Tapşırıq Ümumi təhsil məktəblərində kimya təliminin təşkilinin əsas formaları haqqında yaz


«Akvarium»un keçirilməsinin 1-ci variantı



Yüklə 0,73 Mb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü0,73 Mb.
#36249
növüDərs
1   2   3   4   5
Ktm

«Akvarium»un keçirilməsinin 1-ci variantı: Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Şagirdlər 2 qrupa bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir. Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, «xarici dairənin» iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər. «Akvarium»un keçirilməsinin 2-ci variantı: «Daxili dairənin» iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci variantdan fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin «lehinə» olan dəlilləri söyləyirlər. Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər,dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar 15-20 dəqiqədən sonra diskussiya dayan dırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əv vəl ki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil.

Venn diaqramı ─ Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.

Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir.Kəsişən dairələr çəkilir.(ortada yazmaq üçün yer saxlanır).I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur.Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.

Bütün bu izah etdiyimiz formalar,üsullar ümumitəhsil məktəblərində tədris prosesi üçün müəllimə,yəni öyrədənə öyrənənlərə dərsi keçmək üçün çox böyük şərait yaradır.Öyrəndiyimiz proseslər mövzumuzun nəzəri hissəsini əhatə etdi.

İndi isə praktiki hissəsini araşdıraq və izah edək.

Dərsin müasir təlimə görə təşkilini izah edək.Bunun üçün azot yarımqrupu elementlərini götürək və aydınlaşdıraq.Müasir təlimdə dərs keçilməmişdən öncə onun icmalı qurulur.İcmala baxaq:


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin