Тарих вя онун проблемляри, №3 2010 62 İsa quliyev bakı Dövlət Universiteti, Azərbaycan tarixinin



Yüklə 36.91 Kb.
PDF просмотр
tarix23.12.2016
ölçüsü36.91 Kb.

Йени дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

62 

İSA QULİYEV  

Bakı Dövlət Universiteti, Azərbaycan tarixinin 

mənbəşünaslığı, tarixşünaslığı və  

metodika kafedrasının müəllimi 

E-mail: Eyvazova 158@mail.com 

 

QAFQAZ MÜSƏLMANLARININ I QURULTAYI VƏ “HÜMMƏT” PARTİYASI 

 

Açar sözlər: “Hümmət”, N.Nərimanov, Qafqaz, müsəlman, qurultay 

 

Ключевые слова: «Гуммет», Н.Нариманов, Кавказ, мусульманин, съезд 

 

Key words: Hummet”, N.Narimanov, Caucasus, Muslim, congress 

 

Fevral inqilabının qələbəsindən sonra Azərbaycandakı siyasi şərait, eləcə  də partiya və 



təşkilatların açıq fəaliyyətə başlaması, yenilərinin formalaşması prosesi, milli həyatın dirçəlişi və milli 

hərəkatın genişlənməsi ilə  səciyyələnir. Fevral burjua inqilabından sonra Azərbaycanda aşağıdakı 

partiyalar fəaliyyət göstərirdi: “Musavat”, “Türk ədəmi-mərkəziyyət” partiyası, “Müstəqil demokratik 

qrup”, “Hümmət, “Ədalət”, “İttihad” (7, s.132). 

Azərbaycandakı partiya və  təşkilatların heç biri milli-demokratik hərəkata təkbaşına rəhbərlik 

edə bilmirdi. Belə olduqda milli problemlərin həllinin təxirə salınmazlığını  dərk edən qüvvələrin 

müxtəlif ictimai-siyasi komitə və cəmiyyətləri yaranmağa başladı. Onların içərisində ən nüfuzlusu və 

qüvvətlisi 1917-ci ilin mart ayının sonlarında yaradılan “Müsəlman ictimai təşkilatlarının Müvəqqəti 

Komitəsi” oldu. Müvəqqəti komitəyə hüquqşünas M.H.Hacınski sədr seçildi (1, s.34). İcraiyyə 

Komitəsinə daxil olanlar arasında “Hümmət” partiyasını  təmsil edən N.Nərimanov da var idi. Eyni 

zamanda komitəyə  fəhlələri təmsil edən 12 nümayəndə  də seçildi ki, bu da S.M.Əfəndiyevin ciddi 

narazılığına səbəb oldu (10, s.313): “Milli Şura yığıldı  və komitə seçildi. Amma fəhlə  və  kəndçi 

mələk olmuşlar – bunları  nə görən var, nə  eşidən, təkcə adları  çəkilir. Hər iki mühərirdən bir vəkil 

gəldikdə otuz minəcən fəhlədən təkcə on iki vəkil çağırılmış idi. Həmçinin kəndçiləin vəkilləri də kafi 

qədər deyildi” (5, s.173). 

1917-ci il aprelin 6-da milli qüvvələrin həmrəyliyi ruhunda müsəlman ictimai təşkilatlarının 

Şurasının iclası keçirildi. İclasın sədri M.Əzizbəyov seçildi. Şura müvəqqəti Komitə adından 

“Müsəlmanlara” müraciət qəbul etdi və orada komitənin yaradılmasının məqsədi izah edilirdi (10, 

s.314). Müraciətdə deyilirdi: “Komitə ümummüsəlman qurultayı çağırmaqdan, milli-siyasi proqramı 

irəli sürməkdən imtina edir, lakin məhz indi millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət 

idarəçiliyi haqqında fikrini bildirməyi zəruri sayır... Belə bir idarə forması, söz yox ki, yalnız 

demokratik respublikadır” (3, s. 298). 

Müsəlman ictimai təşkilatlarının Müvəqqəti Komitəsinin, ümumiyyətlə isə bütün siyasi 

qüvvələrini fəal iştirakı ilə aprelin 15-dən 20-dək Bakıda Qafqaz müsəlmanlarının I qurultayı keçirildi 

(9, s.6-7). Qurultayda Şimali Qafqaz, Gürcüstan və Azərbaycanda yaşayan türk və müsəlmanların 

nümayəndələri iştirak edirdi. Bu qurultay Qafqaz müsəlmanlarının siyasi hərəkət xətlərini, inqilabdan 

nə gözlədiklərini təyin və tənzim edəcəkdi (8, s.55). Qurultayda müxtəlif ictimai təşkilatlardan 300-

dən artıq nümayəndə  iştirak edirdi. Qurultayın katibliyinə  Əlimərdan bəy Topçubaşov,  İbrahim bəy 

Heydərov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, İslam bəy Qəbulov, M.Axundov, Mustafa 

Mahmudov, Həsən bəy Ağayev və Mir Yaqub Mehdiyev seçildilər. Bunlarla yanaşı “Hümmət” 

partiyasının nümayəndəsi Nəriman Nərimanov da qurultayın katibliyinə seçilmişdi (2, s. 113). 

Qurultaydakı məruzələri sistemləşdirmək, həmçinin siyasi, təşkilati, dini, məktəb işləri üzrə və 

milli fond yaradılması  məqsədilə beş komissiya təşkil olundu. Qurultayda müzakirə olunan əsas 

məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və əsarətdə olan xalqların hüquqlarına aid idi (2, 

s. 113).  


Йени дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

63

Qurultay yeni tarixi şəraiti araşdıraraq, Azərbaycan millətinin siyasi-milli vəzifələrinin 

müəyyənləşdirilməsində, onların həlli yollarının, başqa sözlə desək, milli hərəkatın taktikasının 

aydınlaşdırılmasında mühüm rol oynadı. Gərgin müzakirələrdən sonra qurultayda yekdilliklə  qəbul 

edilmiş qətnamədə deyilirdi ki, “Rusiyanın dövlət quruluşu – müsəlman xalqlarının mənafeyinə daha 

çox təminat verən bir quruluş - ərazi federasiyası əsasında demokratik respublika hesab edilsin” (4, 

s.7). 

Qurultayın işində “Hümmət” partiyasının nümayəndələri olan N.Nərimanov, M.Əzizbəyov, 



H.Sultanov və R.Nağıyev də  iştirak edirdilər. Hümmətçilər qurultay nümayəndələri qarşısında öz 

tələblərini irəli sürdülər. N.Nərimanov qurultayda çıxış edərək demişdi: “Sizə rus inqilabının 

xarakterini müəyyən etmək lazımdır. Dünya imperialist, soyğunçu müharibəsindən sonra Rusiyada 

inqilab bütün dünyada inqilabın başlanğıcıdır.  Əgər siz bu bütün dünya inqilabı  fırtınasında qərq 

olmaq istəmirsinizsə, Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında toplaşın” (13, s. 17). 

Hümmətçilərin qəti çıxışları, habelə  fəhlə  və  kəndli nümayəndələrinin inadlı  tələbi və  təzyiqi 

nəticəsində Qafqaz müsəlmanları qurultayı  fəhlə  və torpaq məsələləri üzrə komissiyalar seçməyə 

məcbur olmuşdu. Fəhlə  məsələsi üzrə komissiya adından M.Əzizbəyov, torpaq məsələsi üzrə 

komissiya adından isə H.Sultanov qurultayda çıxış etmişdilər (6, s. 146). 

Lakin qurultay bu məsələlər üzrə  qətnamə  qəbul etmədi və onların həllini Müəssislər Məclisi 

çağırılana qədər təxirə saldı. Buna baxmayaraq bu məsələlərə dair hümmətçilər tərəfindən bəzi 

təkliflər irəli sürüldü. Fəhlə  məsələsi üzrə komissiya adından çıxış edən qurultay nümayəndələrini 

komissiyanın fəhlə məsələsinə dair qətnaməsi ilə tanış etdi. Qətnamədə fəhlələrin həyatında bir sıra 

sosial islahatların keçirilməsi təklif olunur və qeyd edilirdi ki, bütün bu məsələlər yalnız Müəssislər 

Məclisində qanunvericiliklə həll edilə bilər. 

Torpaq məsələsi üzrə komissiya aşağıdakını təklif edirdi: “Qafqazda əməkçi kəndlilərin torpaq 

ehtiyaclarını ödəmək məqsədilə bütün dövlət, udel və idarə torpaqlarının müsadirə olunması və xüsusi 

torpaq mülkiyyətlərinin ədalətli qiymətlərlə məcburi şəkildə özgələşdirilməsi zəruri hesab olunur” (1, 

s.38). 

Məruzəçi belə hesab edirdi ki, torpaqdan istifadə edilməsi məsələsində meydana çıxa biləcək 



bütün mübahisələr və anlaşılmazlıqlar kəndlilərin, torpaq sahiblərinin və qəza icraiyyə komitələrinin 

nümayəndələrindən ibarət barışdırıcı komissiya tərəfindən həll edilməlidir. 

Ancaq komissiya tərəfindən irəli sürülən təkliflər qəbul edilmədi və qurultayda bildirildi ki, 

“torpaq məsələsini qanun üzrə həll etməli olan Müəssislər məclisi çağırılana qədər hər hansı bir şəxsin 

torpaqının zəbt edilməsinə  və bu torpağın zorla istifadə olunmamasına heç bir vəchlə yol 

verilməməlidir” (11). 

Qurultaya dəfət olunmuş iki qadının:  Ş.Əfəndizadə  və S.Talışxanovanın çıxışları maraqla 

qarşılandı. Həmin qadınlardan sonra çıxış edən sabiq Bakı qazisi Mir Məhəmməd Kərim bu qadınların 

şəriətə zidd olaraq, kişilərin qabağında üzüaçıq çıxış etməsini tənqid etdi. Bu, iclasda əks reaksiya 

doğurdu və bütün zal ayağa qalxaraq, natiqin kürsüdən enməsini tələb etdi (7, s. 138). Qadın məsələsi 

ilə bağlı qurultay qətnamə  qəbul etdi. Qətnamə qurultayda iştirak edən bütün siyasi qüvvələrin 

nümayəndələri tərəfindən rəğbətlə qaşılandı. Orada deyilirdi ki, “bütün başqa xalqlarda qadınlar 

kişilərlə birlikdə  cəmiyyətin ictimai-siyasi həyatında iştirak edir və öz millətinin tərəqqisi üçün 

çalışırsa, Azərbaycan qadını cəmiyyətdən kənarda qala bilməz və qalmamalıdır” (11). Qurultayın 4-6-

cı iclaslarında din və məktəb işləri üzrə komissiyaların məruzələri müzakirə edildi. Təhsil məsələsinə 

dair məruzə üzrə qəbul olunmuş “Türk dilində ümumi, məcburi və pulsuz təhsilin zəruriliyi haqqında” 

qətnamədə türk dilində müəllim seminariyalarının, üniversitetin açılması nəzərdə tutulurdu. Dini işlər 

üzrə  məruzədə dini sahədə  əsas qaydalar müəyyənləşdirilir,  şiə  və sünni dini idarələrinin vahid 

orqanda birləşdirilməsi, vahid dini təhsil müəssisələrinin yaradılması təklif edilirdi. Qurultayda sünni 

və  şiə  məzhəblərinə parçalanmaya son qoymaq haqqında qərar qəbul olundu (2, s. 114). Məruzə 

ətrafında çıxış edənlər din məsələsində daha diqqətli olmağı, günün tələblərinə uyğun din 

xadimlərinin hazırlanması üçün əməli tədbirlərin görülməsini diqqətə çatdırdılar. 



Йени дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

64 

Çıxış edənlər arasında qurultayda “Hümmət” partiyasını təmsil edən N.Nərimanov da var idi. O 

kürsüyə yaxınlaşaraq bildirir ki, “bizim müsəlman din xadimlərimiz günün tələblərinə tam şəkildə 

cavab vermirlər. Onların çoxu cəhalətə qapanmış və savadsızdırlar, ona görə də bir sıra məsələlərin 

həllində onlara arxayın olmaq mümkün deyildir” (12, s. 319). 

Qurultayın sonuncu günü Qafqazda müsəlman milli komitələrinin təşkili və iki mərkəzin – biri 

Şimali Qafqaz üçün Vladiqafqazda və digəri Cənubi Qafqaz üçün Bakıda yerləşən iki mərkəzi büro 

açılması haqqında qərar qəbul edildi. 

Müsəlmanların Ümumqafqaz qurultayı Rusiya müsəlmanlarının siyasi həyatında mühüm rol 

oynadı, siyasi hadisələrin həmin mərhələsində onların mənafelərini ifadə edərək, Rusiya müsəlmanları 

milli hərəkatının gücləndirilməsi yollarını, demokratik respublika prinsiplərinə söykənən dövlət 

quruluşu seçimini müəyyənləşdirdi (3, s. 301). 

Beş gün davam edən Qafqaz müsəlmanlarının I qurultayında bir sıra məsələlər müzakirə edildi. 

“Hümmət” partiyasının üzvləri müzakirə edilən məsələlər atrafında çıxışlar edərək özlərinin təklif və 

iradlarını bildirdilər. Məsələlərin bəziləri qurultayda iştirak edən bütün siyasi qüvvələr tərəfindən 

yekdilliklə qəbul edildi, bəziləri isə fikir ayrılığına gətirib çıxartdı. Bununla belə bu qurultayda bütün 

milli siyasi qüvvələrin bir araya gəlməsi əlamətdar hadisə idi.  

 

İSTIFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI: 

 

1.

 



Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Bakı, 1998. 

2.

 



Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı, Lider, 2005 

3.

 



Azərbaycan tarixi (1900-1920-ci illər). 7 cilddə. V cild. Bakı, Elm, 2008. 

4.

 



Çıraqzadə V. İstiqlal yollarında. Bakı, 1992.  

5.

 



Əfəndiyev Ş.M. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, 1988. 

6.

 



İbrahimov Z. Sosialist inqilabı  uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci 

illər). Bakı, 1957.  

7.

 

Məmmədov X.M. Azərbaycan milli hərəkatı (1875-1918-ci illər). Bakı, 1996. 



8.

 

Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, 1992. 



9.

 

Musayev U.M. Şimali  Azərbaycanda ctimai-siyasi vəziyyət (1917-1920-ci illər). Bakı, 1992.  



10.

 

Багирова И.С. Политические партии и организации Азербайджана в начале ХХ века (1900-



1917). Баку, 1997.  

11.


 

Газета «Kаспий», № 89. 23 апреля 1917 г. 

12.

 

Нариманов Н. Избранные произведения. В 3х томах. Т. 1. Баку, 1988.  



13.

 

Нариманов Н. Статье и письма. М., 1925. 



 

ИСА ГУЛИЕВ 

Бакинский 

 Государственный Университет 

E-mail: Eyvazova 158@mail.com 

 

Представленная  статья  называется «I сеъзд  мусульман  Кавказа  и  партия  «Гуммет»». 

Съезд был проведен при участии всех политических сил в апреле 1917 года. В работе съезда, 

проводимого в Баку, участвовали и представители партии «Гуммет». На продолжавшемся пять 

дней I съезде  мусульман  Кавказа  было  обсуждено  много  вопросов.  Члены  партии  «Гуммет», 

вступая по поводу этих вопросов, высказали свои предложения и несогласия.  



 

Йени дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

65

ISA QULIYEV 

Baku State Universitet 

E-mail: Eyvazova 158@mail.com 

 

THE FIRST CONGRESS OF CAUCASUS MUSLIMS AND THE PARTY “HUMMET 

 

The congress took place in April 1917 with participating all political forces. In congress, taken 

place in Baku, took part the representatives of “Hummet”  party. In the first Congress of Caucasus 

Muslims which went on five days were discussed a lot of questions. The members of “Hummet” party 

made speech around this questions and said their requires and comments.  

 

 



 

Ðÿé÷è: ò.å.í. Ø. Ìÿììÿäîâà, ò.å.ä. À.Ñ. Èñýÿíäÿðîâ. 

Áàêû Äþâëÿò Óíèâåðñèòåòèíèí Òàðèõ ôàêöëòÿñèíèí Àçÿáàéúàí òàðèõèíèí ìÿíáÿøöíàñëûüû, 

òàðèõøöíàñëûüû âÿ ìåòîäèêà êàôåäðàñûíûí 15 ñåíòéáð 2010-úó èë òàðèõëè èúëàñûíûí ãÿðàðû èëÿ ÷àïà 

ìÿñëÿùÿò ýþðöëìöøäöð. (ïðîòîêîë ¹1) 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə