Taramadan dərləmə sözlər



Yüklə 5,11 Mb.
səhifə1/42
tarix14.01.2017
ölçüsü5,11 Mb.
#5472
  1   2   3   4   5   6   7   8   9   ...   42


TARAMADAN DƏRLƏMƏ SÖZLƏR

işləyən

HƏSƏN BƏY HADI
1384

2005
TƏBRIZ





abıca

: amca




abrıq

bir bir üsdünə yığılmış, qatlanmış abrıq gövdəli: bədəni bir biri üsdünə yığılmış qabarmış.




abu!

abı! ha! aa! ay! aman! şaşma sözcüyü.




ad issi

adlı sanlı, ünlü,




ad yavuzluğu

ad pisliyi, adsızlıq.




adanmış

bəlli, qərarlı, kəsilmiş, tə'yin olmuş. adanmış vaxda




adsız

şərəfsiz, pis adlı. addan düşmüş






parraq, parıldayan.




ağac

sopa, dəğənək




ağca

ağ rəngi olan, ağ ləkə. ağcalı at




ağduklamaq

səfehləmək, acı söyləmək.




ağduqluq

tərslik, alçaqlıq, əsgiklik,əksilik.




ağır basma

qərə basma, qapus.




ağırşaklanmq

yumrulanıb qabarmaq




ağıtmaq

savutmaq quşun tükün ağıt




ağmaq

çıxmaq




ağrı

sancı. buru. sızı




axdarmaq

axıtmaq




alınmaq

tutulmaq, qapılmaq, alnıqmaq, məclub olmaq




alır göz

diqqətli alıcı göz




alış

öğür, tay, tuş, yar, yoldaş, əş




alışan

alığan.




alışdırmaq

örgətmək, öğrətmək. öyrətmək, hazırlamaq. bürünmək, yapındırmaq,




alışıq

öğürlük, ünsiyyət, ülfət, öğrənqıc




Alışqan

od tutuşturacak, tuturğa




alızlatmaq

çöngəltmək, sındırmaq, sımaq, sıymaq, dizə çökütmək. korlatmaq,




Alızlıq

xəstəlik




alqasamaq

qorxutmaq, təhdidləmək




alqım salqım

ılqım salqım




alqımsalqım

ılqım, sarap.




alqın

məczub, məcnun




allıq

düzgün, ənlik kirşan. süs




alnıq

vurqun, sərsəm, məczub




alnıqlıq

acizlik




alnıqmaq

tutulmaq, qapılmaq, alınmaq, məclub olmaq




alp yararlar

böyük kişilər.

ölkəni qoruyan alp yararlar gərək.

alp ərənlər, yarar kişilər.




alplıq

öngərlik




altıcı

birinci qadın




altın yan

alt yan




altun

yaku, yakı.




altun baş

altun tas: başa qoyulan altun bəzəkli tac




alu

alınmış, dəğərsiz, aşağ, geri, səfeh

> halu: ''al'' vurulmuş




aluca

daha aciz




amac

omac, umac. yumulan yer, şişirdilən yer.




analıq

üvey ana.




anasanası

ənnəsinin ənnəsi.




anatarama

sərmaya.




and

gerçəklərin, gerçək andlarına inanmadılar.




andan

sonra, ondan sonra

ilkin ata ana, andan arvad




andan yana

onun yanına.




anduğmaq

and içmək




anduq

sırtlan, kafdar




anduz

razyanə




anğadək

ta ki, oracan ki. o zamana dək




anğarlaq

az iləri, az sonra, az ötə

anğarlaq çıxacaq.

anğarlaq gələcəm.

anğarlaq durun gedin.




anğaru

anaru, ötə, o bir tərəf, iləriyə doğru, o yanlıq. qırağ.

anğarı gedmə gəl bəri, ayuqluq bənqisi həp məndədir.

anğaru oturma, gəl bəri.

aşıq deyər səndən anğaru varlıq yoxdur.

bəri bax anğaru bax.

bildiyindən anğaru çıxmaz, olduğu yolun azmaz.

burdan anğaru keçəmədim.

dosdan anğaru qalan istəyindən olar.

göndərib anı anaru sürdü at, dedi bu kəz işimiz oldu onat.

qayıqa mindi sudan anğaru keçdim.

anğaru nə bəri, düz vaxtında gəlin.

otlağın anğarı yanında oturun.

ötədən bərü gəldilər, burdan anğaru bardılar.

pəs hər kim ki başlı candan keçməz, bu yolda anğaru keçməz.

səmərqənddən anğaru türk ü tatar, ana türan dərlər bilqil ey yar.

uşax uykulu(fikirli) bir adam ki, nəfsindən istəyindən, gördüyündən anğaru(qırağa) çıxmaz.

yaşınma oturmaqıl anğaru.

yə'cuci mə'cuc səddən anğaru, qaldılar hərgiz keçəməzlər bəru.

yönin anğaru, sağrısın ərinə göndərir.




anğaru bəru

öylə böylə, şöylə böylə




anğaru yan

ötə, o yan.




anğarudan

bəridən iləridən geridən.




anğaruraq

anğraq




anğıcaq

yavaşca




anğıl

xatırla

anğıl ki...




anğıl

yumşaq, yavaş, sakin.

anğıl anğıl: yavaş yavaş.

anğıllıq uzluq birlə işi qoparın

ağır başlıq anğulluq kişinin yaraşıqıdı.




anğıl yel

yaş yel.




anğıl-anğıl

yumşaq-yumşaq, yavaş-yavaş, sakin-sakin.

anğıl anğıl yerimək




anğılca

yavaşca. gizlicə




anğılcacıq

yavaşcacıq. gizlicənə




anğıldan

yavaş yavaş, anıl anıl




anğılı

sanlı




anğıllıq

təənni, yumşaqlıq. yavaşlıq, ümmülük




anğılmaq

xatirləmək.

bunlar hamısı keçmişi anğlatır.




anğılmış

məzkur




anğılur

məşhur, çavlı




anğıma

(yaramaz anğıma: qiybət, çəkiştirmə).




anğış

xatırlanan şey.




anğıt







anğız

< ağız: uc. qırıq, biçik. anqut, bir çeşit su quşu




anğız

əkin biçiləndən son qalan kökü sapı.




anğız

yağız, ağız at




anğmaq

xatirləmək, söz açmaq. yad etmək

hər vəx ondan anğsaydım mənə qaqırdı..




anğraq8

< anğaruraq. oyanlıq, daha oyanlıq.




anğramaq

haykırmaq, inğrəmək, anqırmaq, xoruldamaq.




anık

movcud, hazır




anılı

anılır, yada salını, məşhur.




annaç

qarşı, yamac

annacıva çıxsın uğurlar oğul

görək annacmıza nə çıxır.

annaçın uğurlu olsun.

annaçda bir gözəl gördüm.




anramaq

anqırmaq




ansızın

birdən, yalabıdaq




anuklamaq

xatirləmək.




anulcaq

yavaşca

anulcaq qulağına ayıtdı ki ...




apalaq

tülək




apalaq

qızılqanat, sarı tük. hələ tükləri çıkmamış tükləri tikən tikən olan quş balası.




apanğsına

apansızın, birdən birə.




apansızın

birdən, gözləmədən.




aparmaq

götürmək, çatdırmaq. ilətmək




apılamaq

oxşamaq, öykəmək, xoş davranmaq, istəmək




apışmaq

qıçların aralı qoymaq, açıla durmaq

uşaq apış-apış yerir

damdan ağacın üstünə düşüb apışa qaldı.

candan düşmüş apışı qalmış.




apşaq

abşaq, apışaq, apışıq, ayaqları bir birnə yaxın, qışları açıq olan.




apul-apul

sallaq-sallaq, iki yana əyilmək.




apur sapur

darmadağın, bulğan, tarımar.




ara

sahə, meydan.

bu arada quş uçmaz, kolan yeriməz, adam necə yirir.




ara

kəz, dəfə




aracı

şəfaətçi

hamı qalmışlara sənsin aracı, hamı azmışlara həmdə aracı.




aralamaq

ayırmaq, ayırd edmək. buraxmaq, atlamaq

sözləri bir bir atlamadan çatdırıdı.




aralıq

möhlət, və'də

bir aralıq ver....




arantarama

sal, taxda, tabut




araya gedmək

aradan gedmək, tələf olmaq.




araycı

araşdırcı

araycı it: ov köpəyi.




arda uymaq

ardına dalına düşmək




ardamaq

izləmək, tə'qib edmək




ardamaq

ardına söyləmək, qeybət edmək




ard-arda

ulam-ulam sıra-sıra. arxa-arxaya.




ardıcıl

davamlı, sürəkli, ulaştırı, müttəsil.




ardılış yeri

(atda) yük yeri, yük çatılan yeri




ardın basmaq

dalıdan vurmaq. izləmək.




ardın sürmək

izləmək




ardın-ardın

geri-geri.




ardlamaq

ayıqlamaq, açıqlamaq




arğac

toxunmada, bezin eninə atılan iplik, uzanan

arqaç kimi uzanan əriş kimi dirənən.




arxa-arxaya.

ulam-ulam sıra-sıra. ard-arda.




arı ev

qutaq, qutuq ev, qutlu ev, beytül muqəddəs




arıca

təmizcə

arıca bəsləgilən sən oğluvu.

arıca dirilmək: təmizcə yaşam sürmək, təmiz yaşamaq.

arı dirlik: təmiz yaşam




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin