Kostyumluq-donluq parçalar. Bu parçalara kostyumluq- donluq təyinatlı, müxtəlif toxunmalı və bəzəkli, kətan və yarımtikan polotnolar aiddir.
Müxtəlif lif tərkibli (kətan, yarımkətan, qarışıq), toxunmasına və bəzəyinə görə eyni olmayan (saya boyanmış, əlvan, güllü) bəzi kostyumluq-donluq parçalar öyrənilir.
Mebel-dekorativ parçalar. Bunlara pərdəlik, mebellərin üzlənməsi üçün və digər məqsədli parçalar aiddir.
Müxtəlif lif tərkibli, toxunması, bəzəndirilməsi müxtəlif olan bəzi mebel-dekorativ parçalar öyrənilir.
Qeyd etmək lazımdır ki, bu təyinatlı parçalar lif tərkibinə görə təmiz kətan və qarışıq (kimyəvi liflərin tətbiqi ilə) ola bilir, jakkard, xırda naxışlı və polotno toxunmaları ilə hazırlanır, əlvan, güllü və saya boyanmış olur.
Dostları ilə paylaş: |