqlığı ilə xarakterizə edilir.
Süni saplardan və süni sapların digər liflərlə qarı-1 şığından hazırlanan parçalar qrupunda krep parçalara diqqət yetirilir ki, bunlar da tək və ya iki sistemli krep saplarından ibarət olurlar; saya və jakkard parçalar isə kompleks və fasonlu burulmuş liflərdən, müxtəlif teksturalı saplardan hazırlanmış olur. Müşahidə zamanı krep, qofre effektli-parçalar aşkar edilir.
Dostları ilə paylaş: |